dini dwkan
RUS   |    AZE

Həqiqəti tapanlar - 8 - : Əhməd Kəvasi Hənif (keçmiş xristian)

Adı: Əhməd Kəvasi Hənif

Ölkə: Trinidad və Tobaqo

Dini: xristian

 

 

Əhməd Kəvasi Hənif 1956-cı ildə Trinidad və Tobaqonun ən böyük adası olan Trinidad adasında dünyaya gəlmişdir.

Bir vaxtlar dünyanın siyasi cəhətdən qarışıq regionlarından olduğu üçün bir sıra hallarda bu bölgənin əhalisi ABŞ və Kanadaya üz tuturdular. Əhməd Hənif də Kanadaya köç edən şəxslərdən olmuşdur. Kanadada olarkən o, siyasi elmlər, o cümlədən psixologiya ixtisasları üzrə bakalavr diplomlarına yiyələnmişdir.

Amerika qitəsində hökm sürən irqi ayrı-seçkilik digər qara dərili sakinlər kimi Əhməddən də yan keçməmişdir. Dərisinin rənginə görə üzləşdiyi haqsızlıq və ayrı-seçkilik Əhmədi səmavi və kommunizm kimi qeyri-səmavi təlim və ideologiyaları araşdırmağa və bəşəriyyətə münasibəttə ən adil və ən humanist təlimi axtarmağa sövq etmişdir.

Bir müddət davam edən araşdırmalardan sonra Əhməd axtardığının İslam dinində olduğunu görmüş və İslamı qəbul etmişdir.

Daha sonra məlumatlarını daha da təkmilləşdirmək üçün mütaliələrini davam etdirən Əhməd, İslam məzhəbləri içərisində şiəliyin ən üstün və zəmanənin tələblərinə ən yaxşı cavab verən məhzəb olduğunu görmüş və beləliklə Əhli-Beyt məzhəbini qəbul etmişdir.

Bu yolda Əhməd Hənifin təsirləndiyi mühüm kitablar aşağıdakılar olmuşdur:

1-“Əş-Şiə” (Təbatəbai)

2-“Əsluş-şiə” (Kaşiful-ğita)

3-“Əl-İrşad” (Müfid)

4-“Əl-Muraciat” (Şərəfuddin)

Həmçinin, İmam Əlinin zamanından İmam Sadiqin zamanınadək şiə tarixi.

Yerləşdirilib: 27 Dekabr, 2016  15:20 Baxılıb: 158 Çap

Bizi izləyin!
Məqalələr