Dünya xəbərləri - bu gün | Analitik-informasiya saytı

   Русская версия | Azəri versiya  

Qurani-kərim nə vaxt və kimin göstərişiylə yığılıb?

Bismillahir-rəhmanir-rəhim

Sual:
Qurani-kərim nə vaxt və kimin göstərişiylə yığılıb yazılıb?

Cavab: Qurani-kərimin nə vaxt və kimin göstərişiyilə yığılması barədə alimlər arasında ixtilaf var:

Nəzəriyələrin xülasəsi belədir:

1-Peyğəmbər (s)-in vaxtında yığılıb.

2-Əbubəkirin vaxtında yığılıb.

3-Ömərin vaxtında yıxılıb.

4-Əbubəkrin vaxtında başlayıb və Ömərin vaxtında yığılıb qurtarıb.

5-Osmanın vaxtında yığılıb.

Düzgün nəzəriyyə elə birinci nəzəriyyədir və alimlərin çoxu da bu nəzəriyyəni qəbul ediblər. O cümlədəndir:

1-Ayətullah Xoi: bu nəzəriyyəni sübut edərək digər nəzəriyyələri Qurana, sünnəyə və ağıla zidd hesab edir.

"Təfsirul-bəyan", səh: 162.

2-Əllamə Rafei:-deir:

وللنبي صلى الله عليه وآله صحابة كانوا يكتبون القرآن إذا انزل ، إما بأمره أو من عند أنفسهم تاما وناقصا . وأما الذين جمعوا القرآن بتمامه بالاتفاق فهم خمسة

"Peyğəmbər (s) səhabəsi arasında elələri var idi ki, Quran nazil olduqca onlar yazırdılar. Bunu ya Peyğəmbər (s)-in göstərişiylə və ya da özlərindən edirdilər. İstər naqis istərsə də tam surətdə. Amma Quranı kamil surətdə toplayan (heç bir ixtilaf olmadan) beş nəfər."

Sonra beş nəfərin adını çəkir.
"Ecazul Quran", səh: 36.

3-Şeyx Mənna Qəttan: deyir:

قد عرفنا أن القرآن كان مكتوبا من قبل، في عهد النبي ( صلى الله عليه وآله ) ولكنه كان مفرقا في الرقاع والأكتاف والعسيب ، فأمر أبو بكر بجمعه في مصحف واحد - إلى أن قال : - فكان أبو بكر أول من جمع القرآن بهذه الصفة في مصحف

"Bildik ki, Quran Peyğəmbər (s)-in zamanında yazılıb. Lakin kağızlarda, sümüklərdə və xurma axacının qabıqlarında pərakəndə şəklində idi. Əbubəkir onu bir kitab şəklində yığılmasına göstəriş verdi. Sonra deyir – Quranı kitab halına yığıb toplayan ilk şəxs Əbubəkir olmuşdur."
"Məbahisu fi ülumil-Quran", müəllif: Mənna Qəttan, səh: 74.

Bunun sözündən açıq-aydın məlum olur ki, bir neçə yazılmış Quranlar olub. Lakin Əbubəkirin topladığı Quran vərəqəl üzərində və bu gün ki, kitablar formasında olub. Bu söz o şəxslər ki, deyirlər "O, Quranı Peyğəmbər (s)-in Quranı əzbərləyən səhabələrindən – iki şahidin şəhadət verməsiylə yığıb toplamışdı" – sözüylə ziddiyyətdədir.

4-Zərqaninin əqidəsincə Quranın toplanması belə deyil ki, Peyğəmbər (s) vaxtında yığılmasın və həzrətdən sonra səhabənin etdiyi işlərdən olsun. Əksinə bu iş Quran nazil olduğu və ayələr yazıldığı zaman Peyğəmbər (s)-in verdiyi göstərşlərdəndir. Sonra deyir:

قال الإمام أبو عبد الله المحاسبي في كتاب"فهم السنن" ما نصه : كتابة القرآن ليست بمحدثة ، فإنه ( صلى الله عليه وآله ) كان يأمر بكتابته ، ولكنه كان مفرقا في الرقاع والأكتاف والعسب ، فإنها أمر الصديق بنسخها من مكان إلى مكان مجتمعا ، وكان ذلك بمنزلة أوراق وجدت في بيت رسول الله ( صلى الله عليه وآله ) فيها القرآن منتشرا ، فجمعها جامع وربطها بخيط ، حتى لا يضيع منه شئ

"İmam Əbu Əbdillah Məhasebi özünün "fəhmüs-sünən" kitabında deyir: Quranı yazmaq yeni bir iş deyil. Şübhəsiz ki, həzrət özü Quranı yazmağa göstəriş vermişdi. Lakin bu yazılar kağızlarda, sümüklərdə və xurma ağacının qabığında pərakəndtə halında idi. Əbubəkir bulnarın üzündən körürülməsinə və bir yerdə yığıb yazılmasına göstəriş verdi. Quran vərəq-vərəq Peyğəmbərin evində idi Əbubəkir onları bir-birinə tikdi ki, bir şey itməsin."
"Mənahilul ürfan", 1-ci cild, səh: 242.

Bu sözlər birinci nəzəriyyəni qəbul etmiş bir qurup mütəəxxir alimlərin nəzəriyyəsi idi.

Birinci nəzəriyyəni qəbul etmiş mütəqəddim alimlərindən bir qurup.

