dini dwkan
RUS   |    AZE

Səhabə

Səhabə Useyd ibn Xudeyr Əhli-Beytin dostlarından, yoxsa düşmənlərindən olmuşdur?

Sual: Useyd ibn Xudeyr kimdir? Əhli-Beytin dostlarından, yoxsa düşmənlərindən olmuşdur?

Cavab: Useyd ibn Xudeyr səhabədir. Əvs qəbiləsindən olmuşdur. İkinci Əqəbə sazişi vaxtı Peyğəmbərin qəbilələrə başçı təyin etdiyi 12 şəxsdən biridir. Bəziləri Bədr döyüşündə iştirak etdiyini, bəziləri isə etmədiyini deyir. Qəbiləsinin rəhbər və nüfuzlu şəxsi olmuşdur. “Usdul-ğabə” kitabında Əbu Bəkrin ona ehtiram etdiyi və heç kəsi ondan önə keçirmədiyi, habelə onun Ömərlə birlikdə Qüdsün tutulmasında iştirak etdiyi bildirilir.

İbn Əbil-Hədidin “Nəhcül-bəlağə” kitabına yazdığı şərhində Əbu Bəkr Əhməd ibn Əbdüləziz Əl-Cövhərinin “Səqifə” kitabından nəqlən belə qeyd olunur ki, mühacirlərdən bir qrup şəxs məşvərət edilmədən Əbu Bəkrə beyət edilməsinə qəzəbləndilər. Əli və Zübeyr qəzəblənərk Fatimənin evinə girdilər. Ömər içlərində Useyd ibn Xudeyr və Sələmə ibn Səlamənin olduğu bir qrup adamla birlikdə hadisə yerinə gələrək, Fatimənin evini basdı. Fatimə nalə edib çığırdı.. və ilaxır.

Seyyid Cəfər Mürtəza Amuli özünün "əs-Səhih min sirətun-Nəbi" əsərində (9/206) yazır:

وكان لأسيد بن حضير اهتمام ظاهر به وسعي لتسطير الفضائل والكرامات له ومنحه الاوسمة بسبب وبلا سبب.

Hakimiyyətin Useyd ibn Xudeyrə açıq-aşkar diqqəti var idi; onun üçün fəzilət və kəramət yazmağa və səbəbi oldu, olmadı ona medal taxmağa çalışırdılar.

Yenə həmin kitabda (9/207) yazır:

ونحن لانصدق كل ذلك عن اسيد بن حضير الذي كان يحضى بعناية خاصة من قبل بعض التيارات لأنه كان قريب أبي بكر وكان له دور هام في توحيد امر أبي بكر في يوم السقيفة.

وكان اسيد بن حضير احد المهاجمين لبيت فاطمة (سلام الله عليها) وكان لأسيد بن حضير من قبل السلطة اهتمام ظاهر به؟

Biz Əbu Bəkrə yaxınlığı və Səqifə günü məsələnin Əbu Bəkrin xeyrinə həll olunmasında mühüm rol oynaması səbəbindən bəzi qruplar tərəfindən xüsusi diqqət və qayğı görməsini nəzərə alaraq, onun barəsində nəql edilən belə şeyləri (saxta fəzilətləri) təsdiq etmirik.

Useyd ibn Xudeyr Hz.Fatimənin (ə) evinə hücum edən şəxslərdən olmuş, hakim dairələr tərəfindən xüsusi diqqət görmüşdür.

“Əl-Xutatus-siyasiyyə” (səh.208) kitabında deyilir:

وممن استقطب حوله من الانصار وكان له دور بارز في اقامة النظام الذي حكم عصر ما بعد النبوة أسيد بن حضير وثابت بن قيس وسلمة بن سالم وعاصم بن عدي وبلغ من وفائهم لعمر انهم دخلوا بيت فاطمة بنت محمد (صلى الله عليه وآله وسلم) عنوة بناءا على اوامر عمر ولو شاء لاحرقوا بيت فاطمة بنت محمد (صلى الله عليه وآله وسلم) على من فيه نعم

Ətrafına adam toplamış və Peyğəmbərin vəfatından sonra meydana gələn rejimin qurulmasında önəmli rol oynamış şəxslərdən biri neçəsi də Useyd ibn Xudeyr, Sabit ibn Qeys, Sələmə ibn Salim və Asim ibn Ədiy idi. Ömərə son dərəcə sadiq olan bu adamlar onun əmri ilə zorla Hz.Fatimənin (ə) evinə soxuldular. Əgər Ömər istəsəydi, içindəkilərlə birgə Hz.Fatimənin (ə) evini də yandıracaqdılar.

Useyd ibn Xudeyr belə şəxs olmuşdur. Qəbilə başçısı olması və mal-dövlət və nüfuz sahibi olması, ona bir fayda verməmişdir. Qəbilə başçısı olmuş, amma nəfsinin başçısı ola bilməmişdir. Çiyninə Mədinə dağlarını yükləyib gəzməsi onun üçün Hz.Fatiməni (ə) qorxutmuş və evinə hücum etmiş şəkildə Allahla görüşməsindən daha yüngül olardı. Allahdan başqa güc və qüvvə sahibi yoxdur.

313news.net
Yerləşdirilib: 16 May, 2017  12:02 Baxılıb: 299 Çap

Bizi izləyin!
Məqalələr