»»

İSLAМ PEYĞӘМBӘRİNİN (S) GӘLİŞİ HAQQINDA HӘZRӘT İSANIN (Ә) МÜJDӘSİ

Sual: Qurani-kәrimdә oxuyuruq ki, hәzrәt mәsih (İsa) özündәn sonra Әhmәd adlı bir Peyğәmbәrin gәlәcәyini xәbәr vermişdir. Uyğun mәlumat bugünkü İncildә mövcuddurmu?

Cavab: Quranda hәzrәt İsadan sonra gәlәcәk Peyğәmbәr haqqında oxuyuruq: “(hәzrәt İsa buyurur) Hәqiqәtәn, mәn özümdәn әvvәl nazil olmuş tövratı tәsdiq edәn vә mәndәn sonra gәlәcәk Әhmәd adlı bir Peyğәmbәrlә müjdә verәn Allahın elçisiyәm. Onlara aşkar möcüzә gәldikdә deyәcәklәr ki, bu açıq-aydın bir sehrdir. İslam alimlәri bildirirlәr ki, hәzrәt Mәsihdәn danışan bu ayә Yuhanna incilinin 14,15,16-cı fәsillәrindә bәyan olunmuşdur. Yuhanna incilindә İsadan sonra gәlәcәk Peyğәmbәrin adı “Farqlit” kimi ifadә olunmuşdur. Çoxsaylı dәlillәrә әsasәn incilin bu ifadәlәrindә İslam Peyğәmbәri (s) nәzәrdә tutulur. Mәsәlәni bir qәdәr dә aydınlaşdırmaq üçün incildәki buyuruqları olduğu kimi diqqәtinizә çatdırırıq: “Әgәr mәni sevsәniz vә әhkamımı qorusanız, atamdan sizә digәr bir Farqlit göndәrmәsini istәyәcәyәm. O, әbәdilik sizinlә qalacaq. O, bәşәriyyәtin qәbul edә bilmәdiyi haqq vә doğru bir ruhdur. Çünki onu görmür vә tanımırlar. Amma o sizi tanıyır. Çünki sizinlә qalır vә sizinlә qalacaq.” 1

 “Mәn sizinlә olduğum vaxt bu sözlәri sizә demişәm. Amma atamın mәnim adımla göndәrәcәyi farqlit sizә hәr şeyi öyrәdәcәk vә mәnim sizә öyrәtdiyimi xatırladacaq.” 2

“Bu iş olmamış sizә xәbәr verdim ki, olanadәk iman gәtirәsiniz.” 3

“Atam tәrәfindәn sizә göndәrәcәyim farqlit, atam tәrәfindәn gәlәcәk doğru ruh mәnim haqqımda şәhadәt verәcәk.” 4

“Mәn düz deyirәm ki, mәnim getmәyim sizin üçün faydalıdır. Әgәr mәn getmәsәm, farqlit gәlmәyәcәk. Amma getsәm, onu göndәrәcәyәm. O gәlәndәn sonrа bәşәriyyәti günaha, sәdaqәtә, insafa vadar edәcәk. Mәnә inanmadıqları üçün günaha, atamın yanına getdiyim üçün sәdaqәtә vә siz mәni bir daha görmәyәcәksiniz. Alәmin rәisi üçün hökm verilmişdir. Sizә deyilәsi çox söz var. Amma indi deyә bilmirәm. O gәldikdәn sonra sizi doğru yola yönәldәr. O özündәn heç bir söz demәz. Yalnız eşitdiklәrini deyәr. O sizi gәlәcәkdәn xәbәrdar edәcәk, mәni möhtәrәm tutacaq. Çünki o mәndә olanları tapacaq vә sizә xәbәr verәcәk. Atamın olan mәnimdir, ona görә deyirәm ki, mәndә olanları alacaq vә sizә xәbәr verәcәk.” 5

