dini dwkan
RUS   |    AZE

Səhabə

Osmanın Hz.Əliyə (ə) “Şübhəsiz ki, sən azğın və azdırıcısan!” deməsi (səhih sənədlə)

Səhabələr arasında, xüsusən Hz.Əli (ə) və bəzi məşhur səhabələr arasında "qardaşlıq əlaqələri" haqqında əfsanələr hər zaman təbliğ edilməyə çalışılır. Əziz əhli-sünnə nümayəndələrinin inancına hörmət etməklə bərabər, bu kimi faktlar haqqında danışmamalarını tarixə xəyanət kimi qiymətləndiririk. İnanc öz yerində, nəyə inanmaqda sərbəstsiniz. Ancaq təraxi gizlətməkdə, əsla!

Əhli-sünnənin məşhur hədis alimi Müslim ibn Həccac, Qətadənin belə dediyini nəql edib:

قَالَ عَبْدُ اللَّهِ بْنُ شَقِيقٍ : كَانَ عُثْمَانُ يَنْهَى عَنِ الْمُتْعَةِ ، وَكَانَ عَلِيٌّ يَأْمُرُ بِهَا ، فَقَالَ عُثْمَانُ لِعَلِيٍّ كَلِمَةً ، ثُمَّ قَالَ عَلِيٌّ : لَقَدْ عَلِمْتَ أَنَّا قَدْ تَمَتَّعْنَا مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : أَجَلْ وَلَكِنَّا كُنَّا خَائِفِينَ.

“Abdullah ibn Şəqiq dedi: “Osman mütəni (həcc mütəsi) qadağan edir, Əli isə edilməsini tələb edirdi. Osman Əliyə bir kəlmə dedi, sonra Əli dedi: “Sən bilirsən ki, biz Allah Rəsulu (sallallahu əleyhi və alih) ilə birlikdə (yəni onun zamanında) mütə etmişik”. O dedi: “Elədir, ancaq biz qorxurduq”.

“Səhihu-Muslim”, c.4, s.46.

Əhmədin “Müsnəd”ində:

قال عبد الله بن شقيق كان عثمان رضي الله عنه ينهى عن المتعة وعلي رضي الله عنه يأمر بها فقال عثمان لعلي انك كذا وكذا

“Abdullah ibn Şəqiq deyib: “Osman mütəni qadağan edir, Əli isə edilməsini tələb edirdi. Osman Əliyə dedi: “Sən filan-filansan”.

“Musnədu-Əhməd”, c.1, s.97.

Fərqinə varırıq ki, Müslim, yaxud sair ravilər Osmanın Əliyə söylədiyi kəlməni açıqlamayıblar. Ola bilər ki, bunu səbəbi həmin sözün çirkinliyinə görədir. Əhməd ibn Hənbəl, yaxud onun nəql etdiyi rəvayətin sənədindəki ravilərdən biri də bu cür edib. Onlar deyilən sözü gizlətmiş və “filan-filansan!” sözü ilə əvəz etmişlər.

Kəsib atdıqlarından sonra bu ibarə hər nə qədər eyibli və pis görsənməsə də, gizlədilən həmin kəlməni aydın şəkildə göstərən rəvayət qeyd olunmuşdur.

İbn Həcər deyib:

قَالَ إِسْحَاقُ أَخْبَرَنَا الْمُعْتَمِرُ بْنُ سُلَيْمَانَ قَالَ سَمِعْتُ أَبِي يَقُولُ أَنْبَأَنَا أَبُو نَضْرَةَ عَنْ أَبِي سَعِيدٍ مَوْلَى أَبِي أُسَيْدٍ وَهُوَ مَالِكُ بْنُ رَبِيعَةَ قال إنَّ عُثْمَانَ بْنَ عَفَّانَ رَضِيَ الله عَنْهُ نَهَى عَنِ الْعُمْرَةِ فِي أَشْهُرِ الْحَجِّ أَوْ عَنِ التَّمَتُّعِ بِالْعُمْرَةِ إِلَى الْحَجِّ فَأَهَلَّ بِهَا عَلِيٌّ مَكَانَهُ فَنَزَلَ عُثْمَانُ رَضِيَ الله عَنْهُ عَنِ الْمِنْبَرِ فَأَخَذَ شَيْئًا فَمَشَى بِهِ إِلَى عَلِيٍّ رَضِيَ الله عَنْهُ فَقَامَ طَلْحَةُ وَالزُّبَيْرُ رَضِيَ الله عَنْهُمَا فَانْتَزَعَاهُ مِنْهُ فَمَشَى إِلَى عَلِيٍّ رَضِيَ الله عَنْهُ فَكَادَ أَنْ يَنْخُسَ عَيْنَهُ بِإِصْبُعِهِ وَيَقُولُ لَهُ إِنَّكَ لَضَالٌّ مُضِلٌّ وَلَا يَرُدُّ عَلِيٌّ رَضِيَ الله عَنْهُ عَلَيْهِ شَيْئًا.

