dini dwkan
RUS   |    AZE

Qarabağ münaqişəsi Rusiya Federasiyası parçalandıqdan sonra həllini tapacaq-Vəfa Quluzadə

Vəfa Quluzadə

“Dağlı Qarabağ Rusiya Federasiyası tərəfindən yaradılan münaqişədir”

Bunu SalamNews-a açıqlamasında Xəzər Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Vəfa Quluzadə bildirib. O deyib ki, Rusiya daim bu münaqişənin həllinə mane olur: “Əslində, Qarabağ münaqişəsini BMT həll etməlidir. Çünki beynəlxalq hüquqa əsasən dünyada baş verən təcavüzlərə BMT reaksiya verir. Amma Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT-nin 4 qətnaməsi olsa da, bu qərar hələ də yerinə yetirilməyir. Buna səbəb isə Rusiyanın nüvə dövləti olmasıdır. BMT Azərbaycanın işğal edilən torpaqlarının geri qaytarılması istiqamətində addımlar atmaq üçün Rusiyadan çəkinir. Digər tərəfdən BMT və digər beynəlxalq təşkilatlar imkanları daxilində çalışırlar ki, münaqişənin həllində səy göstərsinlər”.

Politolq qeyd edib ki, Rusiya bir imperiya kimi, çox yaxın zamanlarda mütləq parçalanmağa məruz qalacaq. Onun fikrincə, Qarabağ münaqişəsi Rusiya Federasiyası parçalandıqdan sonra həllini tapacaq: “Rusiyada parçalanma 2-3 həftədən və ya bir neçə ildən sonra da ola bilər. Çünki SSR dağılandan bəri Rusiya inkişaf etmir. Rusiya Federasiyası neft və qazın sayəsində birtəhər özünü saxlayaraq parçalanmanın vaxtını uzadır. Lakin Rusiyada dağıdıcı proseslər gedir və bu dövlətin milli ideyası yoxdur. Rusiyada hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, dünyada neft və qazın qiymətləri aşağı enən kimi Rusiyada parçalanma başlayacaq, hakimiyyət itiriləcək. Deyirlər ki, guya Vladimir Putin hakimiyyətə gələndən sonra Rusiyanı ağ günə çıxarıb. Bu düzgün deyil, çünki Vladimir Putini xalq seçməyib, onu sabiq prezident Boris Yeltsin yerinə təyin edib. Putin isə əlaltısı olan Dmitri Medvedyevi yerinə təyin edib ki, ondan sonra hakimiyyətə gələ bilsin. Vladimir Putin hakimiyyətə gələndən sonra Rusiya daha da korrupsiyaya qərq olub. Hazırda Rusiyada inkişaf yoxdur, orduda islahat keçirə bilmirlər, səhiyyə və təhsil sistemləri dağılır, bunu özləri də etiraf edirlər. Mən bütün bunlara görə Rusiya Federasiyasının gələcəyinə inanmıram”.

Vəfa Quluzadə Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövcud imkanları məsələsini də şərh edib: “Son dövrlər Türkiyə çox güclənib və sürətlə inkişaf edir. Lakin, bu, o demək deyil ki, Türkiyə Qarabağ münaqişəsini həll edə biləcək. Qarabağ münaqişəsinin həlli üçün ilk növbədə, Azərbaycan xalqının köməyi lazımdır. Azərbaycan dövləti müttəfiqlərini düzgün seçməlidir və onlarla yaxınlaşmalıdır. Bu müttəfiqlər NATO, ABŞ və Türkiyədir. Bu ölkələrlə müttəfiqlik qurulandan sonra onlar özləri münaqişəni həll edəcəklər. Hesab edirəm ki, Azərbaycan NATO-ya mütləq inteqrasiya edəcək”.

Azərbaycanın NATO-ya inteqrasiya zamanı 2008-ci ilin avqustunda baş verən Gürcüstan hadisələrini yaşama ehtimalına münasibətində politoloq deyib: “Abxaziya və Cənubi Osetiya işğal edilməmişdən əvvəl də Rusiyanın nəzarəti altında olub. 2008-ci ildə isə rus ordusu Abxaziya və Osetiyanın işğalını rəsmiləşdirib. Bütün bunlara görə ABŞ və NATO ölkələri dünyaya bəyan etdilər ki, biz Abxaziya və Osetiyanın müstəqilliyini tanımırıq. Oxşar hadisələr SSR vaxtında Blatikyanı ölkələrdə da yaşanıb. O zaman da keçmiş Sovet İttifaqı Baltikyanı ölkələri işğal edib, amma Qərb dövlətlərini onların işğalını tanımayıb. Sonda da həmin Baltikyanı ölkələr Sovet İttifaqından ən birinci ayrılaraq müstəqilliklərini bərpa etdilər və NATO-ya üzv oldular”.

15 İyun, 2011  22:38 Baxılıb: 1894 Çap
Teqlər : Rusiya , Qarabağ

Bu bölmədə


Bizi izləyin!
Xəbər lenti

4 Dekabr, 2016  17:40





8 Oktyabr, 2016  19:40



4 Oktyabr, 2016  20:49






24 Sentyabr, 2016  19:54





Комплексное техническое обследование зданий.