dini dwkan
RUS   |    AZE

Müsəlmanlar üçün tərəqqinin həddi yoxdur-Ayətullah Xamenei

Ayətullah Seyid Əli Xamenei

İranın ali dini lideri gənc hərbçilər qarşısında çıxış edib

Ayətullah Xameneinin iştirakı ilə Şəhid Setari adına Aviasiya Akademiyasında İran İslam Respublikası Ordusunun hərbi akademiyalarının müdavimlərinin dördüncü müştərək buraxılış və andiçmə mərasimi keçirildi.

Mərasimin başlanğıcında meydana daxil olan Ali dini lider şəhid memorialını ziyarət etdi, “Fatihə” oxuyaraq Uca Tanrıdan şəhid olmuş dəyərli hərbçilərin ruhlarına ən ali dərəcələri nəsib etməsini dilədi. Daha sonra Həzrət Ayətullah Xamenei meydanda düzülmüş hərbi birləşmələrin paradını izlədi.

“Allaha imana arxalanan  silahlı qüvvələrimiz, o cümlədən İran İslam Respublikasının Ordusu hərbi texnika istehsalı sahəsində də diqqətəlayiq irəliləyiş əldə edə bilmiş və bu sahədə hərbi hava qüvvələrimiz öndə gəlmişlər”.

Ali Baş Komandan qarşıya ilahi və humanist məqsədlər qoymağı və xalqla səmimi-qəlbdən bağlılığı İslam Respublikası Ordusunun iki spesifik cəhəti adlandıraraq əlavə etdi: “İslam dövlətinin qüdrət modelində intizam, hərbi texnika və hərbi təlim əhəmiyyətli mövqeyə malikdir, lakin bütün bunların mahiyyətində insanın öhdəsinə düşən ilahi vəzifəni duyması və Uca Yaradana arxalanması durur”.

Qüdrət meyarı sırf hərbi texnika və maddi dəyərlər olan maddiyyatçı dövlətlərin İslamın qüdrət meyarlarını rəhbər tutmuş bir xalqı diz çökdürməyə qadir olmadığını vurğulayan Ayətullah Xamenei dedi: “Mənəvi qüdrətin maddi qüdrətə qələbəsinə konkret nümunə İslam İnqilabının qələbəsidir ki, onun gedişində İran xalqı yalın əllə, lakin Allaha imana arxalanaraq despot şah rejiminə qalib gələ bildi”.

İran xalqının zorla sürükləndiyi İran-İraq müharibəsində qələbə çalmasını buna daha bir nümunə adlandıran Ali Məqamlı Rəhbər əlavə etdi: “İran xalqı Müqəddəs Müdafiə dövründə hər tərəfdən sanksiyalara məruz qaldığına baxmayaraq, gənclərinin və silahlı qüvvələrinin imanına və şücaətinə arxalanaraq şərqdən və qərbdən hər cür dəstək alan fasid BƏSA rejiminə qalib gələ bildi”.

Ali Baş Komandan İslam dövlətinin qüdrətinin spesifik cəhətlərindən biri kimi, onun özünəgüvənmə gücünü daim artırmasını və istedadların çiçəklənməsi üçün şərait yaratmasını qeyd edərək bunları vurğuladı: “İslam dövlətinin qüdrət modelində dünyanın imperialistlərinə heç bir ehtiyac duymamaq, iranlı beyninin, iranlı təfəkkürünün məhsulları ilə təchiz olunmuş silahlı qüvvələri formalaşdırmaq mümkündür”. /leader/

11 Noyabr, 2010  22:33 Baxılıb: 1112 Çap
Teqlər : Ayətullah , müsəlman , Xamenei

Bu bölmədə


Bizi izləyin!
Xəbər lenti

4 Dekabr, 2016  17:40





8 Oktyabr, 2016  19:40



4 Oktyabr, 2016  20:49






24 Sentyabr, 2016  19:54