dini dwkan
RUS   |    AZE

İmam Həsən Əskərinin (ə) mirası anası və qardaşı arasında bölündümü?

Sual verən: Salman

Şübhə: Vəhhabilərin daim təkrar etdiyi və onu İmam Mehdinin (ə.f) hələ anadan olmamasına dəlil göstərdikləri hadisə İmam Həsən əl-Əskərinin (ə) mirasının anası və qardaşı yalançı Cəfər arasında bölüşdürülməsi məsələsidir. Deyirlər ki, əgər İmam Həsən əl-Əskərinin (ə) övladı varsa, niyə ona irs yetişməyib anası və qardaşı arasında bölüşdürüldü? Yenə də iddia edirlər ki, şiə alimləri, o cümlədən Səd b. Abdullah (vəfatı 300 h.) və Həsən b. Musa ən-Novbəxti (vəfatı 310 h.) nəql edirlər ki, İmam Həsən əl-Əskəri (ə) dünyadan gedərkən heç kəs onun övladını görməmiş və tanımırdılar. Müasir sələfi alimlərindən Nasiruddin əl-Qəffari «Üsul məzhəb əş şiə» kitabında bu barədə yazır:

إذ بعد وفاة الحسن ـ إمامهم الحادي عشر ـ سنة (260هـ) لم يُر له خلف، ولم يُعرف له ولد ظاهر، فاقتسم ما ظهر من ميراثه أخوه جعفر وأمّه، كما تعترف بذلك كتب الشيعة نفسها، وبسبب ذلك اضطرب أمر الشّيعة وتفرّق جمعهم؛ لأنّهم أصبحوا بلا إمام، ولا دين عندهم بدون إمام، لأنّه هو الحجّة على أهل الأرض... .

On birinci imam Həsən əl-Əskərinin vəfatından (260 h) sonra  onun canişini görünməmiş və aşkar surətdə heç kəs onun övladını tanımamışdır. Qalan mirası da anası və qardaşı Cəfər arasında bölünmüşdür. Şiələrin öz kitabları da bu məsələni etiraf edirlər. Elə buna görə də şiələrin işi qarışmış və camaatı ayrılığa düşmüşdür. Çünki onların imamları yoxdur və onların nəzərinə görə də imamsız dinin heç bir mənası yoxdur. Ona görə ki, imam Allahın yer əhlinə olan höccətidir.

Nasiruddin əl-Qəffari, Üsul məzhəb əş-şiə, c.2, s.1004, Dar ər-Rza, əl-Cizə

Bir digər sələfi alimi İhsan İlahi Zahir bu barədə yazır:

مات الحسن العسكري بدون خلف ولا عقب، كما نص على ذلك النوبختي حيث قال: «توفي ولم ير له أثر، ولم يعرف له ولد ظاهر، فاقتسم ميراثه أخوه جعفر وامه».

Həsən əl-Əskəri övladsız və canişinsiz dünyadan getdi. ən-Novbəxti də bu məsələni açıqlamış və belə demişdir: O, dünyadan gedərkən canişinini heç kəs görən olmadı. Camaat aşkar surətdə onun övladını tanımadılar. Qardaşı Cəfər və anası onun mirasının bölüşdürdülər.

İhsan İlahi Zahir, əş-Şiə və ət-təşəyyu, s.261

Tənqid və araşdırma:

1. İmam Həsən əl-Əskəri (ə) dünyadan gedərkən aşkar surətdə onun övladını görən olmayıb və onu tanimayıb.

2. Şiələr İmamın (ə) vəfatından sonra bir-birinə dəymiş və ixtilafa düşmüşlər.

3. İmam Həsən əl-Əskəri (ə) vəfat edəndən sonra onun mirası təkcə anası ilə qardaşı Cəfərin arasında bölünmüşdür.

əl-Qəffarinin sözlərində nəzərə çarpacaq dərəcədə ziddiyyətlər mövcuddur.

Doktor əl-Qəffari açıq-aşkar iddia edir ki, camaat İmam Həsən əl-Əskərinin (ə) övladını tanımır. Amma maraqlısı budur ki, elə bu kitabın başqa yerində şiənin nəzərini belə bəyan edir:

أما الاثنا عشريّة فقد ذهبت إلى الزّعم بأنّ للحسن العسكري ولداً كان قد أخفى (أي الحسن) مولده، وستر أمره؛ لصعوبة الوقت وشدّة طلب السّلطان له، فلم يظهر ولده في حياته، ولا عرفه الجمهور بعد وفاته.

On iki imamçı şiələr bu etiqaddadırlar ki, Həsən əl-Əskərinin (ə) övladı olub, lakin (əl-Əskəri) onu və onun işini camaatdan gizlədib. Çünki zamanın çətinlikləri və dövrün xəlifəsinin həmin uşağı axtarması səbəbi İmamı bu işə vadar etmişdir. Belə ki, o (əl-Əskəri) öz həyatı boyu övladını aşkar etməmiş və dünyadan gedəndən sonra da şiələrin əksəriyyəti  onun övladını tanımamışlar.

Nasiruddin əl-Qəffari, Üsul məzhəb əş-şiə , c.2 s.1006

O, bu sözü deməklə bunu etiraf etmiş olur ki, həqiqətən on iki imamçı şiə məzhəbinin nəzəri budur ki, İmam Həsən əl-Əskərinin (ə) övladı olmuş və onu düşmənlərin gözündən gizlətmişdir. Amma başqa yerdə şiələrdən nəql edərək deyir ki, İmam Həsən əl-Əskərinin (ə) övladı olmayıb və şiələr imamsız qalıb və s.

Şiə əqidəsini nəql edən zaman bu açıq-aşkar ikibaşlı və ziddiyyətli fikirlər onu göstərir ki, onlar həqiqət axtarışında deyil və şiə məzhəbini sual altına almaq üçün hər vasitədən istifadə edirlər.

Bu əqidəni şiə alimlərinə nisbət vermək yalandır

Bunu bilmək lazımdır ki, ən-Novbəxtinin «Firəq əş-şiə» kitabı və Səd b. Abdullah əl-Əşərinin «Kitab əl-məqalat və əl-firəq» kitabı yolunu azmış firqələrin etiqadını nəql edəndən sonra on iki imamçı şiələrin doğru əqidələrini bəyan etmə üslubu ilə yazılmışdır. Elə buna görə də bu iki kitabdan həmin hissələri nəql edərək bütün şiə firqələrinə hətta on iki imamçı şiələrə onu aid etmək insafdan və həqiqətdən uzaqdır.