İncildәki “farqlit” kәlmәsinin İslam Peyğәmbәrinә aid olması haqqında yetәrli dәlillәrimiz var. Hәmin söz heç dә mәsihilәrin dediyi kimi ruhul-qüdsә aid deyil. Mәsәlәni araşdıraq:

1. Әvvәlcә, diqqәt yetirmәliyik ki, İslamdan qabaq incil alimlәri vә tәfsirçilәri arasında vәd edilmiş son Peyğәmbәr olduğu yekdilliklә qәbul olunurdu. Hәtta bu fikirdәn sui-istifadә edәn bәzi adamlar özünü farqlit elan edirdi. Mәsәlәn, bir abid 187-ci ildә (kiçik asiyada) özünü Peyğәmbәr elan edib dedi: “Mәn hәmin farqlitәm ki, İsa onun haqqında xәbәr vermişdir.” O özünә bir qrup ardıcıl da toplaya bilmişdi.

2. İslami mәnbәlәrdә bildirilir ki, xristian dünyasının siyasi vә dini rәhbәrlәri İslam Peyğәmbәri mәbus edildiyi günlәrdә incilin vәd etdiyi Peyğәmbәrin intizarında idilәr. Hәzrәt Peyğәmbәrin sәfiri Hәbәşә hakiminә Peyğәmbәrin namәsini tәqdim etdikdә o, namәni oxuyub sәfirә dedi: “Mәn şәhadәt verirәm ki, o, kitab әhlinin gözlәdiyi Peyğәmbәrdir. Hәzrәt İsanın Peyğәmbәrliyini xәbәr verdiyi kimi, o da son Peyğәmbәrin gәlişini müjdә vermiş, onun nişanәlәrini bildirmişdir.” 6

İslam Peyğәmbәrinin gәtirdiyi mәktub Rum qeysәrinә çatdığı vaxt o bu mәktubu oxuyub, İslam Peyğәmbәri haqqında araşdırmalara başladı. Qeysәr cavab mәktubunda yazdı: “Sizin mәktubunuzu oxudum, dәvәtinizdәn agah oldum vә bilirdim ki, Peyğәmbәr gәlәcәk. Amma güman edirdim ki, hәmin Peyğәmbәr Şamdan çıxacaq...” 7 Bu tarixi sәnәdlәrdәn bәlli olur ki, mәsihilәr vәd olunmuş Peyğәmbәrin yolunu gözlәyirdilәr vә bu intizar İncilә әsaslanırdı.

3. Hәzrәt Mәsihin farqlit üçün sadaladığı imtiyazlar, onun zühur şәraiti vә bu gәlişin nәticәlәri haqqında bildirdiklәri açıq-aşkar göstәrir ki, farqlit vәd edilmiş Peyğәmbәrdir vә göstәrilәn әlamәtlәr onun ruhul-qüds olması ehtimalını aradan qaldırır.

Mәsәlәni araşdıraq:

a) Hәzrәt Mәsih sözә belә başladı: “Әgәr siz mәni sevәrsinizsә, әhkamımı qoruyarsınızsa, mәn atamdan digәr bir farqlitin göndәrilmәsini istәyәcәm.”  

1.Hәzrәt Mәsihin onlara öz mәhәbbәtini xatırlatması, ümmәtinin vәd olunmuş şәxsә tabe olmayacağını ehtimal etmәsi, onları hәmin kәsә tabe olmağa vadar etmәsi göstәrir ki, vәd olunmuş şәxs incil tәfsirçilәrinin bildirdiyi kimi ruhul-qüds yox, son Peyğәmbәrdir. Әgәr farqlit ruhul-qüdsә işarә olsaydı, onun qәbulu üçün şәrait yaratmağa dәymәzdi.

