dini dwkan
RUS   |    AZE

İranda Ramazan ayı münasibətilə 2800 məhbus azadlığa buraxılacaq

İran İslam Respublikasının bayrağı

Bu məhbuslar, əsasən, imkansızlıqları ucbatından fiziki və hüquqi şəxslərə borclu olan şəxslərdir.

Bunu İranın həbsxanalar təşkilatının rəhbəri Qulamhüseyn İsmaili deyib. Bu barədə "Trend" İranın khabaronline.ir xəbər saytına istinadən məlumat verir.

İsmaili deyib ki, bu şəxslərin borclarının ödənilməsinin bəzisi hökumətin vəsaiti hesabına aparılıb, bəzilərini borc sahibləri bağışlayıb və bəzi digərləri isə sığorta tərəfindən ödənilib. "Hökumət ötən il məhbusların azadlığa buraxılmaları üçün işlərin görülməsi məqsədilə 50 milyon dollar vəsait ayırıb ki, indiyədək bu vəsaitin 35 milyon dolları xərclənib", - İsmaili deyib.

11 Avqust, 2010  16:35 Baxılıb: 1294 Çap
Teqlər : Ramazan

Bu bölmədə


Bizi izləyin!
Xəbər lenti

4 Dekabr, 2016  17:40





8 Oktyabr, 2016  19:40



4 Oktyabr, 2016  20:49






24 Sentyabr, 2016  19:54