Düzdür, bu mətləb o kitablarda gəlmişdir, lakin onlar əvvəl bu mətləbi azğın firqələrin dilindən nəql etmiş, sonra isə on iki imamçı firqənin əqidəsini izah edərək bu əqidənin doğruluğunu sabit etmişlər.

Mərhum ən-Novbəxti öz «Firəq əş-şiə» kitabında on iki imamçı əqidəsini nəql edərək bu əqidənin doğru olduğunu bəyan edir:

وقالت الفرقة الثانية عشرة وهم الأمامية ليس القول كما قال هؤلاء كلهم بل لله عز وجل في الأرض حجة من ولد الحسن بن علي وأمر الله بالغ وهو وصي لأبيه على المنهاج الأول والسنن الماضية ولا تكون الإمامة في أخوين بعد الحسن والحسين عليهما السلام ولا يجوز ذلك ولا تكون إلا في غيبة الحسن بن علي إلى أن ينقضي الخلق متصلا ذلك ما اتصلت أمور الله تعالى ولو كان في الأرض رجلان لكان أحدهما الحجة ولو مات أحدهما لكان الآخر الحجة ما دام أمر الله ونهيه قائمين في خلقه...

ولا يجوز أن تخلو الأرض من حجة ولو خلت ساعة لساخت الأرض ومن عليها ولا يجوز شيء من مقالات هذه الفرق كلها فنحن مستسلمون بالماضي وإمامته مقرون بوفاة معترفون بأن له خلفا قائما من صلبه وأن خلفه هو الإمام من بعده حتى يظهر ويعلن أمره كما ظهر وعلن أمر من مضى قبله من آبائه ويأذن الله في ذلك إذ الأمر لله يفعل ما يشاء ويأمر بما يريد من ظهوره وخفائه كما قال أمير المؤمنين عليه السلام «اللهم إنك لا تخلي الأرض من حجة لك على خلقك ظاهرا معروفا أو خائفا مغمودا كيلا تبطل حجتك وبيناتك»

وبذلك أمرنا وبه جاءت الأخبار الصحيحة عن الأئمة الماضين... وقد رويت أخبار كثيرة أن القائم تخفى على الناس ولادته ويخمل ذكره ولا يعرف إلا أنه لا يقوم حتى يظهر ويعرف أنه إمام ابن امام ووصي ابن وصي يوتم به قبل أن يقوم ومع ذلك فإنه لا بد من أن يعلم أمره ثقاته وثقات أبيه وإن قلوا ولا ينقطع من عقب الحسن بن علي عليه السلام ما اتصلت أمور الله عز وجل ولا ترجع إلى الأخوة ولا يجوز ذلك وأن الإشارة والوصية لا تصحان من الإمام ولا من غيره إلا بشهود أقل ذلك شاهدان فما فوقهما.

فهذا سبيل الإمامة والمنهاج الواضح اللاحب الذي لم تزل الشيعة الإمامية الصحيحة التشيع عليه.

On iki imamçı firqə bu etiqaddadır ki, imamət mövzusu digər firqələrin inandığı kimi deyil. Yer üzündə İmam Həsən b. Əlinin (ə) nəslindən olan Allahın bir höccəti vardır. Bu sahədə Allahın əmri qətidir. O, keçmiş imamların sünnəsinə müvafiq olaraq atasının vəsisidir.

İmam Həsən (ə) və İmam Hüseyndən (ə) sonra imamət digər bir qardaşa ötürülmür. Buna əsasən də İmam Həsən Əskərinin (ə) imaməti övladından başqasına ötürülməsi mümkün deyil. Bu ilahi iradə xilqətin sonunadək qüvvədədir. Hətta əgər yer üzündə iki nəfər də qalmış olsa onlardan biri Allahın höccətidir. Əgər onlardan biri ölsə belə ilahi əmr və nəhylər insanların arasında bərpa olanadək yenə diri qalan Allahın höccəti olacaq.

Yer üzünün höccətsiz qalması mümkün deyildir. Əgər bir an yer üzü höccətsiz qalsa içindəkilərlə birlikdə məhv olub aradan gedər. Amma batil əqidəli firqələrin dediklərinin heç biri düzgün deyildir.

İmam Həsən Əskəri (ə) dünyadan gedərkən oğlu onun canişini idi. Ondan sonra zühur edəcək və əvvəlki imamların etdiyi kimi imamət məsuliyyətini elan edəcək. Allah bu işi iradə etmişdir və Onun iradəsi mütləq baş verəcək. Çünki Mütləq (yəni, məhdudiyyətsiz) Hakim Odur, nəyi iradə etsə o olacaq. Allah onun zühuru və qeybəti haqqında nəyi iradə etsə, elə o da olacaq. Əmiril-muminin (ə) buyurub: “İlahi, Sən heç vaxt yer üzünü - istər aşkarda olsun, istərsə də gizlində - höccətsiz qoymursan. Ona görə ki, Allahın ayələri və höccəti batil olmasın.”

Bizə əmr olunan və bu barədə əvvəlki imamların (ə) mötəbər rəvayətləri bunlardır və bizə gəlib çatmışdır. Bir çox hədislərdə gəlmişdir ki, İmam Mehdi (ə.f) dünyaya gəlməsi  insanlardan gizli qalacaq, şöhrəti az olacaq, tanınmayacaq və  zühur edib imamətini elan etməyənədək qiyam etməyəcəkdir. O imam oğlu imam, vəsi oğlu vəsidir. Qiyam etməzdən qabaq onun misli yoxdur. Bununle belə, onun işi özünün və atasının etimad etdiyi fərdlərə sayları az da olsa belə bəlli idi. Bu iş (imamət) Allahın əmri davam edənədək İmam Həsən əl-Əskərinin (ə) övladından alınmayacaq. İmamət işinin qardaşdan qardaşa (İmam Həsən və İmam Hüseyndən başqa) keçməsi caiz deyildir. İmamət vəsiyyət və işarə ilə də gerçəkləşməz, lakin bir şərtlə ki, buna ən azı iki şahid, və ya çox şəhadət versin.

İmamət yolu budur və imamiyyə şiələrinin söykənəcəkləri möhkəm bir üsuldur. Bunu davam etdirmək də düzgündür.

