dini dwkan
RUS   |    AZE

İranın din xadimləri böhtan atır- Allahşükür Paşazadə

“Son vaxtlar qonşu İranın bəzi din xadimləri tərəfindən ölkəmizin, ölkə prezidentinin ünvanına səsləndirilən fikirlər qərəzlidir və böhtandır”

APA-nın xəbərinə görə, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə QMİ Elmi Dini Şurasının iclasında deyib.

O, Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyədə olduğunu, dövlət müstəqilliyinin bərpasından sonra bu sahədə böyük işlər görüldüyünü qeyd edib.

A. Paşazadə son zamanlar İrandakı bəzi din xadimlərinin çıxışlarını, Azərbaycanın Təbrizdəki konsulluğu qarşısında keçirilən aksiyalarda səslənən fikirləri böhtan adlandırıb və müstəqil Azərbaycanın daxili işlərinə müdaxiləyə cəhd kimi qiymətləndirib.

2 İyun, 2012  01:33 Baxılıb: 970 Çap

Bu bölmədə


Bizi izləyin!
Xəbər lenti

4 Dekabr, 2016  17:40





8 Oktyabr, 2016  19:40



4 Oktyabr, 2016  20:49






24 Sentyabr, 2016  19:54