dini dwkan
RUS   |    AZE

Dünyada

Minlərlə müsəlman "feyzbuk"u 3 gün müddətinə boykot edəcək

"Feyzbuk" şikayətlərə baxmayaraq, Allaha və Həzrət peyğəmbərə (s) qarşı həqarət edən səhifələri bağlamaması səbəbilə, aprel ayının 10-dan 13-nə qədər minlərlə müsəlman istifadəçilər tərəfindən baykot ediləcək. Bu barədə "dunyabulteni" xəbər verir.

Bir neçə müddətdir ki, sosial şəbəkə olan "feyzbuk"da Allah və Peyğəmbərlə (s) bağlı ciddi müzakirələr davam etməkdədir. Təhqiramiz fikirlərlə dolu həmin səhifələrə görə saytın rəhbərliyinə şikayət və müraciətlərə baxmayaraq etinasız yanaşılmışdır. Bu hadisədən narahatlıq keçirən bir qrup müsəlmanlar da özlərinin yeni bir qrupunu yaratmışlar. Həmin müsəlman qrupu "aprel ayının 10-dan 13-nə qədər "profilləri" bağlayırıq! sən də qoşul dəstək ol!" adlı başlıqlarla bütün müsəlman istifadəçilərə müraciət etmişlər. Bu müraciətdən dərhal sonra qrupa 50 min insan üzv olmuşdur. Əlavə olaraq da başqa adda olan qruplar da etiraz olaraq birləşməyə qərar vermişlər. Qrupa üzv olanlar 3 gün ərzində "feyzbuk"dan istifadə etməyəcək və həmin səhifələrin bağlanması üçün fəaliyyət göstərəcəklər. Verilən məlumatlara görə qrupa üzv olanların sayı hədən artıq sürətlə gedir.
/Deyerler.org/

10 Aprel, 2010  18:50 Baxılıb: 4595 Çap
Teqlər : müsəlman , Facebook

Bu bölmədə


Bizi izləyin!
Xəbər lenti

4 Dekabr, 2016  17:40





8 Oktyabr, 2016  19:40



4 Oktyabr, 2016  20:49






24 Sentyabr, 2016  19:54