dini dwkan
RUS   |    AZE

İbn Teymiyyə: "Düşmənçilik səhabələrin bir-birlərinə qız alıb-verməsinə maneə deyil."

Əsrlərdir bəziləri Ömərin Ümm-Gülsümlə nikahı əfsanəsinə istinad edərək, xəlifələrlə Əhli-Beyt arasında məhəbbət və dostluq olduğunu iddia edirlər. Adıçəkilən əhvalatın gülünc və əsassız bir iddiadan başqa bir şey olmasına baxmayaraq, İbn Teymiyyə əl-Hərranidən gətirəcəyimiz aşağıdakı sitat bu və bu kimi iddialara tutarlı cavab olacaq.

Aşağıda sitat gətirəcəyimiz kitab sələfi (vəhhabi) əqidəsinin dünyaya ixracatçısı olan Səudiyyə Ərəbistanının kralı Fəhd ibn Əbdüləzizin əmri ilə nəşr edilmişdir.

İbn Teymiyyə yazır:

كان السلف مع الاقتتال يوالي بعضهم بعضاً موالاة الدين لا يعادون كمعاداة الكفار، فيقبل بعضهم بشهادة بعض، ويأخذ بعضهم العلم من بعض، ويتوارثون ويتناكحون، ويتعاملون بمعاملة المسلمين بعضهم مع بعض مع ما كان بينهم من القتال والتلاعن وغير ذلك.

Sələflər bir-birləri ilə döyüş halında olsalar belə, bir-birlərinə dini dostluq bəsləyir, bir-birlərinə kafir münasibəti bəsləmirdilər. Aralarındakı döyüş, lənətləşmə və s. rəğmən, bir-birlərinin şahidliyini qəbul edir, bir-birlərindən elm öyrənir, irs aparır, bir-birlərindən qız alıb-verir, bir-birləri ilə müsəlmanın-müsəlmana davrandığı kimi davranırdılar.

 

 

 

 

 

Fotoşəkil: İbn Teymiyyə, Məcmuul-fətava,  c.3, s.285; Mədinə, "Kral Fəhd adına Quran çapı kompleksi", 2004/1425

Deməli, İbn Teymiyyənin də etiraf etdiyi kimi, qız alıb-vermək hələ iki tərəf arasında dostluq və məhəbbət bağları olduğu mənasına gəlmir. Tərəflər bir-birləri ilə döyüş və lənətləşmə halında olsalar belə, müəyyən məsləhətlər xatirinə belə bir iş görə bilərlər. Necə ki, Peyğəmbəri-Əkrəm islamın ən qatı düşməni və müşrik olan Əbu Cəhlin qızı Ümmü-Həbibə ilə evlənmişdi; iki həyat yoldaşını ən qatı islam düşməni olan yəhudi qəbilələrindən seçmişdi; həmçinin qızı Zeynəbi Qüreyş müşriklərindən olan Əbul-As ibn Rəbiyə ərə vermişdi.

313news.net
Yerləşdirilib: 28 İyun, 2017  01:01 Baxılıb: 426 Çap

Bizi izləyin!
Məqalələr