»»

Həqiqəti tapanlar - 16 - : Şeyx Mutəsim Seyid Əhməd (keçmiş şafei)

Adı: Mutəsim Seyid Əhməd

Ölkə: Sudan

Məzhəbi: Şafei

Mutəsim Seyid Əhməd

M.S.Əhməd Sudanın şimalındakı Nədy kəndində şafei məzhəbli bir ailədə dünyaya gəlmişdir. Akademik təhsil almış, islam iqtisadiyyatı üzrə bakalavr dərəcəsi əldə etmişdir.

Uşaqlıqdan dini mövzulara marağı olmuş, araşdırma və tədqiqat aparmağı sevmişdir. Sudanda vəhhabiliyin yayılmasından sonra onlarla tez-tez elmi disskusiyalara girmiş, müxtəlif mövzular ətrafında mübahisələr aparmış, hətta müəyyən məsələlərdə vəhhabiliyə meyl edib onların fikirlərini müdafiə etmiş, lakin vəhhabi olmamışdır. M.Əhməd vəhhabiliyi qəbul etməməsinin səbəbi kimi iki faktoru göstərmişdir:

1. Hərəkətsizlik: vəhhabiliyin təlimlərinin insanın fərdi və ictimai həyatında aşkar mədəni yansımaları yoxdur. Sitat: “Bir vəhhabi cəmiyyətlə yaşaya bilmir. Geyimi, hərəkətləri və həyatının hər detalında cəmiyyətdən seçilir və yalnız öz həmfikirləri ilə uyğunlaşa bilir.” (M.S.Əhməd, “İtirilmiş həqiqət”: səh.15). Hətta onun dediyinə görə bir qrup sudanlı gənc araşdırma aparmadan vəhhabiliyi qəbul etmiş, lakin bir müddət sonra qeyd edilən səbəblərdən bu məzhəbi tərk etmişlər.

2. Təkfir: M.S.Əhməd vəhhabiliyin bir çox fikirlərini bəyənməsinə rəğmən məhz bu xüsusiyyətinə görə vəhhabiliyi qəbul etmədiyini bildirir (“İtirilmiş həqiqət”: səh.17).

Daha sonra o, Sudanın Vadin-nil Universitetinin İslam və ərəb dünyası ilə bağlı tədqiqatlar fakültəsinə qəbul olmuşdur. Şiəliklə tanışlığı sonradan dost olduğu Atabra şəhərində hüquq və siyasət fakültəsinin məzunu olan Əbdülmünim adlı bir şəxslə başlamışdır. Uzun müddət araşdırma aparmış, elmi müzakirələrə qoşulmuş, debatlarda iştirak etmiş, bir müddət sonra şiəliyin haqq olduğunu başa düşərək şiəliyi qəbul etmişdir. Bundan sonra şiəliyi tələbə yoldaşlarına anlatmağa başlamış, bu yolda çoxlu çətinliklərlə qarşılaşsa da bir sıra şəxslərin şiəliyi qəbul etməsinə, bir çoxunun da şiəliyə baxışının dəyişməsinə səbəb olmuşdur. M.S.Əhməd bu bütün bu uzun proses zamanı yaşadıqlarını “İtirilmiş həqiqət” adlı kitabında toplamışdır.

313news,net
Рейтинг

В этом разделе