Mütəqəddim (keçmiş) alimlərin sırasında bu nəzəriyyəni qəbul etmiş şəxsiyyətlər arasında aşağıdakı alimlərin adını qeyd etmək olar:

1-Seyyid Mürtəza:

Seyyid Mürtəza Ələmul-huda (mərhum Təbərsinin nəql etdiyinə əsasən) deyir:

إن العلم بصحة نقل القرآن كالعلم بالبلدان والحوادث الكبار مما توفرت الدواعي على نقله ... إن القرآن كان على عهد رسول الله ( صلى الله عليه وآله ) مجموعا مؤلفا على ما هو عليه الآن ... أن جماعة من الصحابة مثل عبد الله بن مسعود وأبي بن كعب وغيرهما ختموا القرآن على النبي ( صلى الله عليه وآله ) عدة ختمات ، وهو يدل بأدنى تأمل على أنه كان مجموعا مرتبا غير منشود ولا مبثوث

"Həqiqətən Quranın doğru və dürüst olmasına olan bilik eynən şəhərlərin və böyük hadisələrə olan bilik kimidir. Onu deyib və ya nəql etməyə ehtiyac böyükdür....

Quran Puyğəmbərin vaxtında bu gönki kimi yığılıb və cəm olmuşdur. Abdullah ibn Məsud və Übey ibn Kəb kimi səhabələr dəfələrlə Peyğəmbərin yanında (Quranı) xətm etmişdilər. Bu onu göstərir ki, Quran tərtiblə yığılıb cəm olmuşdu və cüz-cüz halında pərakəndə deyildi."
"Məcməul-bəyan" təfsiri, 1-ci cild, səh: 15.

2-Əhli sünnə alimlərinin böyüklərindən olan Siyuti yazır:

الإجماع والنصوص على أن ترتيب الآيات توقيفي لا شبهة في ذلك . أما الإجماع فنقله غير واحد منهم الزركشي في البرهان وأبو جعفر بن زبير في مناسباته وعبارته : ترتيب الآيات في سورها واقع بتوقيفه ( صلى الله عليه وآله ) وأمره من غير خلاف في هذا بين المسلمين ... وأما النصوص فمنها حديث زيد السابق : كنا عند النبي ( صلى الله عليه وآله ) نؤلف القرآن من الرقاع

"İcma və rəvayətlər dəlalət edir ki, Quran ayələrini tərtibi toqifidir (Peyğəmbərin göstərişiylədir). Bu məsələdə heç bir şək-şübhə yoxdur. Amma icmaya gəlicə isə bir çox alimlər onu bəyan ediblər. O cümlədən: Zərkəşi "Əl-burhan" kitabında və Əbu Cəfər ibn Zübeyr "Əl-munasibat" kitabında. Bu cümlələr "ayələrin, surələrin bu tərtibilə olması Peyğəmbər (s)-in göstərişiylə olub. Bu məsələdə müsəlmanlar arasında heç bir ixdilaf yoxdur" İbn Zübeyrin ibarətidir. Amma rəcayətlərə gəlincə isə Zeydin rəvayətinə işarə etmək mümkündür. O deyir: "Peyğəmbər (s)-in yanında Quranı kağızlardan yığıb toplayırdıq."
"Əl-itqan", 1-ci cild, səh: 62.

Bu cümlələrdən açıq-aydın məlum olur ki, Quranın yığılması və surələrin, ayələrin tərtibi Peyğəmbər (s)-in göstərişiylə olub. İcmanın təsdiqlədiyi kimi.

3-Qazi Əbubəkir.

Siyuti özünün "Əl-itqan" kitabında Qazi Əbubəkirin "Əl-intisar" kitabındakı sözünü belə nəql edir:

الذي نذهب إليه أن جمع القرآن الذي أنزله الله وأمر بإثبات رسمه ولم ينسخه ولا رفع تلاوته بعد نزوله هذا بين الدفتين . وأن ترتيبه ونظمه ثابت على ما نظمه الله تعالى ورتبه عليه رسوله من آي السور

"Bizim qəbul etdiyimiz budur ki, Quranı yığıb yazan Quranın ona nazil olan şəxsdir. O, Quranın yazılmasına göstəriş verib öz əliyilə yazmasa belə Quran iki cild arasında yığılıb toplandıqdan sonra heç bir şey ondan kənarda qalmadi. Həmçinin Quranın tərtibi də Allah taalaın və Peyğəmbər (s)-in verdiyi tətib əsasindadır."
"Əl-itqan", 1-ci cild, səh: 63.

4-Bəğvi:

Siyuti onu "Şərhus-sünnə" kitabındakı sözünü belə nəql edir:

الصحابة رضي الله عنهم جمعوا بين الدفتين القرآن الذي أنزله الله على رسوله من غير أن يكونوا زادوا أو نقصوا ، إنتهى

"Səhabə (Allah onlardan razı olsun) Allahın Peyğəmbər (s)-ə nazil etdiyi Quranı heç bir artıq və əskiltmədən iki cild arasında yığıb topladılar."
"Əl-itqan", 1-ci cild, səh: 63.

Bu nəzəriyyəni qəbul etmiş bütün alimlərin adını çəkmək bu xülasə yazının hövsələsində kənardır. Odur ki, bu həddə kifayət edirik.

Quranın Peyğəmbər (s) zamanında yığılmasından məqsəd nədir?

Bu sözün mənası Quranın Peyğəmbər (s) vaxtında bir kitab kimi yığılıb yazılmasıdırmı?

Xeyir! Çünki əhəmmiyyətli və Qurandan bir çox şübhələri uzaqlaşdıran budur ki, həzrət özü Quranın yığılıb yazılmasına göstəriş verib. Pərkəndə vərəqlərdə olsa belə təhrif, nöqsan və itmə ehtimalı onlarda olmayıb. Beləliklə üzündən köçürülmüş bütün nüsxələr üçün əsas ola bilmişdir. Belə olmadığı halda mənası budur ki, Peyğəmbər (s)-in vaxtında camaatın müraciət edə biləcəkləri bir Quran olmayıb!

