dini dwkan
RUS   |    AZE

Əhli-sünnə alimi İbn Quteybə İmam Əliyə (ə) qarşı hədis alimlərinin törətdikləri cinayətləri barədə

Əhli-sünnə tarixçisi İbn Quteybə əd-Dinəvari (vəfat tarixi 276 h.) hədis alimlərinin Əmirəlmöminin Əli bin Əbu Talibin (ə) fəzilətləri barədə yürütdükləri siyasət barədə belə deyir:

وتحامى كثيرٌ مِنَ المحدثين أن يحدثوا بفضائله كرم الله وجهه أو أن يظهروا ما يجب له، وكل تلك الأحاديث لها مخارج صحاح، وجعلوا ابنه الحسين عليه السلام خارجياً شاقاً لعصا المسلمين حلال الدم لقول النبي صلى الله عليه وسلم: (من خرج على أمتي وهم جميع فاقتلوه كائناً من كان) وسووا بينه في الفضل وبين أهل الشورى؛ لأن عمر لو تبين له فضله لقدمه عليهم ولم يجعل الأمر شورى بينهم، وأهملوا مَنْ ذكره أو روى حديثاً من فضائله، حتى تحامى كثيرٌ من المحدثين أن يتحدثوا بها وعنوا بجمع فضائل عمرو بن العاص ومعاوية كأنهم لا يريدونها بذلك وإنما يريدونه، فإن قال قائل: «أخو رسول الله صلى الله عليه وسلم علي وأبو سبطيه الحسن والحسين وأصحاب الكساء علي وفاطمة والحسن والحسين» تمعرت الوجوه وتنكرت العيون وطَرَّت حسائك الصدور، وإن ذكر ذاكرٌ قول النبي صلى الله عليه وسلم: «من كنت مولاه فعلي مولاه» و «أنت مني بمنزلة هارون من موسى» وأشباه هذا التمسوا لتلك الأحاديث المخارج لينتقصوه ويبخسوه حقه بغضاً منهم للرافضة وإلزاماً لعلي عليه السلام بسببهم ما لا يلزمه وهذا هو الجهل بعينه.

Hədis alimlərinin çoxu Əlinin – kərrəməllahu vəchəh – fəzilətləri barədə danışmaqdan və ya onun üçün deyilməsi vacib olan məsələlərdən çəkinmişlər. Halbuki, bütün həmin hədislərin səhih sənədləri vardır. Onun övladı Hüseyni (ə) Peyğəmbərin (s) “Birlikdə olan ümmətimə qarşı çıxan şəxs kim olsa belə, onu qətlə yetirin” hədisinə əsasən xarici (dindən xaric olan), müsəlmanların birliyini bölən, qanı halal olan adlandırmışlar. Onunla (İmam Əli ilə) şura əhlini bərabər tutmuşlar, çünki (onların fikrincə), onun fəziləti Ömərə bəlli olsaydı, onu üstün tutardı və (xilafət) məsələsini onların arasında şura yolu ilə həll etməzdi. Əli barəsində danışan və ya onun fəzilətləri barədə hədis nəql edənlərə əhəmiyyət verməmişlər. Hətta hədis alimlərinin əksəriyyəti həmin hədisləri qeyd etməkdən çəkinərək, Əmr bin As və Müaviyənin fəzilətlərini toplamağa çalışmışlar. Sanki onlar həmin hədisləri istəmirdilər. Yalnız onun (pisliyini) istəyirdilər. Əgər bir kəs “Rəsulullahın (s) qardaşı, nəvələri Həsən və Hüseynin atası Əlidir. Kisa (əba) altında olanlar Əli, Fatimə, Həsən və Hüseyn olmuşdur” deyərsə, qaş-qabaqlar tökülür, gözlər inkar edir və qəlblərdə kin-küdurət yaranır. Əgər bir kəs Peyğəmbərin (s) “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır”, “Sənin mənə nisbətin Harunun Musaya olan nisbəti kimidir” və bu kimi hədisləri qeyd edərsə, nöqsan tutmaq, rafizilərə olan nifrət üzündən, onlara görə Əlini layiq olmadığı məqama endirmək üçün həmin hədislərin sənədlərindən yapışırlar. Bu, məhz cəhalətin özüdür.

 

 

 

 

 

Fotoşəkil: əl-İxtilaf fil-ləfz vər-rədd aləl-cəhəmiyyə vəl-muşəbbəhə, səh. 54-56. Nəşr: “Darul-rayə” - S.Ərəbistanı, 1412 h./1991 m.; təhqiq: Ömər bin Mahmud Əbu Ömər

 

Yerləşdirilib: 27 Aprel, 2018  01:17 Baxılıb: 434 Çap

Bizi izləyin!
Məqalələr