dini dwkan
RUS   |    AZE

Düşmənlərin sui-istifadəsinin qarşısını alacağıq- Əhmədinejad

İran Prezidenti Mahmud Əhmədinejad Azərbaycan Prezidenti İlham Əliyevi 28 May – Respublika Gününü münasibətiə təbrik edib

Qonşu ölkənin dövlət başçısının təbrik məktubunda deyilir: "Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə qardaş dövləti və xalqını səmimi qəlbdən təbrik edirəm.

Hörmətli Prezident, Sizinlə səmərəli görüşlərimiz və bu görüşlərin olduqca faydalı nəticələri barədə xoş xatirələrimi yada salaraq, iki xalq arasındakı qardaşlıq münasibətləri, həmçinin Zati-alinizlə səmimi əlaqələrimi vurğulayaraq belə düşünürəm ki, İran İslam Respublikası və Azərbaycan Respublikası arasındakı münasibətlərin hər iki xalqın mənafeyi naminə genişlənərək günbəgün inkişaf etməsi, eləcə də iki ölkə arasında mehriban qonşuluq münasibətlərinin və ikitərəfli öhdəliklərin rəhbər tutulması düşmənlərin sui-istifadəsinin qarşısını alacaqdır.

Ümid edirəm ki, İran İslam Respublikası və Azərbaycan Respublikasının məsul şəxslərinin ikiqat səyləri sayəsində ikitərəfli və beynəlxalq səviyyədə bütün sahələrdə ölkələrimiz arasında mövcud olan əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinin, eləcə də dünyada dayanıqlı sülhün və təhlükəsizliyin bərqərar olmasının, zülm və ayrı-seçkiliyin aradan qaldırılmasının şahidi olacağıq. 
Uca və qadir olan Allahın dərgahından Zati-alinizə möhkəm cansağlığı və uğurlar, Azərbaycan Respublikasının dost və qardaş xalqına xoşbəxtlik və ucalıq diləyirəm".

25 May, 2012  18:57 Baxılıb: 765 Çap

Bu bölmədə


Bizi izləyin!
Xəbər lenti

4 Dekabr, 2016  17:40





8 Oktyabr, 2016  19:40



4 Oktyabr, 2016  20:49






24 Sentyabr, 2016  19:54