Quranın Əbubəkirin zəmanəsində yığılmasına qail olmağın nəticəsi

Əgər Quran Zeyd ibn Sabit kimi "Əbubəkirin zamanında və onun göstərişiylə camaatın dilindən yığıb yazıb" deyənlərin sözünü qəbul etsək gərək Quranın fatihəsini oxuyaq. Çünki bu sözün mənası budur ki, Quranın bəzi ayələri xəbəri-vahidlə (bir nəfərin nəql etməsiylə) bizə gəlib yetişib. Halbuki hamıya məlumdur ki, Quran mütəvatir xəbərlə yetişməlidir. Və heç kimin şübhəsi yoxdur ki, Quran mütlvatır xəbərlə bizə yetişib.

Məlum deyil niyə bir qurup insan bu nəzəriyyədə israrlıdı. Əlbətdə bəzi səhabələrin şəninə xüsusi fəzilətlərin nəql olunmasında maraqlı olduqları istisna deyil. Buna baxmayaraq ki, bu maraqlar İslam və müsəlmanların zərərinə tamamlansa belə.

Quranın Peyğəmbər (s) zamanında yığılıb yazılmasının sübutları

1-Əql:

Əql o cümlə sübutlardandır ki, Quranın Peyğəmbər (s) zamanında yığılıb yazılmasına sübut edərək digər nəzəriyyələri rəd edir. Peyğənbər (s) bu qədər Quranın qorunmasında ayələrinin düzgün başa düşülməsində ən ağır məşəqqətlərə dözüb səbr etdiyi bir halda və bu yolda canfəşanlıq etdiyi bir halda belə ki, Allah taala onun bu əməlinin muqabilində buyurur:

لا تُحَرِّكْ بِهِ لِسَانَكَ لِتَعْجَلَ بِهِ ، إنَّ عَلَيْنَا جَمْعَهُ وَقُرْآنَهُ

"(Ey Peyğəmbər! Cəbrail sənə Quran oxuduğu zaman) onu tələm-tələsik əzbərləmək üçün dilini tərpətmə! (Sən də onunla birlikdə Quranı təkrar etmə, yanlız dinlə!) Çünki onu (sənin qəlbində) cəm etmək, (dilində ) oxutmaq Bizə aiddir."
"Qiyamət" surəsi, ayə-16, 17.

Və həmçinin tezliklə Quran İslam ümmətinin ayırlmayan bir parçasına çevriləcəyini bildiyi bir halda necə ola bilər ki, onu pərakəndə və təkcə sinələrdə əzbər halında qoyub getsin!

2-Səqəleyn hədisi:

Səqəley hədisi ümum müsəlmanlar arasında tanınır. Bu hədisdə Peyğəmbər (s) buyurur: Mən sizin aranızda iki qeymətli şeyi qoyub gedirəm 1) Allahın kitabını; 2) İtrətimi, yəni Əhli beytimi.

Bu rəvayəti nəql edən alimlərin bir neçəsinə işarə edirik:

1) Termezi öz "Sünən" kitabının 5-ci cild, "Mənaqibu Əhli-beytin-nəbi" -bölməsində;

2) Əhməd öz "Müsnəd" kitabının 3-cü cild, səh. 14, 17, 26 və 59;

3) Hakim öz "Müstədrək" kitabının 3-cü cild, səh. 109. Bir neçə sənədlə nəql edir və deyir ki, bu rəvayətlər Buxari və Müslümün nəzərincə səhihdir. Zəhəbidə onu öz "Təlxis" kitabında nəql edərək onda heç bir eyb tutmur;

4) Əllamə Məclisi "Biharul-ənvar" kitabında 3-cü cild, səh: 106, "Fəzailul-Əhlibeyt" bölməsində, bir çox sənədlərlə.

Fazil Vşnəvi bu hədisin sənədlərini bir risalədə yığıb toplayıb və Qahirədə "Darut-təqrib beynəl-Məzahibil-İslamiyyə" nəşriyyatı onu çap edib.

Ərəb ürfündə "Kitab" sözü xüsusi formada yazılmış yazı toplumuna deyilir. Odur ki, insanların sinələrində əzbərlədiklərinə kitab deyilmir. İnsanların əzbərlədikləri seirlər də "bu şeir kitabıdır" və "divandır" –demirlər. Əksinə, "bu filan şəxsin şeirləridir"-deyirlər. Peyğəmbər (s) bu hədisdə "Mən ümmətim arasında kitab qoyub gedirəm"-sözünü buyurmuşdu. Bunun laziməsi budur ki, bu hədis deyilən zaman Quran bütövlükdə özünə məxsus formada yazılmışdı. Bəzi təqiqatçılar bu barədə deyirlər:

إن لفظ الكتاب لا يطلق حتى على مكتوبات متفرقة في اللخاف والعسب والأكتاف إلا على نحو المجاز والعناية ، فإن لفظ الكتاب ظاهر فيما كان له وجود واحد

"Kitab sözü daşların, xurma ağacının qabığı və sümüklər üzərində yazılmış yazılara deyilmir. Məcaz isə istisnadır. Şübhəsiz kitab sözü vahid bir varlığı olanda zühur edir."
"Təfsirul-bəyan", səh: 271.

3-Vəhy katiblərinin əliylə Quranın yazılması

Bu özü sübüt edir ki, Quran Peyğəmbər (s)-in vaxtında diqqətdən kənarda qalmayıb, həzrətin bu məsələyə xüsusi diqqəti olmuşdur.

