»»

İSA ALLAHIN OĞLUDURMU?

 Sual: Amerikada bazar günlәri televiziyada katolik kilsәlәrinin proqramı verilir. Xәstәlik sәbәbindәn kilsәdә iştirak edә bilmәyәnlәr üçün nәzәrdә tutulmuş bu proqramda keşişlәr belә dua edirlәr: “Pәrvәrdigara, biz sәnә iman gәtirmişik; İsadan başqa sәnә mәnsub bir kәs tanımırıq; Biz sәnin oğlun İsaya etiqad edirik.” Bәli, mәsihilәrin İsa ilә bağlı etiqadları belәdir. Bәs biz müsәlmanlar nә üçün İsanı Allahın oğlu hesab etmirik?

 Cavab: Bu sual allahşünaslıq mövzusunda İslam mәntiqindәn xәbәrdar olanlar üçün tәәccüblü görünә bilәr. Amma qeyri-islami mühitdә, adәtәn, mәsihilәrlә tәmasda olanlar üçün “Üç Üqnum”, yәni ata Allah, oğul Allah, Ruhul-qüds mәsәlәsi sual olaraq qalır. Adәtәn, ata vә oğul Allah haqqında danışılır. Qeyri-islami mühitdә bu mövzu ilә bağlı suallar tәbiidir. Suala cavab vermәk üçün әvvәlcә müsәlmanların “Allah” dedikdә nә başa düşdüklәrini aydınlaşdırmalıyıq. İslam üsulundan xәbәrdar olanlar yaxşı bilirlәr ki, Allah bütün kamal sifәtlәrinin mәnbәyidir vә onda heç bir eyb, möhtaclıq, mәhdudiyyәt yoxdur. Varlıq alәmindәki bütün mövcudları Allah yaratmışdır vә o heç bir mövcuda möhtac deyil.

Aydın mәsәlәdir ki, Allah kimsәyә ehtiyac duymaz, onun zehni vә xarici üzvlәri olmaz, nә doğular, nә dә doğar. Belәcә, gözlә görünmәz, zövcә sahibi olmaz, zamanla vә mәkanla mәhdudlaşmaz. Çünki bu sayaq sifәtlәr Allahın mәqamını aşağı salar vә Onu öz yaratdığı mәxluqlara oxşadar. Mәsәlәn, әgәr Allah-tәala yaratdığı maddi mövcudlar kimi mürәkkәb tәrkibә malik olmuş olsa, Onun varlığı tәrkibindәki hissәlәrә ehtiyaclı olar. Mәsәlәn, su oksigen vә hidrogen atomlarından tәşkil olunmuşdur. Onun varlığı bu iki ünsürün varlığına ehtiyaclıdır. Oksigen vә hidrogen olmadan suyun yaranması qeyri mümkündür. Allah isә mürәkkәb yox, bәsit varlıqdır. Varlıq alәminin yaradıcısı, alәmlәrin rәbbi mürәkkәb ola bilmәz.

Demәk, mәsihilәr İsanı Allahın oğlu bilmәklә Allahı öz ilahilik mәqamından endirirlәr, belә bir sifәt yaranmışlara xas ola bilәr.

Allahın tәrkibi olmayan varlıqdan nә isә ayrılıb, insan şәklinә necә düşә bilәr?! Axı İsa da başqa insanlar kimi maddi varlıqdır. Necә ola bilәr ki, Allah onu Öz oğlu vә Özünü onun atası adlandırsın?!

Rütbәli mәsihilәr İsanın Allahın oğlu olması fikrinin әql vә elmlә uyuşmadığını gördüklәri üçün mәcbur qalaraq, dediklәri sözü, yәni İsanın Allah oğlu olmasını başqa cür yozmağa çalışırlar. Onların uyğun yozumlarına nәzәr salaq:

1. İsanın yaradılışı adi qaydada olmadığından, o, dünyaya atasız gәldiyindәn, elәcә dә, onun hәyatı bir çox möcüzәlәr vә qeyri-adi hadisәlәrlә müşayiәt olunduğundan İsanın Allahın zühur yeri, tәcәlla aynası hesab etmişlәr. Guya bu sәbәbә görә Allah onu öz oğlu adlandırmışdır. Bәzәn dә deyirlәr ki, Allah-tәala İsanı fövqәladә sevdiyindәn onu öz oğlu kimi tәqdim etmişdir.

Bu yozuma qarşı iki irad var:

a) “Әhde-cәdidin” ayәlәrindә aşkar şәkildә bildirilir: “Zaman tamam olduqda Allah qadından doğulmuş oğlunu göndәrdi”. Elәcә dә, mәsihilәr ümumi etiqad mәnbәlәrindә bildirirlәr ki, onlar vahid ata Allaha, mütlәq qüdrәt sahibinә, görünәn vә görünmәyәn bütün şeylәrin xaliqinә, İsa mәsihә, Allahın oğluna, atadan doğulana, ata zatından yeganә doğulmuşa inanırlar. Onlar deyirlәr: “Allah Allahdan, nur nurdan, hәqiqi Allah hәqiqi Allahdan, atası ilә eyni zatda olan mәxluq yox, doğulmuş...” bu iki fikir bir-biri ilә qәtiyyәn uyuşmur. Çünki әvvәlki baxışa görә, İsa mәsih Allahın oğludur. Nur nurdan ayrıldığı kimi, İsa da Allahdan ayrılmış vә Mәryәmin bәtnindә qәrar tutmuşdur. Sonra isә dünyaya qәdәm qoyaraq xalqın hidayәti vә sәadәti yolunda çalışmışdır.

b) Әgәr İsanın Allahın oğlu sayılması üçün atasız yaranışı, hәyatının müxtәlif möcüzәlәrlә müşayiәt olunması, bu şәxsdәn fövqәladә işlәrin baş vermәsi kifayәt sayılarsa, onda İsadan başqaları da Allahın oğlu sayılmalıdır. Çünki hәzrәt Adәm ata-anasız dünyaya gәlmiş, İbrahim, Musa, Nuh vә bir çox digәr Peyğәmbәrlәrin möcüzәlәri olmuşdur. Allah oğlu sayılması üçün әsas ola bilәrmi?!

2. Başqa bir yozumda “Allah İsanın vücudunda tәcәlla etmişdir” deyә onu Allah sayırlar. Guya hәrarәt özünü suda göstәrdiyi kimi, Allah da özünü İsanın vücudunda göstәrmişdir. Bu yozumla iradlardan yaxa qurtarmaq olmaz. Belә bir yozum çuxurdan çıxıb, uçuruma yuvarlanmaq kimidir. Söhbәtimizin әvvәlindә qeyd etdiyimiz kimi, Allah cism deyil vә zaman-mәkana sığmır. Zaman vә mәkan baxımından qeyri-mәhdud olan bir varlıq insan bәdәnindә aşkarlana bilәrmi?! Axı İsa da başqaları kimi bir insandır vә hamı kimi yeyir-içir, yatır, yeriyir...

Axı sonsuz olmayan okean da kasaya yerlәşә bilmәz. Bәs necә ola bilәr ki, qeyri-mәhdud olan bir vücud İsa kimi mәhdud bir vücuda sığışa?! İsanın Allahın oğlu olması әqli vә mәntiqi olmamaqla yanaşı, Allahın yemәmәsi, yatmamasını tәәccüblә qarşılayan avam adamda da suallar doğurur.

 

“Dini suаllаrа cаvаblаr”, Аyәtullаh-üzmа Mәkаrim Şirаzi və Аyәtullаh Cәfәr Sübhаni,  səh.88-91

Рейтинг