Həsən b. Musa ən-Novbəxti, Firəq əş-şiə, c.1, s.96-112; 1404/1984, Dar əl-Adva, Beyrut

Səd b. Abdullah əl-Əşəri «əl-Məqalat vəl-firəq» kitabında İmam Zaman (ə.f) ağanın qeybətinin əvvəllərində mövcud olan fərqli görüşləri nəql edəndən sonra on iki imamçı şiələrin nəzərini belə nəql edir:

ففرقة منها وهي المعروفة بالإمامية قالت:... فنحن متمسكون بإمامة الحسن بن علي، مقرّون بوفاته موقنون مؤمنون بأن له خلفاً من صلبه، متدينون بذلك وأنه الإمام من بعد أبيه الحسن بن علي، وأنه في هذه الحالة مستتر خائف مأمور بذلك حتى يأذن الله عز وجل له فيظهر ويعلن أمره.

İmamiyyə adı ilə məşhur olan firqə deyir: Biz İmam Həsən Əskərinin (ə) imamətini və onun vəfatını  qəbul edir, öz sülbündən olan canişininə iman və yəqin edir, onun İmam Həsən Əskəridən (ə) sonra imam olmasına etiqad edirik. O, indiki zamanda zühuruna icazə verildiyi vaxtadək Allahın göstərişi ilə gözlərdən kənardadır. Bundan sonra isə zühur edəcək və imaməti aşkara çıxacaq.

Əbu Xələf Səd b. Abdullah əl–Əşəri əl-Qummi, əl-Məqalat vəl-firəq, s.102-103, Elmi və mədəni mərkəz nəşriyyatı, Qum, 1363 h.ş.; təhqiq: Muhəmməd Cavad Məşkur

Doktor əl-Qəffari və İhsan İlahi Zahir mərhum ən-Novbəxti və Səd b. Abdullah əl-Əşəridən nəql edirlər ki, İmam Həsən Əskəri (ə) dünyadan gedərkən heç kim onun övladını görməmiş və onu tanımırdılar. Sonra da bu əqidəni bütün şiələrə nisbət verirlər. Amma bu iki böyük şəxsiyyətin buyurduqlarından bu aydın olur ki, on iki imamçı şiələr heç vaxt İmam Zaman ağanın (ə) dünyaya gəlməsində şəkk etməmiş və hamısı İmam Həsən əl-Əskərinin (ə) dünyadan gedərkən övladının beş yaşında olmasına icma etmişlər.

Lakin çox təəssüflər olsun ki, doktor əl-Qəffari və doktor İhsan İlahi Zahir mərhum Novbəxtinin və Səd b Abdullah Əşərinin sözlərin nəql edərkən yalan və fırıldaqçılıqla bu əqidəni bu iki şiə aliminə və bütün şiələrə nisbət verilməsinə səy göstərmişlər.

Burdan aydın olur ki, şiənin dürüst əqidəsini sual altına almaq üçün vəhhabilərin əlində dəlil-sübut yoxdur və bu məqsədə çatmaq üçün yalnız yalan və fırıldaqçılıq amillərindən istifadə edə bilirlər.

Əgər düz yoldan azmış firqələrin belə batil əqidələri varsa, bunun on iki imamçı şiələrin haqq olan məzhəbilə nə əlaqəsi var?

Dəlilin tapılmaması onun olmaması demek deyildir

Səd b. Abdullah və mərhum ən-Novbəxtinin «Onun canişini görünməmiş və heç kəs aşkar surətdə onun övladını görməmiş və tanımamışlar» ifadəsi İmam Həsən əl-Əskərinin (ə) övladının olmamasına dəlil deyildir.

Məşhur bir qanuna görə  «عدم الوجدان لا يدل علي عدم الوجود» («bir şeyin tapılmaması onun olmamasına dəlil deyildir») camaatın İmam Mehdini (ə) görməməsi onun anadan olmamasına dəlil deyildir. Çünki bunların heç biri digərini tələb etmir.

Əgər Səd b. Abdullah və mərhum Novbəxtinin sözü belə olsaydı -  «لم يولد له ولد» («onun övladı olmamışdır») – o zaman bu iki vəhhabinin sözünü qəbul etmək olardı. Lakin «onun övladını heç kim görməyib» ifadəsilə «onun övladı yoxdur» ifadəsi arasında yerlə göy qədər fərq var.

Əhli-sünnə firqələri arasında güclü ixtilaf mövcuddur

Doktor əl-Qəffari şiələrin ixtilafa düşüb parçalandığını irad tutur. Halbuki səmavi dinlər arasında həmişə və tarix boyu ixtilaflar mövcud olmuşdur, hətta Peyğəmbərin (s) zamanında belə onun səhabələri ixtilafa düşür və müxtəlif firqələrə ayrılaraq bir-birilə tamamilə ziddiyyətli mövqelər irəli sürürdülər. Deməli, bu ixtilafa düşmə məsələsi bir məzhəbin haqq olmasını sual altına sala bilməz. Çünki hər ümmətdə həvəsbaz və dünyapərəst insanlar olmuşdur. Onlar öz şəxsi mənafelərini qorumaq üçün Allahın dinin inhirafa (azğınlığa) və təfriqəyə sürükləmiş, palçıqlı sudan balıq tutmağa çalışmışlar. Xüsusilə Bəni-Üməyyə və Bəni-Abbasi xəlifələrinin bütün səyləri bundan ibarət idi ki, şiələri pərakəndə edib ixtilafa salsınlar. Çox vaxt zalım hakimlər öz xərcləri ilə şiə məzhəbi uduzsun deyə azğın firqələrlə bunların arasında münazirə məclisləri təşkil edirdilər. Elə buna görə də belə azğın məzhəblərin olması - əlbəttə ki, belə məzhəblər bir neçə ay və ildən artıq davam gətirə bilməmişlər – haqq məzhəb üçün heç bir irad meydana gətirmir.

Əgər bir əqidənin şiələrə nisbət verilməsində qəzavətin meyarı bəzi azğın firqələrin nəzəridirsə, onda bu ixtilaf və təfriqələr əhli-sünnənin arasında heç də az deyil. Bu vəziyyət elə bir haldadır ki, əhli-sünnənin bəzi firqələri özlərinin digər firqələrini təkfir etmiş və bir-birilə ciddi şəkildə toqquşmuşlar. Onlardan bir neçə nümunəni qeyd edirik:

Hənbəli olmayan kafirdir

Şəmsuddin əz-Zəhəbi «Tarixi İslam» və «Siyər əlam ən-nubəla» kitabında, İbn Rəcəb əl-Hənbəli isə» Zeyl təbəqat əl-hənabilə»də yazır:

أحمد بن الحسين بن محمد. المحدث الأمام أبو حاتم بن خاموش الرازي البزاز. من علماء السنة... وحكاية شيخ الإسلام الأنصاري معه مشهورة. وقوله: مَن لم يكن حنبلياً فليس بمسلم.

