dini dwkan
RUS   |    AZE

14 Məsum

Haqqın təzahürü - Əli (ə)

Həzrət Əli (ə) “Bərzəx”-in ən yaxşı və dürüst təsvirini “Nəhcül-bəlağə” əsərində Təkasur surəsinin 1 və 2-ci ayələrini yəni, “أَلْهَاكُمُ التَّكَاثُرُ حَتَّى زُرْتُمُ الْمَقَابِرَ” “(Ey qafil insanlar!) Çoxluq (mal-dövlət, oğul-uşaq və qohum-əqraba çoxluğu) ilə öyünmək sizi o qədər şirnikləndirdi (başınızı o qədər qatdı) ki, Hətta (məzarlarda yatan ölülərinizi sayıb, onların da çoxluğu ilə fəxr etməyiniz üçün) qəbirləri ziyarət etdiniz. (Və ya axirətiniz üçün əsla çalışmadan) ölüb getdiniz (ölənə qədər bu halınızda davam etdiniz)” - ayəsini oxuduqdan sonra vermişdir. O Cənab bərzəx aləmində baş verənləri ali bəlağət kamilliyi ilə təsvir etmişdir. O möcüzəli cümlələr insanın bərzəx aləminə baxışına həqiqi istiqamət verir. Belə ki, İbn Əbil Hədid (Sünni alimidir və Nəhcül-bəlağəni şərh edib) yazır:

"من‏ أراد أن‏ يعظ و يخوف و يقرع صفاة القلب و يعرف الناس قدر الدنيا و تصرفها بأهلها فليأت بمثل هذه الموعظة في مثل هذا الكلام الفصيح و إلا فليمسك فإن السكوت أستر و العي خير من منطق يفضح صاحبه‏"

“Hər kəs insanları (bərzəx və məad barədə) moizə və nəsihət vermək və onları qorxudmaq istərsə, bunu həzrət Əlinin (ə) hikmətli və fəsahətli kəlamları kimi həmdə o cənabın üslubu ilə desin. Əks-təqdirdə susmaq məsləhətdir. Çünki, susmaq sahibini utandıracaq sözdən daha əfzəldir. Hər kəs bu barədə azacıq düşünsə Müaviyənin həzrət Əli (ə) barədə dediyi sözü təsdiq edər; “Alaha and olsun ki, Qureyş üçün fəsahəti məhz Əli kəşf etdi”.

İbn Əbil Hədid yazır:

"لو اجتمع‏ فصحاء العرب‏ قاطبة في مجلس و تلى عليهم أن يسجدوا له كما سجد الشعراء لقول عدي بن الرقاع‏"

“Əgər Ərəb xalqının bütün fəsahət ustadları bir məclisə toplansalar, şairlər Ədiy ibni Rəqqanın şerinə görə səcdə etdikləri kimi, onlar da həzrət Əlinin (ə) fəsahət və bəlağətli kəlamını eşitdikdə səcdə etməlidirlər”

Şairlər, niyə bu şeri eşitdiktə səcdə etdiniz sualının cavabında;

 

"فلما قيل لهم في ذلك قالوا إنا نعرف‏ مواضع‏ السجود في الشعر كما تعرفون مواضع السجود في القرآن‏"

“Siz Qurani-Kərimdə vacib səcdəsi olan ayələri tanıdığınız kimi biz də şerşünasıq, hansı şerlərə səcdənin vacib olduğunu bilirik – dedilər.” Ədiy ibni Rəqqanın qələmə aldığı və şairləri heyrət içində səcdəyə söv etdirən şer belədir:

"قلم أصاب من الدواة مدادها"

Yəni, “Mürəkəbini yersiz və mənasız yerə sərf etməyən bir qələmdir

Sonra İbn Əbil Hədid həzrət Əlini (ə) Yuhənna, İsa Məsihə və başqa dahi şəxslərə bənzədir, O Cənabı mədh edir və xütbə barədə yazır:

"...أقسم بمن تقسم الأمم كلها به لقد قرأت هذه الخطبة منذ خمسين سنة و إلى الآن أكثر من‏ ألف‏ مرة ما قرأتها قط إلا و أحدثت عندي روعة و خوفا و عظة و أثرت في قلبي‏..."

“...Allaha and olsun ki, mən bu xütbəni əlli il bundan qabaq oxumağa başladım və indiyədək  min dəfədən çox oxumuşam. Hər dəfə oxuyarkən məni moizə etdi, məndə qorxu yaratdı, qəlbimə nüfuz edib mənə nəsihət verdi...”

İbn Əbil Hədid Nəhcül-Bəlağənin yeddinci xütbəsini şərh edərkən yazır:

"و اعلم أن التوحيد و العدل و المباحث الشريفة الإلهية ما عرفت إلا من كلام هذا الرجل و أن كلام غيره من أكابر الصحابة لم يتضمن شيئا من ذلك أصلا و لا كانوا يتصورونه و لو تصوروه لذكروه‏ و هذه الفضيلة عندي أعظم فضائله‏ (ع)"

“Tovhid, ədalət, nübüvvət və digər ilahi elmləri məhz həzrət Əlinin (ə) kəlamından öyrənmək mümkündür. Həzrət peyğəmbərin (s) digər böyük səhabələri bu ilahi elmlər barədə heç bir söz deməyiblər, heç təsəvvür belə etməyiblər. Çünki, təsəvvür etsəydilər mütləq bu barədə danışardılar. Həzrət Əli (ə) ilahi elmlərə ən ali səviyyədə yiyələnib ən ali bəlağət və fəsahət kamilliyi ilə insanlara çatdırdı. Bu mənim fikrimcə Əlinin (ə) ən üstün cəhətidir.”

Bəli, yuxarıda qeyd olunan sözlər İbn Əbil Hədidin sözü idi. O, Nəhcül-bəlağə əsərini şərh edərkən O Cənabın hikmət dolu kəlamları ilə tanış oldu və ona şərh yazdı. Əlbəttə ki, İbn Əbil Hədid Nəhcül-bəlağənin bəzi hissələrini izah etməkdə aciz idi. Sonralar İbn Meysəm və digər alimlər İbn Əbil Hədidin yarımçıq qoyduğu bəzi hissələri də şərh edib təkmilləşdirdi. Biz isə O Cənabı həzrət Peyğəmbərin (s) vasitəsi ilə tanıdıq, fikrimcə təkcə O Cənabın sözləri deyil, hətta “adı” belə çəkilərsə bütün bəşəriyyət səcdə etməlidir! Çünki Mələklər hamısı birlikdə ona (təzim məqsədi ilə) səcdə etmişlər. (Hicr surəsi, 29/ Sad surəsi, 73) Bərzəx həyatı barədə isə ən dolğun və təsirli məlumatı əldə etmək üçün bu xütbəni (Nəhcül-bəlağə, 212-ci xütbə) azı əlli il və min dəfə oxumanızı tövsiyə edirik.

Hazırladı: Ə. ŞƏHRİYAR

Yerləşdirilib: 16 May, 2019  10:55 Baxılıb: 227 Çap

Bizi izləyin!
Məqalələr