dini dwkan
RUS   |    AZE

Dünyada

2010-cu il üçün dünyanın ən nüfuzlu 500 müsəlmanının adı açıqlandı

İçərişəhər "Cümə" məscidinin imam-camaatı, DEVAMM sədri, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu dünyanın ən nüfuzlu 500 müsəlmanı arasındadır

Amerikanın məşhur Corctaun (Georgetown) Universiteti dünyanın ən nüfuzlu 500 müsəlmanının adını açıqlayıb. "Yeni Müsavata" daxil olan məlumatdan bilinir ki, siyahıda 5 azərbaycanlının adı yer alıb. Bunlar Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə, İçərişəhər "Cümə" məscidinin imam-camaatı, DEVAMM sədri, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu, Xalq artisti Alim Qasımov və iqtisadçı-ekspert Vüqar Bayramovdur.

Qeyd edək ki, nüfuzlu şəxslərin syahıya alınması öz ölkələrindəki nüfuzları, ölkədaxili və beynəlxalq təsirləri, eləcə də dünyada baş verən proseslərdəki iştiraklarına görə həyata keçirilib. Siyahıda cəmi 500 nəfər var. Buraya müsəlman dünyasının dövlət başçıları, nüfuzlu ictimai xadimləri, elm və mədəniyyət simaları daxil edilmişdir.

10 Avqust, 2010  03:28 Baxılıb: 922 Çap
Teqlər : müsəlman

Bu bölmədə


Bizi izləyin!
Xəbər lenti

4 Dekabr, 2016  17:40





8 Oktyabr, 2016  19:40



4 Oktyabr, 2016  20:49






24 Sentyabr, 2016  19:54