Əhli-sünnənin dörd məzhəbi haqdırmı?Quranı Kərim buyurur ki: "(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qulaq, göz və ürək bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır." (İsra, 36) Bu ayədən aydın olur ki, insanın məlumatı olmadığı və bilmədiyi bir şey haqqında mühakimə yürütməyi və ona bağlı olmağı caiz deyil. Və Allah qarşısında belə bir mövqeyinə görə insan mütləq sorğu-sual olunacaqdır. İndi "Dörd məzhəb haqdır" fikrini və bu fikrin sağlam bir dəlilinin olub olmadığını araşdıraq. 1-Əbu Hənifə, Numan b. Sabit əl-Kufi, Hicri 80-də doğulmuş və Hicri 150-də vəfat etmişdir. Göründüyü kimi, bu dörd məzhəbin hamısının təməlləri Peyğəmbərdən (s.a.a) ən azı yüz il sonra atılmağa başlanmışdır. Hicrinin birinci və ikinci əsrində Əhli Beyti elmi mərci olaraq bilənlər, bu məzhəblərdən heç birinə bağlı olmadan yaşayıb dünyadan köçüblər. Məzhəblərin sayı dördlə məhdudlaşdırılması hər hansı bir şəri dəlilə əsaslanmır. Hicrinin ikinci əsrindən başlayaraq Əhli Beyti elmi mərci olaraq qəbul etməyən müsəlmanlar, müxtəlif məzhəblərə bölünməyə başladılar. Beləcə onlarla fiqhi məzhəb ortaya çıxdı. Ancaq Abbasi xəlifələrinin və onlardan sonra bəzi idarəçilərin təzyiqləri nəticəsində bu dörd məzhəb rəsmi məzhəb olaraq yayılmış və məzhəblər dördlə məhdudlaşdırılmağa çalışılmışdır. "Qazı Əbu Yusif Hicri 170-də Abbasi Xəlifəsi Harun Rəşid tərəfindən qazi təyin edildi; o işini davam etdirərək baş qaziyə qədər yüksəldi. O, bu vəzifədə Xorasandan Şama qədər bütün diyarlarda xüsusilə Əbu Hənifəni təqlid edənləri bu vəzifəyə təyin olunmalarına diqqət yetirirdi. Beləcə Hənəfi məzhəbinin yayılmasında Əbu Yusif ən böyük rol oynadı." Şərqdə Hənəfi məzhəbinin yayılmasıyla birlikdə Qərbdə (Afrıkada) Ziyad b. Əbdürrəhman vasitəsi ilə Maliki məzhəbi yayılmaqda idi. Məkrizi digər məzhəblərin yayılmasına işarə edərək belə deyir: "Daha sonra Misir sultanı Baybaros, Misirə Şafii, Maliki, Hənəfi və Hənbəli olaraq dörd qazı təyin etdi. Baybaros Hicri 658-də səltənəti ələ keçirmiş və Hicri 676-da vəfat etmişdir." Məkrizi belə davam edir: "Hicrinin 665 ilində Misirdə dörd məzhəbə bağlı dörd qazının (hakimin) təyin edilməsi və bu işin israrla davam etdirilməsi müqabilində bütün İslam diyarlarında dörd məzhəbin xaricində rəsmi tanınan başqa bir məzhəb qalmadı. Bu məzhəblərdən başqasına bağlı olanlarla düşmənçilik edildi; onlara qarşı çıxıldı, bu məzhəblərdən birinə bağlı olmayanlar qazı olaraq təyin edilmədi; natiqlik, camaat imamlığı və tədris kürsüsü ona verilmədi. Bu müddət ərzində müxtəlif fəqihlər də bu məzhəblərə riayət etməyin fərz və digər məzhəblərə riayət etməyin haram olduğuna dair fətvalar verdilər..." İbni Futidə əl-Yenilik-ül İctimaiyyət adlı