dini dwkan
RUS   |    AZE

Afrika

Misir İsraildən yarım trilyon dollar tələb edir

Misir 1967-1982-ci illər arasıbda Sinay yarımadasını işğal etdiyi üçün İsrail 500 milyard dollar məbləğində təzminat tələbi nəzərdə tutan 750 səhifəlik bir hesabat hazırlayıb

Misir mediasında yayılan xəbərlərə görə, İsrailin Sinay Yarımadasını işğal etdiyi 15 il boyunca bölgədəki neft və su daxil olmaqla bütün təbii qaynaqları istifadə edən İsrail 500 milyard dollar təzminat ödəməlidir. Misir bu iddia ilə Birləşmiş Millətlər Təşkilatına təqdim edilmək üçün hazırladığı hesabata 190 xəritədə də əlavə edilib- "Yeni Müsavat" xəbər verir.

Misirli mütəxəssis Tövhid Mecdi bildirib ki, Mübarək rejiminin İsrail ilə Misir arasında 1979-cu ildə imzalanan Kemp-Devid sazişində 8-ci maddə qəsdən tətbiq edilməyib. Həmin maddə iki ölkə arasında yaradılan komissiyanın Ərəb-İsrail müharibəsi əsnasında tərəflərə dəyən zərərin təsbit edilməsi və bu zərərlərin qarşılıqlı olaraq ödənməsini nəzərdə tuturdu.

T.Mecdi bildirib ki, 'Mübarəkdən sonrakı hakimiyyət bu maddənin tətbiq olunaraq Misirin zərərinin ödənilməsini istəyir.

Misirin İsraildən təzminat tələb etməsinə gətirib çıxaran hadisələr hazırlanan hesabatda xülasəylə belə sıralanıb:

''İsrail Sinayın işğalında bölgədəki neftdən istifadə edib, mərmər və digər qiymətli daş yataqlarının yüzdə 25 faizini çıxararaq öz ölkəsinə aparıb.

-Sinayda olan 2 ayrı qızıl mədən tamamilə boşaldılıb.

-490 milyon dollarlıq istismara əlverişli qum İsrail tərəfindən oğurlanıb.

12 Yanvar, 2012  00:05 Baxılıb: 953 Çap

Bu bölmədə


Bizi izləyin!
Xəbər lenti

4 Dekabr, 2016  17:40





8 Oktyabr, 2016  19:40



4 Oktyabr, 2016  20:49






24 Sentyabr, 2016  19:54