Peyğəmbər (s)-in vaxtında Quranın yığılıb yazılmasına dəlalət edən rəvayətlər

Buxari nəql edir:

حَدَّثَنِي مُحَمَّدُ بْنُ بَشَّارٍ، حَدَّثَنَا يَحْيَى، حَدَّثَنَا شُعْبَةُ، عَنْ قَتَادَةَ، عَنْ أَنَسٍ رضى الله عنه قَالَ جَمَعَ الْقُرْآنَ عَلَى عَهْدِ النَّبِيِّ صلى الله عليه وسلم أَرْبَعَةٌ، كُلُّهُمْ مِنَ الأَنْصَارِ أُبَىٌّ، وَمُعَاذُ بْنُ جَبَلٍ، وَأَبُو زَيْدٍ، وَزَيْدُ بْنُ ثَابِتٍ. قُلْتُ لأَنَسِ مَنْ أَبُو زَيْدٍ قَالَ أَحَدُ عُمُومَتِي

"Ənəs deyir: Peyğəmbər (s)-in vaxtında Quranı dörd nəfər yığıb toplayıb. Dördüdə ənsardandır: Übey, Məaz ibn Cəlal, Əbu Zeyd və Zeyd ibn Sabit. Ənəsə dedim: Əbu Zeyd kimdir? Dedi: Mənim əmilərimdən biridir ."
"Kitabul-fəzail", fəzailul-ənsar fəsli, hədis: 3857, Cəmul-Quran fəsli, hədis: 5054; "Səhihi Buxari", 6-cı cild, cəh: 103.

İbn Həcər deyir:

وأخرج النسائي بإسناد صحيح عن عبد الله بن عمرو (بن العاص) قال : جمعت القرآن ، فقرأت به كل ليلة ، فبلغ النبي (ص) فقال : أقرأه في شهر. الحديث، وأصله في الصحيح

"Nəsai səhih sənədlə Abdullah ibn Əmrdən rəvayət edir ki, o deyib: (Bütün) Quranı yığıb yazdım sonrada hər gecə onun üzündən oxuyurdum. Bu xəbər Peyğəmbər (s)-ə yetişdikdə həzrət buyurdu: Onu bir ayda (bir ay ərzində) oxu... Bu rəvayətin əsli Səhih (Buxaridə) gəlib."
"Fəthul-bari", 9-cu cild, cəh: 47; "Əs-sünənül-kubra", müəllif: Nisai, 5-ci cild, səh: 24; "Müsnədi Əhməd", 2-ci cild, cəh: 163; "Səhihi İbn Həban", 3-cü cild, səh: 33.

Hakim Nişaburi Zeyd ibn Sabitdən rəvayət edir:

كنا عند رسول الله (ص) نؤلف القرآن من الرقاع

"Biz Peyğəmbər (s)-in yanında Quranı yazılmış vərəqlərdən yığıb toplayırdıq."

Sonra deyir:

هذا حديث صحيح على شرط الشيخين ولم يخرجاه

"Bu təvayət Buxari və Müslumün nəzərlərinə əsasən səhihdir, amma onu (öz kitablarında) nəql etməyiblər."
"Əl-müstədrək ələs-səhihəyn", 2-ci cild, səh: 611; "Müsnədi Əhməd" 5-ci cild, səh: 185; "Səhihi Termizi", 5-ci cild, səh: 390.

Quranın Peyğəmbər (s) zamanında yığılıb yazılmasına bu açıq-aydın bir sübutdur. Siyuti bu mətləbi sübut edə biləcək bir çox rəvayətlər nəql edərək bəyan edir ki, Quran Peyğəmbər (s)-in zamanında yığılıb yazılıb. Ətraflı məlumat əldə etmək isdəyənlər "Əl-itqan" kitabının 1-ci cild, səh: 62-63-ə müraciət edə bilərlər.

Quranın Peyğəmbər (s) zamanında yığılıb toplanmasıyla ziddiyyətdə olan rəvayətlər:

Əql və səhih hədislərlə Quranın Peyğəmbər (s)-in zamanında toplanması sübuta yetdikdə bununla ziddiyyətdə olan rəvayətləri cəm etmək lazımdır. Ziddiyyətdə olan rəvayətlər bir nəçə qurupdur:

1-Zeyd Quranı Əbubəkirin vaxtında yığdığna dəlalət edən rəvayətlər;

2-Quranın Ömərin vaxtında yığıldığına dəlalət edən rəvayətlər;

3-Quranın Osmanın vaxtında yığıldığna dəlalət edən rəvayətlər;

4-Həzrət Əli (ə)-ın Peyğəmbər (s)-in vəfatından dərhal sonra Quranı yığdığına dəlalət edən rəvayətlər.

Süleym ibn Qeys Salmandan rəvayət edir:

أن عليا ( عليه السلام ) بعد وفاة النبي (ص) لزم بيته وأقبل على القرآن يؤلفه ويجمعه ، فلم يخرج من بيته حتى جمعه ، وكان في الصحف والشظاظ والأسيار والرقاع - إلى أن قال : - فجمعه في ثوب واحد وختمه

"Əli (ə) Peyğəmbər (s)-in vəfatından sonra oz evində oturub Quranı yığmağa başladı. Quranın yazılmış kağızlarından, ağaclardan və dərilərdən yığıb toplamayanadək evidən çıxmadı. Quranın hamısını yığıb bir parçanın içinə toplayıb möhürlədi."
"Kitabi Süleym ibn Qeys", səh: 65.

Biz bu dörd qurup rəvayətlərdə birinci nəzəriyyənin xilafını sübut edə biləcək bir şey görmürük. Odur ki, hər tək-təkinin barəsində açıqlama veririk:

Quranın Əbubəkirin zamanında yığılmasından məqsəd nədir?