“İshaq dedi: Bizə Mütəmir ibn Süleyman xəbər verib dedi: Atamın belə dediyini eşitdim: Bizə Əbu Nadrə Əbu Üseydin mövlası (xidmətçisi, yaxud azad etdiyi qul) Əbu Səiddən ki, Malik ibn Rəbiədir – belə xəbər verdi: Osman ibn Əffan həcc aylarında ümrə, yaxud həccə qədər ümrədə təməttö etməyi qadağan etdi. Əli (bundan heyrətə gəlib) ona yerini göstərdi. Osman minbərdən enib, bir şöy götürərək Əlinin üstünə getdi. Təlhə ilə Zübeyr yerindən durub, həmin şəyi onun əlindən aldılar. O, Əlinin yanına gəlib, az qaldı ki, barmağı ilə gözünü çıxartsın. Osman ona deyirdi: “Şübhəsiz ki, sən azğın və azdırıcısan!” Ancaq Əli ona heç bir cavab qaytarmadı”.

“Əl-Mətalibul-aliyə”, c.10, s.44, №2136

İbn Həcər hədisdən sonra onun səhih olub-olmaması barədə bir söz deməmişdir. Ancaq bir qədər sonra bu məsələyə qayıdacağıq.

"Az qaldı ki, barmağı ilə gözünü çıxartsın!!!" "Şübhəsiz ki, sən azğın və azdırıcısan!!!" Sözlərə baxın!!! Deməli, Osmanın söylədiyi bu sözlər onun Əliyə əqidəsini əks etdirir. Məhz budur ki, çirkinliyinə görə mühəddislər onu gizlətmişlər.

Bunu rəvayət edən kəslər müvəssəqdirlər (etibarlı kəslərdir). Əbu Üseydin mövlası Əbu Səidi bir sıra qədim alimlər siqə bilmişlər və onu heç kim cərh etməmişdir, yəni şahidliyinin keçərsiz olduğunu kimsə söyləməmişdir.

İbn Həcər Əsqəlani bir hədis nəql etmişdir ki, onun raviləri Osmanın Əliyə “Şübhəsiz ki, sən azğın və azdırıcısan” – sözünü rəvayət etmiş həmin ravilərdir. Rəvayətin sənədi belədir:

قال إسحاق: أخبرنا الْمُعْتَمِرُ بْنُ سُلَيْمَانَ، أنا أَبِي، أنا أَبُو نَضْرَةَ، عَنْ أَبِي سَعِيدٍ مولى أبي أسيد الْأَنْصَارِيِّ رَضِيَ الله عَنْه، قَالَ: سَمِعَ عُثْمَانُ بْنُ عَفَّانَ رَضِيَ الله عَنْه أَنَّ وَفْدَ أَهْلِ مِصْرَ قَدْ أَقْبَلُوا...

“İshaq dedi: Bizə Mütəmir ibn Süleyman belə xəbər verdi ki, atam, Əbu Nadrə Əbu Üseyd Ənsarinin mövlası Əbu Səiddən belə nəql etmişdir: “Osman ibn Əffan eşitdi ki, Misir əhlindən bir dəstə gəlmişdir...”

Ardınca İbn Həcər deyib:

رجاله ثقات، سمع بعضهم من بعض

“Raviləri siqədir, biri digərindən eşitmişdir.

“Əl-Mətalibul-aliyə”, c.18, s.42, №4372

Ona əsasən, Osmanın Əliyə “Şübhəsiz ki, sən azğın və azdırıcısan” – deməsi səhihdir. Bundan əlavə, rəvayətin raviləri ayrı-ayrılıqda siqə (güvənilən) olmaqla bərabər Buxari və Müslimin də raviləridirlər.

Bu, təhlükəli ifadədir. Belə ki, Əli və Osman arasında fikir ayrılığının böhranını əks etdirir. Habelə göstərir ki, bu böhran hansı həddə çatmışdır. Əli 3-cü xəlifənin düşüncəsinə əsasən, yolundan sapmış və özgəsini də azdırandır!!!

313news.net
Yerləşdirilib: 23 Fevral, 2018  21:31 Baxılıb: 859 Çap

Bizi izləyin!
Məqalələr