dini dwkan
RUS   |    AZE

Azərbaycanda Ramazan bayramı ilə bağlı 4 gün qeyri-iş günü olacaq

Bu barədə hökumət qərar qəbul edib

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, hökumət Ramazan bayramı ilə bağlı iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında qərar qəbul edib.

Qərara görə, Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə əsasən, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə 2011-ci ilin 27 avqust istirahət günü ilə 29 avqust iş gününün yeri dəyişdirilib.

Beləliklə avqustun 28, 29, 30 və 31-i qeyri-iş günü olacaq.

Ramazan ayının ilk günü bu il miladi təqvimlə avqustun 2-də başlayıb.

Ayın görünməsindən asılı olaraq Ramazan Bayramı Ramazan ayının 29-u və ya 30-na (miladi təqvimlə avqustun 30-na və ya 31-nə ) təsadüf edəcək.

16 Avqust, 2011  17:52 Baxılıb: 3074 Çap
Teqlər : Ramazan , Bayram

Bu bölmədə


Bizi izləyin!
Xəbər lenti

4 Dekabr, 2016  17:40





8 Oktyabr, 2016  19:40



4 Oktyabr, 2016  20:49






24 Sentyabr, 2016  19:54