Əhməd b. əl-Hüseyn b. Muhəmməd. Mühəddisdir, imamdır, (tam adı) Əbu Hatim b. Xamuş ər-Razi əl-Bəzzardır. Əhli-sünnə alimlərindəndir...  Şeyxul-İslam əl-Ənsarinin Əhməd b. Hüseyn b. Məhəmmədlə olan hekayəsi məşhurdur. Belə ki, əl-Ənsari deyirdi: «Hənbəli olmayan kəs müsəlman deyildir.»

Şəmsuddin əz-Zəhəbi, Tarix əl-İslam və vəfayat əl-məşahir vəl-əlam, c.29, s.303; Dar əl-Kitab əl-Ərəbi, Beyrut, 1407/1987; təhqiq: Ömər Əbdus-Səlam

Şəmsuddin əz-Zəhəbi, Siyər əlam ən-nubəla, c.17, s.625; Müəssisə ər-Risalə, Beyrut, 1413/1993; təhqiq: Şueyb əl-Arnaut və Muhəmməd Nəim əl-Arqasusi

İbn Rəcəb əl-Hənbəli, Zeylu təbəqat əl-hənabilə, c.1, s.20

Əhməd b. Hənbəlin tərəfdarları kafirdir

İbn əl-Əsir yazır:

ذكر الفتنة ببغداد بين الشافعية والحنابلة

ورد إلى بغداد هذه السنة الشريف أبو القاسم البكري المغربي الواعظ وكان أشعري المذهب وكان قد قصد نظام الملك فأحبه ومال إليه وسيره إلى بغداد وأجرى عليه الجراية الوافرة فوعظ بالمدرسة النظامية وكان يذكر الحنابلة ويعيبهم ويقول ( وما كفر سليما ولكن الشياطين كفروا ) والله ما كفر أحمد ولكن أصحابه كفروا.

Bağdadda şafei və hənbəlilər arasında olan fitnə:

Əşəri məzhəbli olan Əbul-Qasim əl-Bəkri əl-Məğribi Bağdada daxil oldu. Nəzzam əl-Məliki sevənlərdən idi və qərara aldı ki, onunla görüşsün. Nəzzamiyyə mədrəsəsində moizə edib, hənbəlilər haqqında pis sözlər deyib, onların eyibləri haqqında danışdı. O, «Süleyman kafir deyil, lakin şeytanlar kafirdirlər» ayəsinə söykənərək belə deyirdi: «Əhməd (bin Hənbəl) kafir deyil, lakin onun tərəfdarları kafirdirlər.»

İbn əl-Əsir, əl-Kamil fi ət-tarix, c.8, s.428; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1415/1995; təhqiq: Əbdullah əl-Qazi

ən-Nüveyri bu barədə yazır:

وفي سنة خمس وسبعين كانت الفتنة بين الطائفيين، وسببها أنه ورد إلى بغداد الشريف أبو القاسم البكري المقرئ الواعظ وكان أشعريّ المذهب، وكان قد قصد نظام الملك فأحبّه ومال إليه وسيّره إلى بغداد، وأحرى عليه الجراية الوافرة. وكان يعِظ بالمدرسة النظامية، ويذكر الحنابلة ويعيبهم ويقول «وما كفر سُليمان ولكن الشياطين كفروا» وما كفر أحمد ولكن أصحابه كفروا ثم قصد يوماً دار قاضي القضاة أبي عبد الله الدامغاني فجرى بينه وبين قومٍ من الحنابلة مشاجرة أدّت إلى الفتنة.

Hicrətin 75-ci ilində iki firqə arasında fitnə baş verdi. Bunun da səbəbi Əşəri məzhəbli olan Əbul-Qasim əl-Bəkri olmuşdur. Belə ki, o, Nəzzam əl-Məlikin görüşünə getmək istəyirdi, ona çox meyli və məhəbbəti var idi. Nəzzamiyyə mədrəsəsində çıxış edərək, hənbəliləri pisləyib eyiblərindən danışdı. O, «Süleyman kafir deyil, lakin şeytanlar kafirdirlər» ayəsinə söykənərək belə deyirdi: «Əhməd (bin Hənbəl) kafir deyil, lakin onun tərəfdarları kafirdirlər.» Sonra o, Qaziyul-quzzat (qazilər qazisi) Əbu Əbdillah Damğaninin görüşünə getdi. Orda onunla hənbəlilərin arasında bərk mübahisə getdi və sonu fitnə ilə nəticələndi.

ən-Nüveyri, Nihayə əl-ərəb fi fünun əl-ədəb, c.23, s.141; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1424/2004; təhqiq: Müfid Qəmhiyyə və digərləri

İbn Xəllikan Əşərilərin Hənbəlilərlə düşmənçiliyi və onların arasında baş vermiş münaqişə haqqında yazır:

وكان ولده [أبو القاسم القشيري] أبو نصر عبد الرحيم إماما كبيرا أشبه أباه في علومه... وجرى له مع الحنابلة خصام بسبب الإعتقاد لأنه تعصب للأشاعرة وانتهى الأمر إلى فتنة قتل فيها جماعة من الفريقين.

Onun (Əbul-Qasim əl-Quşeyrinin) oğlu Əbu Nəsr Əbdur-Rəhim böyük imam idi və elmdə atası kimi idi. O, Əşəri məzhəbli və çox təəssübkeş insan idi. Onunla Hənbəlilər arasında etiqad müxtəlifliyi səbəbinə düşmənçilik meydana gəldi. Nəticədə fitnə baş verərək hər iki tərəfdən insanlar qətlə yetirildilər.

İbn Xəllikan, Vəfayat əl-əyan və ənba əbna əz-zəman, c.3, s,208; Dar əs-Səqafə, Beyrut; təhqiq: İhsan Abbas

Əbu Muhəmməd əl-Yafei, Mirat əl-cinan və ibrət əl-yəqzan, c.3, s.210; Dar əl-Kutub əl-İslami, Qahirə 1413/1993

Əbdul-Hay əl-Əkri əl- Hənbəli, Şəzərat əz-zəhəb fi əxbar min zəhəb, c.3, s.322; Dar İbn Kəsir, Dəməşq, 1406/1986; təhqiq: Əbdul-Qadir əl-Arnaut və Mahmud əl-Arnaut

əl-Əkri əl-Hənbəli Əbu Bəkr əl-Bəkrinin tərcümeyi-halı haqqında belə yazır:

البكري أبو بكر المقرئ الواعظ من دعاة الأشعرية وفد على نظام الملك بخراسان فنفق عليه وكتب له سجلا أن يجلس بجوامع بغداد فقدم وجلس ووعظ ونال من الحنابلة سبا وتكفيرا ونالوا منه.

