|
|
Şimon Peres İlham Əliyevə təşəkkür edibİsrail prezidenti Şimon Peres Azərbaycanda İsrail ictimai xadimlərinə qarşı törədilməsi planlaşdırılan terror aktının qarşısı alındığına görə prezident İlham Əliyevə təşəkkür edib APA-nın məlumatına görə, bu barədə İsrail prezidentinin mətbuat xidməti məlumat yayıb. Davosda keçirilən Ümumdünya İqtisadi Forumu çərçivəsində prezident İlham Əliyevlə görüşən Şimon Peres İsrail vətəndaşlarının həyatını xilas etdiyinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib. Buna cavab olaraq Azərbaycan prezidenti qeyd edib ki, Azərbaycan özünü, etnik və dini mənsubiyyətindən asılı olmayaraq vətəndaşlarını müdafiə etmək gücündə olduğunu sübut edib. Azərbaycan prezidenti İsraillə bütün sahələrdə, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığı davam etdirəcəyini bildirib. Qeyd edək ki, ötən həftə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi Bakıda xarici vətəndaşlara qarşı törədilməsi planlaşdırılan terror aktının qarşısının alınması barədə məlumat yayıb. В этом разделе: Добавить комментарий
|
|
| © 2012 Bütün hüquqlar qorunun www.313news.net Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |
![]() |