dini dwkan
RUS   |    AZE

Sələfilərin (vəhhabilərin) hicri 1216-cı ildə Kərbəlaya hücumu

Tanınmış vəhhabi tarixçi Osman bin Abdullah bin Bişr ən-Nəcdi əl-Hənbəli “Unvanul-məcd fi tarixi Nəcd” kitabında təkfirçi vəhhabilərin müqəddəs Kərbala şəhərinə hücumları və orada törətdikləri faciə barədə danışarkən hicri 1216-cı ilin hadisələrini qeyd edərək belə deyir:

ثم دخلت السنة السادسة عشر بعد المائتين والألف، وفيها سار سعود بالجيوش المنصورة والخيل العتاق المشهورة من جميع حاضر نجد وباديها والجنوب والحجاز وتهامة وغير ذلك، وقصدوا أرض كربلاء ونازل أهل بلد الحسين، وذلك في ذي القعدة، فحشد عليها المسلمون وتسوروا جدرانها ودخلوها عنوةً، وقتلوا غالب أهلها في الأسواق والبيوت، وهدموا القبّة الموضوعة بزعم من اعتقد فيها على قبر الحسين. وأخذوا ما في القبة وما حولها، وأخذوا النصيبة التي وضعوها على القبر، وكانت مرصوفة بالزمرد والياقوت والجواهر، وأخذوا جميع ما وجدوا في البلد من الأموال والسلاح واللباس والفرش والذهب والفضة والمصاحف الثمينة وغير ذلك مما يعجز عنه الحصر، ولم يلبثوا فيها إلا ضحوةً، وخرجوا منها قرب الظهر بجميع تلك الأموال. وقُتلَ من أهلها قريب ألفا رجلٍ.

Sonra 1216-cı il daxil oldu. Həmin ili Səud Nəcd və onun ətrafından, cənubdan, Hicazdan, Tuhamədən və başqa yerlərdən çoxlu qoşun və at toplayıb müzəffər ordu ilə Kərvala torpaqlarına hücum etdi. Hüseyn məmləkətinin əhalisi ilə vuruşdu. Bu hadisə zilqidə ayında baş vermişdi. Müsəlmanlar hər tərəfdən toplaşıb şəhəri mühasirəyə aldılar və zor tətbiq edərək şəhərə daxil oldular. Bazarlarda və evlərdə oranın əhalisinin əksəriyyətini qətlə yetirdilər. Hüseynin iddia olunan qəbri üzərində olan günbəzi dağıtdılar. Gümbəz və ətrafında olanları götürdülər. Qəbrin üzərinə qoyulan zərihi götürdülər. Qəbir zümrüd, yaqut və cövhərlərlə döşənmişdi. Həmin məmləkətdə var-dövlət, silah, libas, xalça, qızıl, gümüş, qiymətli Quran nüsxələri və sadalanması mümkün olmayacaq qədər əllərinə nə keçdisə hamısını götürdülər. Gün qalxmamış qorada qalmadılar. Günortaya yaxın bütün qənimətlərlə oranı tərk etdilər. Şəhərin əhalisindən təqribən iki min nəfər qətlə yetirildi.

 

 

 

 

 

 

 

 

 

Fotoşəkil: “Unvanul-məcd fi tarixi Nəcd”, c.1, səh.257-258; nəşr: “Kral Əbdüləziz Fondu” - Səudiyyə Ərəbistanı, 1402/1982; təhqiq: Əbdürrəhman bin Əbdüllətif Ali-Şeyxin tədqiqi ilə

Yerləşdirilib: 27 Aprel, 2018  00:49 Baxılıb: 527 Çap

Bizi izləyin!
Məqalələr