dini dwkan
RUS   |    AZE

Fayllar » Teqlər » sələfi

Mən bundan əvvəl “Ərşin səsi” hədisi barədə müxtəsər bir tədqiqat yazmışdım. Təcsim (Allahın cismləşdirilməsi) əqidəsində olanların nəql etdikləri ən çirkin hədis məhz bu hədisdir. Həmin vaxt işlərin çoxluğundan bu hədisi geniş şəkildə araşdırmamışdım. Daha sonra bu tədqiqatı daha geniş surətdə hərtərəfli araşdırmaq və onların Allah-taala barədə pis etiqadlarını üzə çıxartmağı qərara aldım. Mündəricatda qeyd olunduğu kimi, mövzunu bir neçə qismə böldüm. Allah-taaladan bu tədqiqatın qəlblərində Allah və Onun haqq dininin qeyrətini çəkən hər bir müsəlman şəxsə faydalı olmasını diləyirəm. Oxuculardan Ustad İbrahim Naziriyə (Allah ona rəhmət etsin) həmçinin, bu sətirlərin müəllifini dua etməyi unutmamalarını rica edirəm. Aləmlərin Rəbbi olan Allaha həmd olsun!

Muhəmməd Əli Həsən

Открыть Загрузок: 189

Bu tədqiqat işimizdə Səqəleyn hədisi barədə fərqli fikirləri bir-bir nəzərdən keçirmiş və xüsusilə İbn Teymiyyənin iddialarını ən detallı şəkildə incələmişik. Biz çox sayda mənbələrlə "Səqəleyn" və "Xəlifəteyn" hədislərinin mövcudluğunu və etibarlılığını isbat etmiş, "Səhih Müslim"dən tutmuş bütün ən mötəbər əhli-sünnə kitablarından dəlillər təqdim etmişik. Biz bu rəvayətlərin müxtəlif sənədlərini diqqətlə araşdırmış, həmçinin öndəgedən əhli-sünnə hədis alimlərindən, o cümlədən Əllamə əl-Əlbani, Şeyx əl-Ərnaut  və s.-dən rəvayətlərin etibarlılıq dərəcələri barədə sitatlar gətirmişik. Eynilə də, hər iki rəvayətin mətnini incəliklə tədqiq etmiş, onların həqiqi mənalarını üzə çıxarmaq üçün köməkçi rəvayətlərdən istifadə etmişik. Məqsədimiz budur ki, insanların Qiyamət günün bilməmək, eşitməmək, görməmək kimi bəhanələri olmasın. Səmimi qəlbdən inanırıq ki, bu kitab həqiqətən Allahın doğru yolunu axtaran hər bir insana çox faydası olacaq.

Открыть Загрузок: 726

Allah cism deyil - Mircəfər Əyyubzadə

Открыть Загрузок: 46
Bizi izləyin!
Fətvalar
Hədislər