Kişinin öz qızı ilə evlənməsi haqda əhli-sünnətdən fətvalar
"... doktor Üsamə Həvari qeyd edir ki, bəzi fəqihlər qardaşın öz zinadan əmələ gəlmiş bacısı ilə, eləcə də atanın öz zinadan əmələ gəlmiş qızı ilə evlənmələri caizdir, çünki zinadan əmələ gəldikləri üçün aralarında nəsəb qohumluğu yaranmır".
İbn Həzm yazır: ويحرم على الرجل نكاح بنته من الزنى وأخته, وبنت ابنه وبنت بنته وبنت أخيه, وأخته من الزنى وهو قول عامة الفقهاء وقال مالك والشافعي في المشهور من مذهبه: يجوز ذلك كله لأنها أجنبية منه ولا تنسب إليه شرعا Kişiyə zinadan olan öz qızı ilə evlənmək haramdır...və bu əksər alimlərin fikridir. Ancaq, Malikin mövqeyi, həmçinin Şafeinin məşhur mövqeyi budur ki, kişi o qızla (yəni, zinadan olan qızı ilə) evənə bilər. Çünki, bu qız ona yaddır, məhrəm deyil. Onların aralarında heç bir qohumluq əlaqələri yoxdur...
Həmçinin türk dilində olan "Sorularla İslamiyet", saytının Fıqh | Evlilik-Nigah bölməsində 31-8-2009 tarixli məqaləni nəzərinizə çatdırırıq:
İmam Qurtubi yazır: Deyirəm ki: Adamın zinadan olan qızı, yaxud bacısı, ya da zinadan olan oğlunun qızını nikahlaması barəsində füqəha arasında fikir ayrılığı vardır. Aralarında İbnul-Kasımın da olduğu bir dəstə bunu haram qəbul etmişlər. Əbu Hənifə və məzhəbinə mənsub füqəhanın görüşü də budur. Aralarında Abdul-Məlik İbnul-Macişunun da olduğu başqaları isə bunu caiz qəbul etmişlər. Bu Şəfiinin də görüşüdür.
Опубликовано:16 Ноябрь, 2010, Просмотров:788, Печать
|
|
| © 2012 Bütün hüquqlar qorunun www.313news.net Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |
![]() |