dini dwkan
RUS   |    AZE

Afrika

Misirin sabiq prezidenti ilk cəzasını aldı

Hüsnü Mübarək

Hüsnü Mübarək və fəaliyyəti dövründə birgə çalışdığı iki nazir 90,64 milyon dollar cərimə olunub

Misirin sabiq prezidenti Hüsnü Mübarək və onun fəaliyyəti dövründə birgə çalışdığı iki naziri cəzalandırılıb. Belə ki, yanvar ayında Misirdə baş verən inqilab zamanı mobil telefonları və internetin fəaliyyətini məhdudlaşdırdıqlarına görə onlara 540 milyon Misir paundu və ya 90,64 milyon dollar həcmində cərimə kəsilib.

Bununla da, H. Mübarək fevarlın 11-i, yəni devrilməsindən sonra barəsində açılan istintaq və məhkəmə proseslərinin nəticəsi olaraq ilk cəzasını almış hesab olunur. İdarə Məhkəməsi ərəb inqilabı zamanı mobil telefonlar və interneti kəsərək beynəlxaql iqtisadiyyata vurğduqları ziyana görə H.Mübarəkə 200 milyon paund, keçmiş baş nazir Əhməd Nazifə 40 milyon, sabiq daxili işlər nazirə Həbib əl Adliyə isə 300 milyon paund həcmində cərimə kəsib-"ANS PRESS" xəbər verir.

Qeyd edək ki, Misir inqilabı zamanı nümayişçilərin öldürülməsi və digər cinayət əməllərdə ittiham olunan sabiq Misir prezidentinin edam oluna biləcəyi haqda söz-söhbətlər də dolaşır.

29 May, 2011  04:14 Baxılıb: 1728 Çap
Teqlər : Prezident , Misir

Bu bölmədə


Bizi izləyin!
Xəbər lenti

4 Dekabr, 2016  17:40





8 Oktyabr, 2016  19:40



4 Oktyabr, 2016  20:49






24 Sentyabr, 2016  19:54