əl-Bəkri Əşəri məzhəbinin təbliğçilərindən idi. O, Nəzzam əl-Məlikin görüşünə gedərək ondan çoxlu pul (mal-dövlət) əldə etdi. Bağdad universitetində çıxış etmək üçün ona məktub yazdı. Orda çıxış edərkən hənbəlilər tərəfindən söyülərək təkfir olundu.

Əbdul-Hay əl-Əkri əl- Hənbəli, Şəzərat əz-zəhəb fi əxbar min zəhəb, c.3, s.353; Dar İbn Kəsir, Dəməşq, 1406/1986; təhqiq: Əbdul-Qadir əl-Arnaut və Mahmud əl-Arnaut

ən-Nüveyri İzzuddin Səlmi əş-Şafeinin (vəfatı 660 h) tərcümeyi-halında yazır:

فأنه [مظفر الدين موسى ابن الملك العادل] كان قد عزر جماعة من أعيان الحنابلة المبتدعة تعزيرا بليغا رادعا وبدع بهم وأهانهم.

Müzəffəruddin Musa b. əl-Məlik əl-Adil hənbəlilərin böyüklərindən bir qrupuna şallaq vurdu və onları təhqir etdi.

ən-Nüveyri, Nihayə əl-ərəb fi fünun əl-ədəb, c.30, s.41; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1424/2004; təhqiq: Müfid Qəmhiyyə və digərləri

Məzhəbi dəyişmək qadağandır

Məhəmməd b. İsmayıl əs-Sənani Molla Əli əl-Qaridən nəql edərək yazır:

اشتهر بين الحنفية أن الحنفي إذا انتقل إلى مذهب الشافعي يعزر وإذا كان بالعكس فإنه يخلع عليه.

Hənəfilər arasında məşhur olan bu idi ki, əgər bir hənəfi şafei məzhəbinə keçərdisə ona şallaq vurulardı, lakin bunun əksi olsaydı, yəni bir şafei hənəfi məzhəbinə keçsəydi mükafatlandırılardı.

əs-Sənani, İrşad ən-nuqqad ila təysir əl-ictihad, c.1, s.147; Dar əs-Sələfiyyə, Küveyt, 1405/1985; təhqiq: Səlahuddin Məqbul Əhməd

Hənbəlilər şafeiləri söyüb lənətləyirdilər

İbn Əsakir əş-Şafei yazır:

إن جماعة من الحشوية والأوباش الرعاع المتوسمين بالحنبلية أظهروا ببغداد من البدع الفضيعة والمخازي الشنيعة ما لم يتسمح به ملحد فضلاً عن موحد... وتناهوا في قذف الأئمة الماضين وثلب أهل الحق وعصابة الدين، ولعنهم في الجوامع والمشاهد، والمحافل والمساجد، والأسواق والطرقات، والخلوة والجماعات، ثم غرهم الطمع والإهمال ومدهم في طغيانهم الغي والضلال، إلى الطعن فيمن يعتضد به أئمة الهدى وهو للشريعة العروة الوثقى، وجعلوا أفعاله الدينية معاصي دنية، وترقوا من ذلك إلى القدح في الشافعي رحمة الله عليه وأصحابه.

Bir qrup hənbəli elə bidətlər və nalayiq əməllər meydana gətirdilər ki, heç bir dinsiz onları etməz, qaldı ki, Allahpərəst insan olsun. Onlar din rəhbərlərinə camaatın içində, məclislərdə, məscidlərdə, küçə və bazarlarda açıq-aşkar töhmət, lənət və nifrin edirdilər. Onların bu azğınlığı o yerə çatdı ki, din böyüklərinin layiqli əməllərini günah və itaətsizlik kimi qələmə verirdilər, belə təhqirləri hətta əş-Şafei (Allah rəhmət eləsin) və səhabələrinə də aid edirdilər.

İbn Əsakir, Təbyin kəzib əl-muftəri, s.310; Dar əl-Kutub əl-Ərəbi, Beyrut

Hənbəlilərdən cizyə (müsəlmanların pənahında olan və islamı qəbul etməyən başqa dinlərin mənsublarından alınan dini vergi) alınması

əz-Zəhəbi Əbu Hamid ət-Tusinin tərcümeyi-halında yazır:

وأبو حامد البروى الطوسى الفقيه الشافعي محمد بن محمد تلميذ تلميذ محمد بن يحيى وصاحب التعليقة المشهورة في الخلاف كان إليه المنتهى في معرفة الكلام والنظر والبلاغة والجدل بارعا في معرفة مذهب الأشعري قدم بغداد وشغب على الحنابلة أهدوا له مع امرأة صحن حلو مسمومة وقيل إن البروى قال لو كان لي أمر لوضعت على الحنابلة الجزية.

Əbu Hamid ət-Tusi şafei fəqihlərlərindən olub və Məhəmməd b. Yəhyanın şagirdinin şagirdi olub. Ixtilaflı məsələlərdə məşhur şərhlərə sahibdir. Kəlam, münazirə və bəlağət elmində son həddə yetişmişdir. Əşəri məzhəbinə də çox bələd idi. Bir gün o, Bağdada gəlib hənbəlilərin əleyhinə fitnə düzəltdi. Hənbəlilər ona bir qadınla zəhərli halva göndərdilər. Onun belə dediyi nəql olunur: «Əgər qüdrətim olsaydı, hənbəlilərə cizyə müəyyən edərdim.»

əz-Zəhəbi, əl-İbər fi xəbər mən ğəbər, c.4, s.200; Mətbəə Hukumət əl-Kuveyt, Küveyt, 1404/1984; təhqiq: Səlahuddin Müncid

Əbdul-Hay əl-Əkri əl- Hənbəli, Şəzərat əz-zəhəb fi əxbar min zəhəb, c.4, s.224; Dar İbn Kəsir, Dəməşq, 1406/1986; təhqiq: Əbdul-Qadir əl-Arnaut və Mahmud əl-Arnaut

Şafeilərdən cizyə alınması

Əbul-Fida əs-Sudani «Tac ət-təracim» kitabında yazır:

محمد بن موسى بن عبد الله البلاشاغوني التركي تفقه ببغداد وقدم دمشق وولى بها القضاء ومات في جمادى الآخرة سنة ست وخمسمائة وكان يقول لو كان لي أمر لأخذت الجزية من الشافعية.