əsərində 631 ilin hadisələrini izah edərkən məzhəblərin dördlə məhdudlandırılmasını Abbasi Xəlifəsi Müstansirubillahın əmriylə Bağdaddakı "Müstansariyye" Mədrəsəsində bu məzhəblərdən hər birinə bir tədris kürsüsü verilərək reallaşdırıldığını açıqca vurğulamışdır. Bu mövzuda tarixi nümunələri çoxaltmaq mümkündür. "Mən və İbni Əbi Leyla və Əbu Hənifə, İmam Cəfər Sadiqin hüzuruna getdik. İmam, İbni Əbi Leyladan "Bu şəxs kimdir? deyə soruşdu. İbni Əbi Leyla din barəsində bilikli bir şəxsdir deyə cavab verdi. İmam: "Lakin o dini öz fikriylə qiyas edir? (Müqayisə yolu ilə hökmləri çıxarmağa çalışır) dedi. O "Bəli" dedi. Sonra İmam müqayisənin batil olduğunu isbat etmək üçün ondan bəzi suallar soruşdu. Əbu Hənifə İmamın suallarını cavablandıra bilmədi. İmam, o sualların cavabını verdikdən sonra belə buyurdu: "Ey Numan (Əbu Hənifənin adı Numandır) atam, babamdan nəql etmişdir ki, Peyğəmbər (s) belə buyurdu: "Din işlərində ilk qiyas (müqayisə və bənzətmə) yoluna gedən İblisdir (Şeytandır). Allah Təala ona: "Adəmə səcdə et", dedi. O isə "Mən ondan daha üstünəm; məni atəşdən və onu torpaqdan yaratmısan" (yəni Şeytan odla torpağı bir-birinə müqayisə edərək öz üstünlüyünü ortaya qoymağa çalışmışdır) dedi. Hər kim dində öz fikrinə görə qiyas etsə Allah Təala onu qiyamət günü İblislə birlikdə edər. Çünki o, müqayisədə ona (İblisə) uyğun gəlmişdir." Bu hədisi Əbu Nuaym başqa bir sənədlə də nəql edir; bu ikinci nəqldə belə deyir: İmam Cəfər Sadiq Əbu Hənifədən soruşdu ki: "Adam öldürmək daha böyük günahdır, yoxsa zina? Əbu Hənifə, adam öldürmək, deyə cavab verdi. İmam dedi ki (elə isə nə səbəbə) Allah Təala adam öldürmədə (adam öldürmənin isbatında) iki şahidi kafi bilmişdir; amma zinada dörd şahid istəmişdir. Yenə İmam Cəfər Sadiq soruşdu ki, "Namazmı daha əhəmiyyətlidir, yoxsa oruc? O, namaz deyə cavab verdi. Bunun üzərinə İmam belə dedi: "Elə isə niyə qadın aybaşı (adət) olduğu zamandakı orucunu qəza etməsi lazımdır, amma namazını qəza etməsi lazım deyil? Təəssüflər olsun sənə, qiyas necə doğru ola bilər? Allahdan qorx və dini öz fikrinlə qiyas etmə."
İbni Halliqan Ka'nəbi'dən nəql edir ki: "Malikin (Maliki məzhəbinin imamı) ölüm xəstəliyində ikən yanına getdim; salam verərək oturdum. Malikin ağladığını gördüm. "Niyə ağlayırsan?" dedim. O, "Necə ağlamayım? Ağlamaya məndən daha layiq kim ola bilər? Allaha and içirim ki, öz rəyimə görə fətva verdiyim hər mövzuda mənə bir qırmanc vurulmasını və mənim o fətvanı verməmiş olmamı istəyərdim. Kaş ki, öz rəyimlə heç fətvam olmasaydı..." dedi."
Опубликовано:25 Апрель, 2010, Просмотров:743, Печать
|
|
| © 2012 Bütün hüquqlar qorunun www.313news.net Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |
![]() |