Çünki ruhul-qüds qәlb vә ruhlar üzәrindә elә böyük tәsirә malikdir ki, onun şübhә ilә qarşılanması ehtimalı yoxdur. Yalnız vәd olunmuş Peyğәmbәrin gәlişinә şәrait yaratmaq lazım gәlә bilәr. Çünki Peyğәmbәrin yeganә tәsir vasitәsi onun bәyanı vә tәbliğidir. Tәbliğ isә kiminә tәsir edә bilәr, kiminә isә yox. Hәzrәt İsa әvvәlki xatırlamaları ilә kifayәtlәnmәyib buyurur: “İndi hәmin iş olmamış sizә deyirәm ki, olanda iman gәtirәsiniz.” Ruhul-qüdsә iman gәtirmәk üçün isә tövsiyyә vә mәcburiyyәtә ehtiyac yoxdur.

2. Hәzrәt Mәsih buyurur: “Sizә digәr bir farqlit verilәcәk.” Әgәr hәzrәt İsa ruhul-qüdsü nәzәrdә tutmuş olsaydı “başqa bir” kәlmәsini işlәtmәzdi. Çünki ruhul-qüds yeganәdir vә onun haqqında “başqa bir” sözünü işlәtmәyә ehtiyac yoxdur.

b) Hәzrәt İsa buyurur: “Sizә dediklәrimi sizә xatırladacaq” (14:26) “Atam tәrәfindәn gәlәn doğru ruh mәnim haqqımda şәhadәt verәcәk.”(15:26)

Bildirirlәr ki, hәzrәt İsa dara çәkilәndәn 50 gün sonra ruhul qüds hәvarilәrә nazil oldu. Sual olunur ki, hәvarilәr 50 gün әrzindә hәzrәt İsanın buyurduqlarını unutmuşdularmı ki, ruhul qüds onları öyrәtmәyә gәldi? Mәgәr hәzrәt Mәsihin şagirdlәrinin ruhul-qüdsün şәhadәtinә ehtiyacı vardımı?! Amma farqlit kәlmәsini vәd olunmuş peyğәmbәrә aid etsәk, bütün deyilәnlәr tәrәddüdsüz qәbul oluna bilәr. Çünki Mәsih ümmәti ondan sonrakı uzun müddәt әrzindә incilin bir çox göstәrişlәrini unutmuş, hәtta incildә öz nәfs istәklәrinә uyğun dәyişikliklәr aparanlar da olmuşdu. Hәzrәt Mәhәmmәd (s) unudulmuşları xatırlatdı vә İsanın Peyğәmbәrliyinә şәhadәt verәrәk dedi: “O da mәnim kimi Peyğәmbәr olub.” Hәzrәt Mәhәmmәd (s) Mәsihin anası haqqında deyilәn yersiz sözlәrә qarşı çıxdı vә hәzrәt İsanın Allahın oğlu olması iddiasını rәdd etdi.

v) Hәzrәt İsa dedi: “Әgәr mәn getmәsәm, farqlit yanınıza gәlmәz. (15:7) O farqlitin gәlişi üçün öz gedişini şәrt bilir. Әgәr farqlit ruhul-qüds olsaydı, onun gәlişi üçün mәsihin gedişi zәruri olmazdı. Mәsihilәrin әqidәsinә görә, ruhul-qüds hәzrәt mәsihin tәbliğ üçün әtrafa göndәrdiyi hәvarilәrә nazil olurdu. Ona görә dә ruhul-qüdsün nazil olması üçün mәsihin gedişinә ehtiyac yoxdur. Amma farqlit kәlmәsi vәd olunmuş Peyğәmbәr kimi qәbul edilәrsә, bu halda hәzrәt İsanın gedişi onun gәlişi üçün şәrt sayıla bilәr.

d) Üç şey farqlitin nazil olması әlаmәti kimi tәqdim olunur: Dünyanı günaha, sәdaqәtә vә insafa vadar edәr; Günaha, çünki mәnә iman gәtirmәzlәr;(16:8) bilirik ki, Mәsihilәrin әqidәsinә görә, ruhul-qüds İsa dara çәkilәndәn sonra hәvarilәrә nazil oldu. O heç kimi günaha, sәdaqәtә vә insafa vadar etmәdi.

