dini dwkan
RUS   |    AZE

AVSTRALİYALI MİLLƏT VƏKİLİNDƏN HƏYASIZ AÇIQLAMA

Avstraliyalı vəkil işğalçı Ermənistanın Dağlıq Qarabağda apardığı qondarma siyasətinə və azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərə göz yumaraq, işğalçı Ermənistanı təcavüzə məruz qalmış ölkə kimi göstərmək istəyir 

FaktXeber.com-un verdiyi məlumata görə, avstraliyalı millət vəkili Fred Nile, beynəlxalq aləmi qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyini tanımağa çağırıb. Fred Nile bununla bağlı çıxış edərək, rəsmi Bakını işğalçı Ermənistanı təhdid etməkdə təqsirləndirib. Buna səbəb kimi Azərbaycan prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll olunmasına dair etdiyi çıxışları əsas gətirib.

Qəribədir ki, avstraliyalı vəkil işğalçı Ermənistanın Dağlıq Qarabağda apardığı qondarma  siyasətinə və azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərə göz yumaraq, işğalçı Ermənistanı təcavüzə məruz qalmış ölkə kimi göstərmək istəyir. Nəzərə alsaq ki, BMT Təhlükəsizlik Şurası Ermənistanın işğalçı qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasına dair dörd qətnamə çıxarıb və onlardan heç biri icra olunmayıb, bu üzdən avstraliyalı vəkilin çıxışı bir qədər gülünc görsənir. 

 

10 İyun, 2011  23:04 Baxılıb: 968 Çap
Teqlər : Qarabağ

Bu bölmədə


Bizi izləyin!
Xəbər lenti

4 Dekabr, 2016  17:40





8 Oktyabr, 2016  19:40



4 Oktyabr, 2016  20:49






24 Sentyabr, 2016  19:54