Məhəmməd b. Musa b. Əbdullah Bilaşağuni Turki (vəfatı 506 h) Bağdadda fiqh elminə yiyələnmiş, sonra Dəməşqə getmiş və orada qazilik vəzifəsini öhdəsinə almışdır. O, belə deyirdi: Əgər mənim qüdrətim olsaydı şafeilərdən cizyə alardım.

Əbul-Fida əs-Sudani, Tac ət-təracim fi təbəqat əl-hənəfiyyə, c.1, s.350; Dar əl-Qələm, Dəməşq, 1413/1992; təhqiq: Məhəmməd Xəyr Ramazan Yusuf

Bu mətləbi əz-Zəhəbi «Mizan əl-itidal»da, Əbu Muhəmməd əl-Qərəşi «Cəvahir əl-muziyyə»də və Məhəmməd b. İsmayıl əs-Sənani «Təbəqat əl-hənəfiyyə»də nəql etmişlər.

əz-Zəhəbi, Mizan əl-itidal fi nəqd ər-rical, c.6, s.350; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1415/1995; təhqiq: Şeyx Əli Məhəmməd Muəvvəz və Şeyx Adil Əhməd Əbdul-Mövcud

Əbu Muhəmməd əl-Qərəşi, əl-Cəvahir əl-muziyyə fi təbəqat əl-hənəfiyyə, c.2, s.136; Mir Məhəmməd kitabxanası, Kəraçi

əs-Sənani, İrşad ən-nuqqad ila təysir əl-ictihad, c.1, s.23; Dar əs-Sələfiyyə, Küveyt, 1405/1985; təhqiq: Səlahuddin Məqbul Əhməd

Şafei məscidlərinin hənəfi məscidlərindən ayrılması

Məhəmməd b. İsmayıl əs-Sənani «İrşad ən-nuqqad» kitabında yazır:

لقد وصل الخلاف إلى أن منع بعض الفقهاء الأحناف تزوج الحنفي من المرأة الشافعية ثم صدرت فتوى من فقيه آخر ملقب بمفتي الثقلين فأجاز تزوج الحنفي بالشافعية وعلل ذلك بقوله تنزيلا لها منزلة أهل الكتاب وقال العلامة رشيد رضا وقد بلغ من إيذاء بعض المتعصبين لبعض في طرابلس الشام في آخر القرن الماضي أن ذهب بعض شيوخ الشافعية إلى المفتي وهو رئيس العلماء وقال له اقسم المساجد بيننا وبين الحنفية فإنا فلانا من فقهائهم يعدنا كأهل الذمة بما أذاع في هذه الأيام من خلافهم في تزوج الرجل الحنفي بالمرأة الشافعية وقول بعضهم لا يصح لأنها تشك في إيمانها يعني أن الشافعية وغيرهم يجوزون أن يقول المسلم أنا مؤمن إن شاء الله وقول آخرين بل يصح نكاحها قياسا على الذمية.

Şafeilərlərlə hənəfilər arasında olan ixtilaf o qədər böyüdü ki, hənəfi fəqihləri şafeilərlə izdivac etməyi haram etdilər. Digər fəqihlər isə onlarla izdivacı əhli-kitab ünvanı ilə caiz bildilər (yəni onları əhli-kitab kimi qələmə verdilər). Rəşid Rza yazır: «Əzab-əziyyətlər o həddə gəlib çıxdı ki, şafei böyükləri öz müftilərinin yanına gedib ondan istədilər ki, şafeilərlə hənəfilərin məscidləri ayrılsın. Çünki onların fəqihləri  zimmə əhli (müsəlmanların pənahında cizyə ödəyərək yaşayan kafirlər) kimi rəftar edirdilər, hənəfilərlə şafeilərin evlənməsinin caiz bilmirdilər... »

əs-Sənani, İrşad ən-nuqqad ila təysir əl-ictihad, c.1, s.20; Dar əs-Sələfiyyə, Küveyt, 1405/1985; təhqiq: Səlahuddin Məqbul Əhməd

Hənbəlilər «Zirar» məscidi tikdilər

Əbu Əli ət-Tənuxi əl-Bəsri yazır:

أخبرني جماعة من البغداديين: إن الحنابلة بنوا مسجداً ضراراً، وجعلوه سبباً للفتن والبلاء. فتظلم منه إلى علي بن عيسى، فوقع في ظهر القصة. أحق بناء بهدم، وتعفية رسم، بناء أسس على غير تقوى من الله، فليلحق بقواعده، إن شاء الله تعالى.

Bağdadlılardan bir qrupu belə nəql edir: «Hənbəlilər bir məscid tikdilər və bu məscid şafeilər tərəfindən «Zirar» məscidi adlandı. Çünki bu məscid ixtilafın və şafeilərə hücum etməyin mərkəzi idi. Müxaliflər bu məsciddən Əli b. İsaya şikayət etdilər. O, vərəqin arxasına yazdı: «Sökülüb aradan getməyə ən layiqli bina budur. Çünki onun əsası qeyri-təqvanın üzərində qurulmuşdur (Quranda məscidlərin təqva üzərində qurulmasına təkid olunmuşdur – Müt). Elə ona görə də yerlə yeksan olunmalıdır.»

Əbu Əli ət-Tənuxi əl-Bəsri, Nişvar əl-muhazərə və əxbar əl-muzakərə, c.1, s.330; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1424/2004; təhqiq: Mustafa Hüseyn Əbdül-Hadi

Belə bir məscidi Mədinədə yəhudilər də tikmişdilər ki, müsəlmanlar arasında ayrılıq salsınlar. Peyğəmbər (s) də bu məscidi sökdürdü. Ona görə də ona «Zirar» məscidi, yəni müsəlmanların birliyinə zərər vuran məscid deyilir.

İmam Həsən əl-Əskərinin (ə) mirasının bölünməsi İmam Mehdinin (ə) doğulmamasına dəlil deyildir.

