dini dwkan
RUS   |    AZE

Ayətullah Xameneyinin nümayəndəsi Azərbaycandan çıxarıldı

Nümayəndə Bakı aeroportundan geri qaytarılıb

Bakı hava limanının məsul rəsmiləri Ayətullah Seyid Əli Xameneinin mədəni işlər üzrə ofisinin müdiri Höccətül-İslam Vəl-Müslimin Məhəmməd Hadi Fərid Əsrin Azərbaycana daxil olmasına mane olublar. Bu barədə İRNA xəbər agentliyi məlumat yayıb.

Bakı hava limanına daxil olan İran nümayəmdəsinə bildiriblər ki, hazırda o ölkəyə daxil ola bilməyəcək və tez bir zamanda geri qayıtsın. (FaktXeber.com)

“Təəssüflə qeyd edirik ki, bazar ertəsi qeyri-diplomatik şəkildə cənab Əsirinin Azərbaycana girişinə icazə verilməyib”, İranın Bakıdakı müvəqqəti işlər vəkilinin bu sözlərini Turan-a İranın Bakıdakı səfirliyinin nümayəndəsi çatdırıb.

Qeyd edək ki, Tehranın rəsmi nümayəndəsinin səfər proqramı və məqsədi açıqlanmayıb. Səfirlikdən hər hansı digər təfərrüatları bildirməkdən imtina ediblər.

Xatırladaq ki, bir həftə əvvəl səfir Məhəmmədbağır Bəhrami Bakıdan geri çağırılıb. Bu, İranın Bakıdakı səfirliyi qarşısında Seyid Əli Xameneyinin ünvanına təhqiredici hərəkətlər nəticəsində baş verib. /deyerler/

30 May, 2012  02:25 Baxılıb: 895 Çap

Bu bölmədə


Bizi izləyin!
Xəbər lenti

4 Dekabr, 2016  17:40





8 Oktyabr, 2016  19:40



4 Oktyabr, 2016  20:49






24 Sentyabr, 2016  19:54