dini dwkan
RUS   |    AZE

Ayətullahul-üzma Vəhid Xorasaninin Azərbaycan tələbələri ilə görüşü

Bağışlayan və Mehriban Allahın adı ilə!

"De! Haqq gəldi, batil aradan getdi. Həqiqətən də batil aradan getməyə məhkumdur." (İsra, 81)

Allah Təala öz hövlü-qüvvəsi ilə həmişə bu ayəni canlandırıb. Dünyanın heç zaman ağlına gəlməzdi ki, Sovet hökuməti aradan gedər və siz Azərbaycan xalqının ağlınıza gəlməzdi ki, müqəddəs islam dininin və şiə məzhəbinin pak fəzasında rahat nəfəs alarsınız. İslam və məzhəbin həqiqət günəşi bütün o buludları (Sovet hökumətini) parçalayaraq suya döndərdi və yenidən dinin və məzhəbin əsərləri canlandı.

Siz Azərbaycan tələbələrinin məsuliyyəti ağırdır. Əvvəla ona görə ki, öz qədrinizi biləsiniz. Çünki o kəslər ki, sizin mühitdə din üçün işlər görür bizimlə (İranlı tələbələri və yaxud ruhaniləri) müqayisədə daha üstündürlər. Çünki bizim mühitdə olan (İranlı ruhanilər) ruhanilər sanki din toxumunu hazır münbit olan torpağa əkirlər. Əkinə münbit olan torpağı becərmək çox da mühüm və çətin deyil. Çətin və mühüm yararsız torpaqları canlandırmaqdır. Əgər şoran torpaqları yaşıllaşdırsanız əlbəttdə bunun yüksək qiyməti vardır. Hər tələbə bu yerdə dərs oxuyarsa ciddi cəhdlə çalışsın ki, səmərə əldə etsin, din və məzhəbə xidmət etsin. Şübhəsiz bu cür tələbələrin adları Əmmar Yasirin, həmçinin Həbib ibn Məzahirin adları qeyd edilmiş kitablarda qeyd olunacaq. Elə bu mübarək ayə də məhz belə şəxslər haqda təfsir olunmuşdur: "Onlar o şəxslərdir ki, onların mükafatı iki dəfə veriləcəkdir"

Nəhayət ki, Azərbaycan tələbələrinin mükafatı İran tələbələrinin mükafatı müqabilində iki dəfə çoxdur və siz Azərbaycan tələbələri çalışsın ki, yaxşi dərs oxuyasınız. ...

Mənbə: wahidkhorasani.com

Hazırladı: Mübariz Rəhimov

P.S. Nəzərinizə çatdıraq ki, bu, Vəhid Xorasaninin çıxışının bir hissəsidir.

Yerləşdirilib: 12 Noyabr, 2016  22:07 Baxılıb: 284 Çap

Bizi izləyin!
Məqalələr