Amma doktor əl-Qəffari və İhsan İlahi Zahirin «İmam Həsən əl-Əskərinin (ə) mirası vəfatından sonra anası və qardaşı arasında bölündü və bunun özü İmam Həsən əl-Əskərinin (ə) övladının olmamasına dəlalət edir» ifadəsinə gəlincə cavabında deyirik:

Bu məsələ İmam Həsən əl-Əskərinin (ə) övladının olmamasını sabit etmir. Çünki şiələr bu mətləbi nəql edərkən deməyiblər ki, İmam Həsən əl-Əskərinin (ə) övladı olmadığı üçün onun mirası anası və qardaşı arasında bölündü. Şiələr belə deyir: «İmamın (ə) Cəfər əl-Kəzzab adı ilə məşhur olan bir qardaşı var idi. O, Abbasi xəlifələrinin köməkliyindən istifadə edərək yalandan imamət iddiası edib, fırıldaqçılıq və hiylə ilə İmamın (ə) mirasını ələ keçirmişdi.»

Şeyx Səduq (r.ə) «Kəmaluddin» kitabında yazır:

حَدَّثَنَا عَلِيُّ بْنُ عَبْدِ اللَّهِ الْوَرَّاقُ قَالَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ هَارُونَ الصُّوفِيُّ عَنْ عَبْدِ اللَّهِ بْنِ مُوسَى عَنْ عَبْدِ الْعَظِيمِ بْنِ عَبْدِ اللَّهِ الْحَسَنِيِّ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ حَدَّثَنِي صَفْوَانُ بْنُ يَحْيَى عَنْ إِبْرَاهِيمَ بْنِ أَبِي زِيَادٍ عَنْ أَبِي حَمْزَةَ الثُّمَالِيِّ عَنْ أَبِي خَالِدٍ الْكَابُلِيِّ قَالَ:... قَالَ: حَدَّثَنِي أَبِي عَنْ أَبِيهِ عليه السلام أَنَّ رَسُولَ اللَّهِ ص قَالَ إِذَا وُلِدَ ابْنِي جَعْفَرُ بْنُ مُحَمَّدِ بْنِ عَلِيِّ بْنِ الْحُسَيْنِ بْنِ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ عليه السلام فَسَمُّوهُ الصَّادِقَ فَإِنَّ لِلْخَامِسِ مِنْ وُلْدِهِ وَلَداً اسْمُهُ جَعْفَرٌ يَدَّعِي الْإِمَامَةَ اجْتِرَاءً عَلَى اللَّهِ وَكَذِباً عَلَيْهِ فَهُوَ عِنْدَ اللَّهِ جَعْفَرٌ الْكَذَّابُ الْمُفْتَرِي عَلَى اللَّهِ عَزَّ وَجَلَّ وَالْمُدَّعِي لِمَا لَيْسَ لَهُ بِأَهْلٍ الْمُخَالِفُ عَلَى أَبِيهِ وَالْحَاسِدُ لِأَخِيهِ ذَلِكَ الَّذِي يَرُومُ كَشْفَ سَتْرِ اللَّهِ عِنْدَ غَيْبَةِ وَلِيِّ اللَّهِ عَزَّ وَجَلَّ ثُمَ‏ بَكَى عَلِيُّ بْنُ الْحُسَيْنِ عليه السلام بُكَاءً شَدِيداً ثُمَّ قَالَ كَأَنِّي بِجَعْفَرٍ الْكَذَّابِ وَقَدْ حَمَلَ طَاغِيَةَ زَمَانِهِ عَلَى تَفْتِيشِ أَمْرِ وَلِيِّ اللَّهِ وَالْمُغَيَّبِ فِي حِفْظِ اللَّهِ وَالتَّوْكِيلِ بِحَرَمِ أَبِيهِ جَهْلًا مِنْهُ بِوِلَادَتِهِ وَحِرْصاً مِنْهُ عَلَى قَتْلِهِ إِنْ ظَفِرَ بِهِ وَطَمَعاً فِي مِيرَاثِهِ حَتَّى يَأْخُذَهُ بِغَيْرِ حَقِّهِ....

(Rəvayətin sənədi) ... Əbu Xalid əl-Kabuli İmam Zeynul-Abidinin (ə) belə buyurduğunu nəql edir: Atam atasından Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: Övladım Cəfər ibn Məhəmməd ibn Əli ibn Hüseyn ibn Əli ibn Əbu Talib (ə) dünyaya gələrkən onu «Sadiq» adlandırın! Çünki onun beşinci övladı olan Cəfər Allaha qarşı cürət edib yalan deyərək imamət iddiası edəcək. O, Allah yanında Cəfər əl-Kəzzab (yalançı) və Allaha iftira atan şəxsdir. O, ləyaqəti çatmadığı bir məqamı iddia edəcək. Atasına qarşı müxalif və qardaşına qarşı həsəd aparacaq. O, Allahın vəlisinin qeybəti dövründə ilahi sirrini açmaq istəyəcək. Sonra Əli ibn Hüseyn (ə) möhkəm ağlayaraq buyurdu: Sanki mən onu zəmanəsinin zalım şəxsini Allahın vəlisinin işini və Allahın hifzində olan qeybətini və atasının hərəminin vəkilini təftiş etməyə vadar edən görürəm. O, bunu  İmam Mehdinin (ə.f) viladətinə cahil olduğu üçün, Onun qətlinə həris olduğu üçün və qələbə qazandığı surətdə onun malına haqqı olmadığı halda tamah saldığı üçün edəcək.

Şeyx Səduq, Kəmaluddin və təmam ən-nemə, s.319-320; Muəssisətun Nəşr əl-İslami, Qum, 1405/1985; təhqiq: Əli Əkbər əl-Ğəffari

Bu rəvayətin Rəsulullahın (s) dilindən aydın şəkildə nəql olunması Cəfər əl-Kəzzabın İmam Həsən əl-Əskərinin (ə) irsinə tamah salmasına, Allahın vəlisinin qeybəti dövründə öz zəmanəsinin zalımı üçün Allahın sirrini açmaq niyyəti olmasına, xəlifənin məmurlarını İmamın (ə) evinə apararaq onun övladını tapmaq ümidi ilə öldürmək və malına sahib olmaq məqsədi olmasına açıq-aydın dəlildir. Buna görə də İmam Həsən əl-Əskərinin (ə) irsinin bölünməsi onun övladının olmamasına dəlalət etmir.

