RUS | AZE

Silah

ABŞ TÜRKİYƏDƏ NÜVƏ SİLAHI OLDUĞUNU QƏBUL EDİB

Wikileaksın açıqladığı sənədlərə görə, ABŞın Türkiyədə nüvə silahı saxladığı istiqamətindəki iddialar artıq təsdiqlənib 

FaktXeber.com-un verdiyi məlumata görə, ABŞın Berlin səfirliyinə aid 12 noyabr 2009-ci il tarixli sənəddə, ABŞın Almaniya səfiri Philip Murphy, ABŞ Xarici İşlər Nazirliyi məsləhətçisi Philip Gordonla Almaniyanın Milli Təhlükəsizlik məsləhətçisi Christoph Heusgenin görüşünün protokolu yer alıb.    

Protokolda, Heusgenin "Rusiyanın əlində "minlərlə" nüvə silah varkən, hələ də Almaniyada olan 20 ədəd taktiki nüvə silahının birtərəfli olaraq ləğvinin mənasız olacağını" söylədiyi bildirilir. Alman səlahiyyətli, silahların ləğvinin eyni zamanda həyata keçirilməsini təklif edib.  

Gordon da buna cavab olaraq, Almaniyanın təklifiylə əlaqədar işlərə başlamamışdan əvvəl, bütün ola biləcək nəticələrin düşünülməsi lazım olduğunu söyləyib.     

Protokolda, "məsələn Almaniyadan və ehtimalla Belçika və Hollandiyadan nüvə silahlarının çıxarılması, Türkiyənin silah anbarını əlində tutmasını çətinləşdirə bilər", - deyə fikirlərdə qeydə düşüb.

 

10 İyun, 2011  21:51 Baxılıb: 491 Çap
Teqlər : Türkiyə , ABŞ , Wikileaks

Bu bölmədə

Şərh əlavə et

Yenilə
Xəbər lenti












17 Mart, 2014  19:36