dini dwkan
RUS   |    AZE

Sələfi şeyxləri İbrahim ər-Ruheyli və Saleh əl-Fouzanın İmam Əliyə (ə) qarşı düşmənçilikləri

Əhli-sünnə alimi Əbu Cəfər ət-Təbəri səhabələr haqqında əqidəsini bəyan edərkən yazır:

فَأَفْضَل أَصْحَابه : الصِّدِّيقُ أَبُو بَكْرٍ ، ثُمَّ الْفَارُوقُ بَعْدَهُ عُمَرُ، ثُمَّ ذُو النُّورَيْنِ عُثْمَانُ بْنُ عَفَّان ، ثُمَّ أَمِيْرُ المؤمنينَ وإمامُ الْمُتَّقِينَ عَلِيُّ بْنُ أَبِي طَالِبٍ، رضوان الله عَلَيْهِم أَجْمَعِينَ.


Peyğəmbərin səhabələri içərisində ən üstünü Əbu Bəkr əs-Siddiq, ondan sonra Ömər əl-Faruq, ondan sonra Osman Zunnureyn, ondan sonra isə möminlərin əmiri və təqvalıların imamı Əli ibn Əbu Talibdir. Allah onların hamısından razı olsun.

Sözügedən səhifənin 1 nömrəli haşiyəsində yazılır:

قال الشيخ الفاضل ابراهيم بن عامر الرحيلي في شرحه لهذا الكتاب كما في شريط مسجل له اود التنبيه لمساله ان بعض السلف كرهوا ان يميز بعض اصحاب النبي-ص- ببعض الالقاب دون بعض فقوله هنا ثم اميــر المؤمنين وامام المتقيــن لو ترك هذا اولى لانه قال ابوبكر ثم الفاروق ثم قال ذو النورين ثم لوانه قال ابو السبطين لكان هذا ينتاسب مع ماذكر من الكنى السابقه اما قوله امير المؤمنين فقد يفهم من هذا ان هذاان من تقدم انه ليس بأمير للمؤمنين والمصنق قطعا لم يرد هذا.


İbrahim ibn Amir ər-Ruheyli bu kitaba yazdığı şərhində, eləcə də ona məxsus bir səs yazısında belə demişdir: “Bir məsələni qeyd etmək istəyirəm. Sələflərin bir qismi səhabələrin bəzilərinin xüsusi olaraq müəyyən ləqəblərlə adlandırılmasını yaxşı hesab etməmişlər. Burada müəllif deyir ki, “...sonra möminlərin əmiri və təqvalıların imamı”. Əgər o, bu sözü işlətməsəydi, daha yaxşı olardı. Belə ki əvvəldə deyir: “Əbu Bəkr əs-Siddiq”, sonra “Ömər əl-Faruq”, sonra “Osman Zunnureyn” – belə məqamda Əli üçün “Əbus-sibteyn” (Peyğəmbərin iki nəvəsinin atası) ləqəbini işlətməsi əvvəlki ləqəblərə daha uyğun olardı. Onun Əli ibn Əbu Talib üçün “möminlərin əmiri” ifadəsini işlətməsindən belə başa düşülə bilər ki, sanki əvvəldə adları çəkilən şəxslər möminlərin əmiri olmamışlar. Əlbəttə, müəllif şübhəsiz ki, bunu nəzərdə tutmamışdır...

Səhifə 33-də mühəqqiq Bədr əl-Matuq davam edərk yazır:

والاولى وان كان المصنف هو بلا شك انه لم يرد الا الحق ولكن ايضا ترك بعض هذه الالقاب انه اما انه يلقب الجميع او يترك الجميع وفيما يحضرني أن أحد السلف ذكر عنده الخلفاء الراشدون ثم قال علي ومد بها صوته فقال أنك تستحق أن تضرب على رأسك لهذا. انظر حتى لما مد صوته بذكر علي قال تستحق أن تضرب على رأسك أوكلمة قريبة هذا من دقة السلف مما يفرق بينهم في ذكر أسمائهم أو ذكر بعضها كذلك مما قال كرم الله وجهه.


...Müəllif, heç şübhəsiz, haqdan başqa bir şey nəzərdə tutmamışdır, lakin yaxşı olardı ki, bu ləqəblərin bəzisini işlətməyəydi. Ya hamını (əmirəlmöminin və s. kimi ləqəblərlə) adlandıraydı, ha da heç kimi. Xatırladığım qədəriylə, bir nəfər sələflərdən birinin yanında raşidi xəlifələrin adını çəkərkən Əlinin adını bir qədər uca səslə deyir. Bu zaman həmin sələf ona “sən bu hərəkətinə görə başına vurulmağa layiqsən”, - deyir. Fikir ver, hətta Əlinin adını bir qədər fərqli tonla deyilməsinə görə ona “sən başına vurulmağa layiqsən” və ya buna bənzər bir söz deyir. Bu, sələflərin adlar məsələsində ayrı-seçkiliyə olan diqqətindən qaynaqlanır. Əli barəsində “Allah üzünü nurlu etsin” demək də belədir (bunu da etmək olmaz).

 

 

 

 

 

Fotoşəkil: Əbu Cəfər ət-Təbəri, Sarihus-sunnə, səh.32-33; "Məktəbətu əhlul-əsər", Kuveyt; təhqiq: Bədr ibn Yusif əl-Matuq

Əziz oxucular! Diqqət etdiniz bu sələfi (vəhhabi) aliminin Əliyə (ə) qarşı mövqeyinə? Bunlar həmişə belə davranırlar. Əbu Bəkr, Ömər, Osman və sair barədə nə yaxşı söz varsa, onlara aid olmasa belə deməkdə problem olmur, özlərini görməzliyə vururlar, ancaq Əli (ə) haqqında haqq söz desəniz də, bir yolla sizi bundan çəkindirməyə çalışacaqlar! Əməvi İslamının uzun illər apardığı propoqandanın nəticəsidi bunlar!

Gəlin indi başqa bir sələfi şeyxi Saleh əl-Fauzanın yazdıqlarını nəzərdən keçirək:

ثم افضل المهاجرين هم الخلفاء الراشدون الاربعه ابوبكر الصديق ثم عمر الفاروق ثم عثمان ذو النورين ثم علي ابن ابي  طالب رضي الله تعالى عن الجميع

Mühacirlər içərisində ən üstün şəxslər dörd raşidi xəlifəsidir: Əbu Bəkr əs-Siddiq, Ömər əl-Faruq, Osman Zunnureyn və Əli ibn Əbu Talib. Allah onlardan razı olsun.

 

 

 

 

 

Fotoşəkil: Saleh əl-Fauzan, Şərhul-mənzumətil-haiyyə, səh.111; "Darul-asima", ər-Riyad, 1428

Bir nəfər çıxıb deməz ki, ay Şeyx əl-Fauzan, bəs nə üçün ilk 3 xəlifənin adlarını məşhur ləqəbləri ilə birlikdə yazdınız, ancaq Əliyə (ə) gəldikdə heç bir ləqəb yada düşmədi? Onlara görə burda problem yoxdu əlbəttə ki! Əli (ə) haqqında olanları kəsmək olar, ancaq onun barəsində gələn fəzilətlərin, məşhur ləqəblərin bir neçəsini eyni anda demək problem yaradır!

313news.net

Yerləşdirilib: 18 İyul, 2017  01:38 Baxılıb: 721 Çap

Bizi izləyin!
Məqalələr
click for more