»»

"İmam Hüseyni (ə) şiələr öldürüb?" sualına Seyid Muhsin əl-Əmindən qısa cavab

Seyid Muhsin əl-Əmin yazır:

حاش لله أن يکون الذين قتلوه هم شيعته، بل الذين قتلوه بعضهم أهل طمع لا يرجع إلى دين، وبعضهم أجلاف أشرار، وبعضهم اتبعوا روءساءهم الذين قادهم حب الدنيا إلى قتاله، ولم يکن فيهم من شيعته ومحبيه أحد، أما شيعته المخلصون فکانوا له أنصاراً، وما برحوا حتى قتلوا دونه، ونصروه بکل ما في جهدهم، إلى آخر ساعة من حياتهم، وکثير منهم لم يتمکن من نصرته، أو لم يکن عالماً بأن الأمر سينتهي إلى ما انتهى إليه، وبعضهم خاطر بنفسه، وخرق الحصار الذي ضربه ابن زياد على الکوفة، وجاء لنصرته حتى قتل معه، أما ان أحداً من شيعته ومحبيه قاتله فذلک لم يکن، وهل يعتقد أحد إن شيعته الخلص کانت لهم کثرة مفرطة؟ کلا، فما زال أتباع الحق في کل زمان أقل قليل، ويعلم ذلک بالعيان، وبقوله تعالى: «وقليل من عبادي الشکور».


Haşa ki, İmam Hüseynin qatilləri şiə olalar! Əksinə, onu qətlə yetirənlər ya dinsiz tamahkarlar, ya əxlaqsız və pozğun insanlar, ya da dünya sevgisilə Hüseyn ibn Əli (ə) ilə döyüşməyə sürüklənmiş, rəhbərlərinə tabe olan şəxslər idilər. Onlar arasında İmam Hüseynin (ə) şiəsi və onu sevən heç kəs yox idi.

Xalis şiələr İmam Hüeynin köməkçiləri oldular, onun yolunda öldürülməkdən əsla çəkinmədilər və son nəfəslərinə qədər bütün güclərilə onu qorudular.

Onların bir çoxunun İmam Hüseynə (ə) kömək etməyə imkanı olmamışdır, ya da işin bu həddə gəlib çatacağını güman etməmişlər. Bəziləri isə həyatlarını təhlükəyə atmış, İbn Ziyadın Kufə ətrafında topladığı mühasirəni yararaq İmama kömək üçün gəlib Kərbəlada şəhid olmuşlar. Lakin hətta bir nəfər belə olsa hansısa bir şiə Kərbəlada İmam Hüseynə (ə) qarşı vuruşmamışdır – belə bir şey əsla baş verməmişdir.

Görəsən, kimsə zənn edir ki, İmam Hüseynin xalis şiələrini xeyli çox olublar? Əsla! Həmişə haqq tərəfdarları az - çox az olmuşlar. Bu, Uca Allahın "Qullarımdan şükr edənlər azdır" – kəlamından da açıq-aydın başa düşülür.

 

Seyid Muhsin əl-Əmin, “Əyanuş-şiə”, c.1, s.585;  “Darul-təaruf lil-mətbuat” – Beyrut, 1403/1983

Рейтинг

В этом разделе