Əvvəldə bunu deməliyəm ki, Quranın Əbubəkirin zamanında yığılmasına dəlalət edən rəvayətlər digər rəvayətlərlə ziddiyyətdədir.

Buxari bir yerdə deyir ki, günlərin birində Ömər Əbubəkirin yanına gəlib dedi:

إني أرى أن تأمر بجمع القرآن ، فقال له أبو بكر : كيف تفعل شيئا لم يفعله رسول الله (ص) - إلى أن قال : - قال أبو بكر لزيد: إنك رجل شاب لا نتهمك . . . قال زيد : فتتبعت القرآن أجمعه من العسب واللخاف وصدور الرجال

"Mən belə fikrimə yetişdi ki, Quranı yığılıb toplanmasına göstəriş verəsən. Əbubəkir cavabında dedi: Peyğəmbər (s)-in etmədiyini mən necə edə bilərəm?! ... Sonra Əbubəkir Zeydə dedi: Sən cavansan heç kəsdə sənin barəndə prs düşünmür ... Zeyd deyir: Mən bu işin dalınca gedib Quranı xurma ağacının qabağından nazik daşlardan və insanların sinələrindən (əzbər bilən insanlardan) yığıb topladım."

"Səhihi Buxari", 6-cı cild, səh: 98-102, "Əhkam" kitabı, "Yəstəhibbu lil-katibi ən yəkunə əminən arilən" fəsli.

Başaqa bir yerdə isə Ənəsdən buna müxalif bir rəvayət nəql edir:

«مات النبي (ص) ولم يجمع القرآن غير أربعة : أبو الدرداء ، ومعاذ بن جبل ، وزيد بن ثابت ، وأبو زيد ، ونحن ورثناه»

"Peyğəmbər (s) dunyasını dəyişdiyi zaman səhabələrin dörd nəfərindən başqa Quranı yığıb yazan olmayıb. (O dörd nəfər bunlardan ibarətdir) Əbu Dərda, Məaz ibn Cəbəl, Zeyd ibn Sabit və Əbu Zeyd. Biz bunda (Əbu Zeyd) Quranı irs olaraq aparmışıq."
"Səhihi Buxari", 6-cı cild, səh: 98-102.

Bu iki rəvayəti necə orta məxrəcə gətirmək olar?

Biz öz əvvəlki nəzəriyyəmizdə qalaraq deyirik ki, Quranı Peyğəmbər (s)-in zamanında vərəqlərdən yığıb toplayıblar. Amma Zeydin öz yoldaşlarıyla birlikdə yığıb toplanmasında iki ehtimal var:

1)-Zeyd Quranı Peyğəmbər (s)-in zamanında və həzrət evində yığılıb saxlanılmış vərəqlərin üzündən yazıb köçürmüşdür. O cür ki, Haris Muhasibi "Fəhmüs-sünən" kitabında deyir:

إنما أمر الصديق بنسخها من مكان إلى مكان مجتمعا وكان ذلك بمنزلة أوراق وجدت في بيت رسول الله (ص) فيها القرآن فجمعها جامع

"Əbubəkir Quranın bir vərəqdən digər vərəqlərə köçürülməsinə göstəriş verir. (Çünki, Quran Peyğəmbər (s)-in evində vərəqlərdə yazılmışdı.) bir nəfər onu təmamiylə köçürüb bir yerə topladı."
Siyuti bu mətləbi "Əl-itqan" kitabının 1-ci cildinin 60-cı səhifəsində nəql etmişdir.

2)- Səhabələrin evində yığılıb topladı:

Bəzilərinin əqidəsincə o, Quranı yığıb yazmış səhabələrin əlindəki vərəqlərdən köçürdüb və Əbubəkir üçün topladı. Çünki Quran bir neçə nüsxədən ibarət idi. Vəhyi yazanlar yazdıqlarını Peyğəmbər (s)-ə verirdilər və həzrət onu öz evində saxlayırdı. (Zahirən həzrət Əli (ə)-ın əlində idi). Və həmçinin onun kimisinidə yazıb özləri üçün saxlayırdılar.

"Quranın tarixi", müəllif: Həkim Ramiyar, səh: 70-ə müraciət edin.

Biz bu iki ehtimal qarşısındayıq və hər ikisini geniş surətdə araşdırmaq fürsətmiz yoğdur. Təkcə ikinci ehtimalı təyid edən bir rəvayət nəql edirik.

Təlhə həzrət Əli (ə)-a ərz edir:

ما أراك يا أبا الحسن أجبتني عما سألتك عنه من القرآن ، ألا تظهره للناس ؟ قال : يا طلحة عمدا كففت عن جوابك فأخبرني عما كتب عمر وعثمان أقرآن كله أم فيه ما ليس بقرآن ؟ قال طلحة : بل قرآن كله ، قال : إن أخذتم بما فيه نجوتم من النار ودخلتم الجنة . . . الخ

"Ya Əbəl-Həsən!" (yığıb topladığın) Quranı camaata niyə göstərmirsən?"-sualıma cavab vermədin? Həzrət buyurdu: Ey Təlhə, mən bilərəkdən sənin sualına cavab vermədim. De görüm Ömərin, Osmanın yığdığı Quran hamsıdır yoxsa Qurandan olmayanı da yazıblar? Təlhə dedi: Xeyir hamısı Qurandır. Həzrət buyurdu: Əgər onda olanlara əməl etsəniz cəhənnəm aluvundan xilas olub cənnətə daxil olarsınız..."
"Kitabu Süleym ibn Qeys", səh: 100.

