dini dwkan
RUS   |    AZE

Peyğəmbəri-Əkrəmin(s) Üveys Qərəniyə hədiyyə etdiyi üst köynəyi

Hz.Məhəmməd (s) peyğəmbərin Üveys Qərəniyə hədiyyə etdiyi üst köynək hər il Ramazan ayında olduğu kimi bu il də İstanbuldakı "Hırka-i Şərif" məscidində ziyarətçilərə nümayiş etdirilir.

Tarixdə qeyd olunub ki, bu köynək Hz.Məhəmmədin (s) Meraca getdiyi zaman onun əynində olan köynəkdir ki, öz vəsiyyətinə əsasən Üveys Qərəniyə çatdırılmışdır.

Tarixçə: Üveys Qərənidən sonra qardaşı, daha sonra isə ailəsinin ixtiyarında olan bu köynək ta qədim zamanlardan ziyarət ocağı olub. Üveysin nəsli 17-ci əsrin əvvəllərində sultan I Əhmədin dəvətilə İstanbula köçür və Fatih məhəlləsi ətrafında bir evdə məskunlaşırlar. Həmin ev camaatın ziyarətgahına çevrildiyindən I Əbdülhəmid indiki "Hırka-i Şərif" məscidinin həyətində bir otaq inşa etdirir və 1780-ci ildən bu köynək orada camaata nümayiş etdirilir. Bu otağın da ziyarətçiləri qəbul etmək imkanının qeyri-mümkünlüyü görən II Sultan Mahmud 1811-ci ildə həmin otağı genişlətdirir. Bu ziarətgahın da ziyarətçiləri tam qəbul etmək imkanı olmadığından Sultan Əbdülməcid 1847-ci ildə "Hırka-i Şərif" məscidini inşa etdirmək əmri verir və məscid 1841-ci ildə hazır olur ki, həmin ildən etibarən hər il Ramazan ayında həmin üst köynəyi ziyarət etmək istəyənlərin üzünə açıqdır.

12 Avqust, 2011  17:27 Baxılıb: 1620 Çap
Teqlər : Türkiyə , Ramazan

Bu bölmədə


Bizi izləyin!
Xəbər lenti

4 Dekabr, 2016  17:40





8 Oktyabr, 2016  19:40



4 Oktyabr, 2016  20:49






24 Sentyabr, 2016  19:54