Ayәdәn mәlum olur ki, vәd olunmuş şәxs hәvarilәrә yox, günahkarlara zahir oldu. Qeyd etdik ki, günaha vadar dedikdә insanların inkar edәcәyi bir haqqın ortaya qoyulması nәzәrdә tutulur. Әgәr ruhul-qüds hәvarilәrә nazil olmuşdursa, hәvarilәr nәyi inkar edib günaha batdılar? Amma nәzәrdә tutsaq ki, göndәrilәn İslam Peyğәmbәridir, onda deyilәnlәr yerini tapar. Yәni İslam Peyğәmbәri gәldi, haqqı bәyan etdi vә bәzilәri bu haqqı qәbul etmәyib günaha düşdülәr.

q) İsa buyurur: “Farqlit mәnim haqqımda şәhadәt verәcәk;(15:26) “Sizә gәlәcәkdәn xәbәr verәcәk vә mәnә ehtiram göstәrәcәk.” (16:13)

Hәzrәt Mәsihә şәhadәt verilmәsi bir daha göstәrir ki, vәd olunan şәxs ruhul-qüds deyil. Çünki hәvarilәr belә bir şәhadәtә ehtiyac duymurdular. Hәzrәt İsaya ehtiramla yanaşılması, onun tәrif edilmәsi isә sırf İslam Peyğәmbәrinin buyruqlarına uyğun gәlәn hәqiqәtdir.

Yuxarıdakı dәlillәrә diqqәtlә yanaşsaq, İslam alimlәrinin qeyd etdiyi hәqiqәtlәri dәrk edә bilәrik. Әlbәttә ki, yuxarıda sadalanan dәlillәrdәn әlavә dә dәlillәr vardır.

Sonda Fransa böyük ensiklopediyasından söhbәtimizlә әlaqәli bir hissәni oxucuların nәzәrinә çatdırırıq: “Mәhәmmәd (s) İslam dininin tәsisçisi, Allahın Peyğәmbәri vә Peyğәmbәrlәrin sonuncusudur; Mәhәmmәd (s) sözü “çox hәmd olunmuş” demәkdir. Bu sözün kökü “hәmd” mәsdәridir. “Hәmd” isә tәrif etmәk demәkdir. Maraqlıdır ki, eyni kökdәn düzәlmiş başqa bir söz Әhmәddir. Böyük ehtimala görә, Әrәbistan xristianları farqlit sözünü Әhmәd kimi tәlәffüz edirdilәr. Әhmәd dә çox bәyәnilmiş, tәrifә layiq demәkdir... Belәcә, müsәlman yazıçıları tәkrar-tәkrar xatırladırdılar ki, Farqlit kәlmәsi İslam Peyğәmbәrinin (s) zühuruna işarәdir. Quranın “Sәff” surәsindә dә bu mәsәlәyә aşkar şәkildә toxunulmuşdur. 8

Bu hissәnin tәnzilindә Fәxrul-İslamın tәrtib etdiyi nәfis “Әnisul-Әlam” kitabından istifadә olunmuşdur.

 

1 “Yuhanna İncili” 14:15-17, 1837-ci ildә Londonda çap olunmuşdur

2 Hәmin mәnbә, 14:25,26

3 Hәmin mәnbә, 14:29

4 Hәmin mәnbә, 15:26

5 Hәmin mәnbә 16:5-15

6 “Tәbәqate-kubra”, c.1, s.259

7 “Tarixe-kamil”, c.2, s. 44

8 Fransa böyük ensiklopediyası, c. 23, s. 4174

 

“Dini suаllаrа cаvаblаr”, Аyәtullаh-üzmа Mәkаrim Şirаzi və Аyәtullаh Cәfәr Sübhаni,  səh. 95-101

Рейтинг

В этом разделе