Şübhəsiz ki, Peyğəmbər (s)-in Quranı öz vərəsələrinə, yəni Əhli-beytə yetişmişdi. Hətta Peyğəmbər (s)-in öz zövcələrinin əlindən belə uzaq idi. Əks təqdirdə Əbubəkir onu özündən köcürülməsinə göstəriş verərdi. Və başqa-başqa nüsxələrin üzündən köçürülməsinə ehtiyac olmazdı. Həzrət Əli (ə)-ın nüsxəsi də elə Peyğəmbər (s)-in əlində ki, nüsxədən yazılmış olub. Odur ki, Təlhə onu görməkdə daha maraqlı idı. Beləliklədə bu nəticəyə gəlmək mümkündür: Əbubəkirin zamanınıda Quranın yığılıb yazılmasına dəlalət edən rəvayətlərdən məqsəd budur ki, Übey ibn Kəb, Əbu Dərda, Zeyd ibn Sabit və sair kimi vəhyi yazan şəxslərin əllərində olan nüsxələrdən yığılıb yazmasını, köçürülməsini Zeydə tapşırıb.

Suyitinin "Əl-itqan" kitabında nəqlinə əsasən Əbu Şəmma bu mətləbə işarə edərək deyir:

وكان غرضهم أن لا يكتب إلا من عين ما كتب بين يدي النبي(ص)لا من مجرد الحفظ

"Məqsədləri bu idi ki, Peyğəmbərin (s) nəzarəti altında yazılanlarda bunlar yazsınlar, əzbərdə olanlarda yox."
"Əl-itqan", 1-ci cild, səh: 60.

Quranın Ömərin vaxtında yığılmasından məqsəd nədir?

Bəziləri deyir Quranı ilk dəfə yığıb toplayan Ömər olub.

"Müntəxəbu kənzul-ummal", "Müsnəd Əhməd", 2-ci cild, səh: 45.

Bu nəzəriyyə ikinci nəzəriyyədən daha zəifdir. Əhli-sünnədən heç kəs bu nəzəriyyəni qəbul etməyib. Ola bilsin bu sözdə məqsəd əvvəldə Səhihi-Buxaridən nəql etdiyimiz Ömərin Əbubəkirə dediyi sözdür -Əbubəkirə Quranın yığılıb toplanmasına dair göstəriş verməsini məsləhət bilmişdi. Onun özü və ya onu xilafəti dövründə bu iş görülməmişdi.

Quranın Osmanın zamanında yığılmasından məqsəd nədir?

Quran Osmanın vaxtında yığılıb yazılması əldə olan bir çox rəvayətlərlə ziddir. Bu zəmində nəql olan rəvayətlər Osmanın camaatı bir cür qəraətə (oxunuş tərzinə) dəvət etdiyini bəyan edir. Quranın özünü yığıb toplanmasına heç bir dəlalət etmir.

عن ابن أبي داود عن سويد بن غفلة قال : قال علي : لا تقولوا في عثمان إلا خيرا ، فوالله ما فعل الذي فعل في المصاحف إلا عن ملأ منا ، قال : ما تقولون في هذه القراءة ؟ فقد بلغني أن بعضهم يقول : إن قراءتي خير من قراءتك ، وهذا يكاد يكون كفرا ، قلنا : فما ترى ؟ قال : أرى أن يجمع الناس على مصحف واحد ، فلا تكون فرقة ولا اختلاف ، قلنا : فنعم ما رأيت

Əli (ə) buyurub: "Osmanın barəsində yaxşılıqdan başqa bir söz deməyin. And olsun Allaha Quranların barəsində etdiyini bizdən xəbərsiz etməyib. Osman "bu qəraətin barəsində nə deyirsiniz? Mənə catıb ki, bir-birinizə deyirsiniz mənim qəraətim sənin qəraətindən yaxşıdır! Bu küfrə oxşar bir işdir?"-deyə söylədi. Biz dedik: Siz nə fikirləşirsiniz? (Osman) Dedi: mən belə fikirləşirəm ki, camaat bir qəraət üzərinə toplanılsın və ayrı seçkilik və ixtilaf olmasın". Biz (Əli (ə) ) dedik: yaxşı fikirdir."
"Əl-itqan", 1-ci cild, səh: 61.

Haris Muhasibidən nəql olmuş rəvayət bunu təyid eddir: O deyir:

المشهور عن الناس أن جامع القرآن عثمان ، وليس كذلك إنما حمل عثمان الناس على القراءة بوجه واحد على اختيار بينه وبين من شهد من المهاجرين والأنصار لما خشي الفتنة عند اختلاف أهل العراق والشام في حروف القراءات

"Məşhur budur ki, Quranı yığıb toplayan Osmandır. Lakin bu belə deyil. O, camaatı bir növ qəraət etməyə vadar etdi. Və bunu hazır olan mühacir və ənsarın qərarı ilə etdi. Çünki İraq və Şam əhlinin qəraətlərində olan ixtilafından baş verə biləcək fitnədən qorxdular."
Bunu Siyuti Əl-itqan kitabının 1-ci cild, səh: 61-də nəql edib.

عن أَنَسَ بْنَ مَالِكٍ، حَدَّثَهُ أَنَّ حُذَيْفَةَ بْنَ الْيَمَانِ قَدِمَ عَلَى عُثْمَانَ وَكَانَ يُغَازِي أَهْلَ الشَّأْمِ فِي فَتْحِ إِرْمِينِيَةَ وَأَذْرَبِيجَانَ مَعَ أَهْلِ الْعِرَاقِ فَأَفْزَعَ حُذَيْفَةَ اخْتِلاَفُهُمْ فِي الْقِرَاءَةِ فَقَالَ حُذَيْفَةُ لِعُثْمَانَ يَا أَمِيرَ الْمُؤْمِنِينَ أَدْرِكْ هَذِهِ الأُمَّةَ قَبْلَ أَنْ يَخْتَلِفُوا فِي الْكِتَابِ اخْتِلاَفَ الْيَهُودِ وَالنَّصَارَى فَأَرْسَلَ عُثْمَانُ إِلَى حَفْصَةَ أَنْ أَرْسِلِي إِلَيْنَا بِالصُّحُفِ نَنْسَخُهَا فِي الْمَصَاحِفِ ثُمَّ نَرُدُّهَا إِلَيْكِ فَأَرْسَلَتْ بِهَا حَفْصَةُ إِلَى عُثْمَانَ فَأَمَرَ زَيْدَ بْنَ ثَابِتٍ وَعَبْدَ اللَّهِ بْنَ الزُّبَيْرِ وَسَعِيدَ بْنَ الْعَاصِ وَعَبْدَ الرَّحْمَنِ بْنَ الْحَارِثِ بْنِ هِشَامٍ فَنَسَخُوهَا فِي الْمَصَاحِفِ وَقَالَ عُثْمَانُ لِلرَّهْطِ الْقُرَشِيِّينَ الثَّلاَثَةِ إِذَا اخْتَلَفْتُمْ أَنْتُمْ وَزَيْدُ بْنُ ثَابِتٍ فِي شَىْ‏ءٍ مِنَ الْقُرْآنِ فَاكْتُبُوهُ بِلِسَانِ قُرَيْشٍ فَإِنَّمَا نَزَلَ بِلِسَانِهِمْ فَفَعَلُوا حَتَّى إِذَا نَسَخُوا الصُّحُفَ فِي الْمَصَاحِفِ رَدَّ عُثْمَانُ الصُّحُفَ إِلَى حَفْصَةَ وَأَرْسَلَ إِلَى كُلِّ أُفُقٍ بِمُصْحَفٍ مِمَّا نَسَخُوا وَأَمَرَ بِمَا سِوَاهُ مِنَ الْقُرْآنِ فِي كُلِّ صَحِيفَةٍ أَوْ مُصْحَفٍ أَنْ يُحْرَقَ

"Hüzeyfə ibn Yəman döyüşlərin birində Şam və İraq camaatının qəraətlərinin müxtəlif olmasından narahat olaraq Osmanın yanına gəlib dedi: Ey möminlərin əmiri! Bu ümmət, nəqədər ki, yəhud və nəsara kimi Allahın kitabı barədə ixtilif etməyiblər onların dadına çat! Osman Həfsənin yanına bir nəfər yollayıb dedi: Öz Quranın bizə yolla. Biz onun üzündən yazıb və digər Quranları onunla uyğunlaşdıraq, sonra yenidən sənə qaytaracayıq. Həfsə öz Quranını Osmana yolladı. Osman Zeyd ibn Sabitə, Abdullah ibn Zübeyr, Səid ibn Asa və Əbdurrəhman ibn Haris ibn Hişama onun üzündən köçürməyi tapşırdı. Sonra üç nəfər qüreyşliyə dedi: Əgər sizinlə Zeyd ibn Sabitin arasında ixtilaf-nəzər olsa onu qüreyş ləhcəsiylə yazın, çünki onların ləhcəsiylə nazil olmuşdur. Quranı onun üzündən yazıb köçürtdükdən sonra Həfsənin Quranını özünə qaytardılar və yazılmış Quranlardan hər birini bir məntəqəyə yollayıb digər Quranları isə yandırdılar".
"Səhihi Buxari", 6-cı cild, rəqəm 5038 və 3546, "Fəzailul-Quran" kitabı, "cəmul-Quran" fəsli.

Əsqəlani bu rəvayətin şərhində belə nəql edir:

وفي رواية عمارة بن خزية : أن حذيفة قدم من غزوة فلم يدخل بيته حتى أتى عثمان ، فقال : يا أمير المؤمنين أدرك الناس ، قال : وما ذاك ؟ قال : غزوت فرج أرمينية فإذا أهل الشام يقرأون بقراءة أبي ابن كعب فيأتون بما لم يسمع أهل العراق ، وإذا أهل العراق يقرأون بقراءة عبد الله ابن مسعود فيأتون بما لم يسمع أهل الشام ، فيكفر بعضهم بعضا

"Əmmarə ibn Xəzyə rəvayət edir: Hüzeyfə döyüşdən qayıtdıqda öz evinə getmədən əvvəl Osmanın yanına gəlib dedi: Ey möminlər əmiri! Camaatın dadına çat! "Nə olub?"-deyə Osman soruşdu. Ərmənistanın içində müharibə edirdik. Şam əhli, İraq əhlinin eşitmədiyi Übey ibn Kəbin qəraətiylə Quranı oxuyurdu. Və İraq əhli, Şam əhlinin eşitmədiyi Abdullah ibn Məsudun qəraətiylə oxuyurdu. Elə bu səbəbdən də biri-digərini təkfir edirdi:"
"Fəthul-bari", 9-cu cild, səh: 14-15.

Bu rəvayətlərdən başa düşülən budur ki, Osman təkcə camaatı bir növ qəraətlə oxumağa vadar edib. Odur ki, İbn Məsudun və digərlərinin öz şəxsi səlıqəsiylə eyni mənalı olan kəlmələri Quran kəlmələrnin yerinə qoymasaını aradan aparıb. Bu barədə Sübhi Salehin "Məbahisun fi ülumil-Quran" kitabının 107-ci səhifəsinə müraciət edə bilərsiniz.

Quranın həzrət Əli (ə) ın vasitəsiylə yığılıb yazılmasandan məqsəd nədir

Quranın həzrət Əli (ə) yığıb yazmasından deməkdə məqsəd budur ki,:

أنه كتبه عما كان عند النبي (ص) ، وأضاف إليه التنزيل والتأويل ، كما في الرواية: ما كان في بيت النبي (ص) فأخذه علي (ع) بأمر الرسول حيث قال له : يا علي هذا كتاب الله خذه إليك ، فجمعه علي (ع) في ثوب ومضى إلى منزله ، فلما قبض النبي (ص) جلس علي فألفه كما أنزل الله ، وكان به عالما .

"O, Quranı Rəsulullah (s) də olduğu kimi yazdı şəni nüzulu və ayələrin mənasınıda orada qeyd etmişdir. Bu haqda rəvayətlərdə də nəql olunmuşdur: Peyğəmbər (s)-in "ya Əli (ə) Allahın kitabının götür"-deyə buyurduğuna görə Rəsulullah (s)-in evində olanı (Quranı) o həzrətin əmri ilə Əli (ə) götürüb evinə apardı. Peyğəmbər (s) dünyadan küçəndən sonra Əli (ə) əyləşib onu Allah taala nazil etdiyi kimi ardıcllıqla yazdı. O bu məsələyə çox agah idi."
"Ət-təmhid fi ülumil-Quran" 1-ci cild, səh 291. Bu rəvayət İbn Şəhraşubidən nəql olunub.

Əli (ə) həqiqətdə Allahın kitabına ilk təfsir kitabını yazmışdır. Quranın mətnindən əlavə (ardıcılıqla) ayələr barəsində hər nə vardırsa burada qeyd etmişdir. Çünki o, bu məsləyə başqalarından daha agah idi. Kəlbidən bu haqda belə nəql olunur:

لما توفي رسول الله (ص) قعد علي بن أبي طالب في بيته فجمعه على ترتيب نزوله ، ولو وجد مصحفه لكان فيه علم كبير

"Elə ki, Rəsululluh (s) dünyadan köçdü Əli ibn Əbi Talib (ə) evində oturub Quranı nazil olma ardıcllığı ilə yazdi. Əgər o kitab tapılsa onda çoxlu elimlər aşkar olunacaq."
"Ət-təmhid fi ülumil-Quran", 1-ci cild, səh: 290.

Bu hədisi "Ət-təshil li-ülumit-tənzil" kitabında Kəlbidən nəql edir.

Həmçinin Məhəmməd ibn Sirindən belə nəql olunub:

ولو أصيب ذلك الكتاب لكان فيه العلم

"Əgər bu kitab əlimizə düşsə onda çoxlu elm tapacayıq."
"Tarixi xüləfa", müəllif: Siyuti, səh:185.

Cözün xülasəsi:

"Qurani-kərim Rəsulullah (s)–in dövründə toplanmışdır" nəzəriyyəsi ilə "o həzrətin elminin qapısı olan Əmirəl-möminin Quranı toplayıb və onda mühüm nöqtələri, təfsirin incəliklərini yazmışdır" nəzəriyyəsi arasında heç bir ziddiyət yoxdur.

Əlbəttə, həzrəti Əli (ə) Quranı nazilolma ardıcılığı ilə öz kitabında yazmasının səmərəsi onun "nasix və mənsux", "mütləq və müqəyyəd" ayələri çox rahad müşəxxəs olunurdu.

Nəticə:

Bütün rəvayətlərin ortaq məxrəci budur ki: Halhazırda əlimizdə olan Quran Peyğəmbər (s)-in zamanında, o həzrətin gözü önündə səhabələrin əli ilə kağazlara yazılmışdır. "Böyük islam Peyğəmbəri (s)-in vəfatından sonra bəziləri Quranı əzbərləmiş mühacir və ənsarın dilindən toplamışdır" demək yalnışdır. Çünki Rəsulallah (s)-in vəfatından sonra Quran Əmirəl-möminin (ə)-ın əlində idi. Əbubəkir də onu zorla ələ keçirə bilməzdi. Elə buma görə də əmr etdi ki, vəhyi yazan (Rəssuli Əkrəm (s)-in dövründə yazıb, o həzrətə göstərən) sair səhabələrin yazılarının üzündən köçürüb kitab şəklinə salsınlar. Çünki o dövürdə vərəq-vərəq idi və bütün vərəqləri bir parçaya bükülmüşdü. O əmr etdi ki, onu kitab şəkilnə salsınlar.

"Quran Osmanın zamanında toplanmışdır" -sözündən məqsəd budur ki, o, bütün insanlara Quranı bir ləhcədə oxunmasına əmr etmişdir.

İslam maarifində elmi tədqiqat mərkəzi
islammaarifinde.com

Опубликовано:29 Май, 2010, Просмотров:536, Печать
 
Forumun son 10 mövzusuCavabların sayıAxırıncı cavab
   Dəstəmazı belə edək11 N_ن_N
   Взгляды юзера Arif2 al-Fath
   Иран -скинь маску.Перед посольством Ирана в Азербайджане прошла акция протеста БАКУ, 12 мая. Группа молодежи п64 H I Z B U L L A H
   Шахадат Фатимы Захры (алейха салам!)35
   От: Наши молитвы0 всемирный минбар
   Səsli və görüntülü dini materiallar83 Neqsi Cahan
   Hacı Səxavət (Moizələri)11 Neqsi Cahan
   Муавийа призывал к аду..36
   Məsumların (ə) artığı9
   Литургия- жертва?40 shemma2
Xəbər lenti
22 Апрель, 2012
10 Февраль, 2012
10 Февраль, 2012


© 2012 Bütün hüquqlar qorunun www.313news.net
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
Рейтинг@Mail.ru Ramblers Top100