Şeyx əl-Mufid (r.ə) bu barədə yazır:

وَخَلَّفَ ابْنَهُ الْمُنْتَظَرَ لِدَوْلَةِ الْحَقِّ وَكَانَ قَدْ أَخْفَى مَوْلِدَهُ وَسَتَرَ أَمْرَهُ لِصُعُوبَةِ الْوَقْتِ وَشِدَّةِ طَلَبِ سُلْطَانِ الزَّمَانِ لَهُ وَاجْتِهَادِهِ فِي الْبَحْثِ عَنْ أَمْرِهِ وَلِمَا شَاعَ مِنْ مَذْهَبِ الشِّيعَةِ الْإِمَامِيَّةِ فِيهِ وَعُرِفَ مِنِ انْتِظَارِهِمْ لَهُ فَلَمْ يُظْهِرْ وَلَدَهُ عليه السلام فِي حَيَاتِهِ وَلَا عَرَفَهُ الْجُمْهُورُ بَعْدَ وَفَاتِهِ. وَتَوَلَّى جَعْفَرُ بْنُ عَلِيٍّ أَخُو أَبِي مُحَمَّدٍ عليه السلام أَخْذَ تَرِكَتِهِ وَسَعَى فِي حَبْسِ جَوَارِي أَبِي مُحَمَّدٍ عليه السلام وَاعْتِقَالِ حَلَائِلِهِ وَشَنَّعَ عَلَى أَصْحَابِهِ بِانْتِظَارِهِمْ وَلَدَهُ وَقَطْعِهِمْ بِوُجُودِهِ وَالْقَوْلِ بِإِمَامَتِهِ وَأَغْرَى بِالْقَوْمِ حَتَّى أَخَافَهُمْ وَشَرَّدَهُمْ وَجَرَى عَلَى مُخَلَّفِي أَبِي مُحَمَّدٍ عليه السلام بِسَبَبِ ذَلِكَ كُلُّ عَظِيمَةٍ مِنِ اعْتِقَالٍ وَحَبْسٍ وَتَهْدِيدٍ وَتَصْغِيرٍ وَاسْتِخْفَافٍ وَذُلٍّ وَلَمْ يَظْفَرِ السُّلْطَانُ مِنْهُمْ بِطَائِلٍ.

وَحَازَ جَعْفَرٌ ظَاهِرَ تَرِكَةِ أَبِي مُحَمَّدٍ عليه السلام وَاجْتَهَدَ فِي الْقِيَامِ عِنْدَ الشِّيعَةِ مَقَامَهُ فَلَمْ يَقْبَلْ أَحَدٌ مِنْهُمْ ذَلِكَ وَلَا اعْتَقَدَهُ فِيهِ فَصَارَ إِلَى‏سُلْطَانِ الْوَقْتِ يَلْتَمِسُ مَرْتَبَةَ أَخِيهِ وَبَذَلَ مَالًا جَلِيلًا وَتَقَرَّبَ بِكُلِّ مَا ظَنَّ أَنَّهُ يَتَقَرَّبُ بِهِ فَلَمْ يَنْتَفِعْ بِشَيْ‏ءٍ مِنْ ذَلِكَ.

İmam Həsən əl-Əskəri (ə) özündən sonra öz övladını canişin qoydu. O, hələ də diridir və İlahi dövlətin qurulmasının intizarındadır. (İlahi Onun fərəcini tezləşdir və bizi də Onun köməkçilərindən qərar ver!) İmam Həsən əl-Əskəri (ə) övladının səadətli mövludunu gizlədirdi və heç kəsi onun zühurundan xəbərdar olmasını qoymurdu. Çünki vəziyyət çox çətin idi. Belə ki, xəlifə ciddi cəhdlə onu axtarır və hər hansı vasitə ilə olur olsun onu tapmağa çalışırdı. Həmin vaxtlarda şiələrin Əbu Məhəmmədin (ə) (İmam Həsən əl-Əskərinin (ə)) oğlunun  intizarında olması geniş yayıldı. Buna görə də İmam Həsən əl-Əskəri (ə) öz övladını camaatın gözü qarşısına gətirmirdi və o, dünyadan gedəndən sonra yaxınlarından başqa heç kəsin İmam Mehdi (ə.f) haqqında məlumatı yox idi.

İmam Həsən əl-Əskəri (ə) dünyadan gedəndən sonra onun zahirdə varisi olmadığına nəzər saldıqda, qardaşı Cəfər ibn Əli (əl-Kəzzab) onun tərəkəsini (qoyub getdiyi malı, irsi) zəbt etdiyini, Həzrətin (ə) kənizlərini həbs, zövcələrini də əsir etdiyini görürük. O, İmam Həsən Əskərinin (ə) belə bir övladının olmasına inananlara, onun zühurunun intizarında olanlara və onun zəmanəsinin imamı olmasına etiqad edənlərə qarşı nalayiq sözlər deyirdi. Onları azdırmağa çalışır və qorxudaraq aralarında pərakəndəlik salmaq istəyirdi. O Həzrətin (ə) qohumları həbs, əsirlik, təhdid, həqarət ə zillət səbəbinə çox zərər gördülər. Amma bununla belə, xəlifə öz məqsədinə çata bilmədi və İmamın (ə) o əziz övladına toxuna bilmədilər.

Cəfər əl-Kəzzab İmamın (ə) irsini ələ keçirərək çalışırdı ki,  şiələrin qarşısında İmamın (ə) mövqeyini ələ keçirsin. Lakin heç kəs onun iddiasına diqqət etmir və onun imamətini qəbul etmirdi. Sonda xəlifənin yanına gedib ondan istədi ki, onu qardaşının yerinə təyin etsin. Bu məqama yetişmək üçün xeyli pul xərclədi və bu hədəfə yetişmək üçün bütün mümkün vasitələrdən istifadə etdi.  Lakin nəticəsi olmadı və heç bir şey əldə edə bilmədi.

Şeyx əl-Müfid, əl-İrşad fi mərifəti hucəcillah ala əl-ibad, c.2, s.336; Dar əl-Mufid, Beyrut, 1414/1993; təhqiq: Alul-beyt müəssisəsi

Cəfər əl-Kəzzab barəsində şiələrin nəzəri

Cəfər əl-Kəzzab və bu hadisə haqqında şiələrin nəzərini üç hissədə xülasələşdirmək olar:

1. O, layiq olmadığı halda imamət iddiası etmişdir. Buna görə də o, öz dövrünün sultanının ətəyindən yapışdı ki, bu məqamın müqəddimələrini onun üçün hazırlasın. Lakin bütün bu səylər səmərəsiz qaldı və heç bir fayda vermədi.

Maraqlısı budur ki, Cəfər əl-Kəzzab Ubeydullah ibn Yəhya ibn Xaqanın vəzirinin yanına gedib xəlifənin imaməti ona təqdim etməsini istəyərkən o, cavabında dedi:

يَا أَحْمَقُ السُّلْطَانُ جَرَّدَ سَيْفَهُ فِي الَّذِينَ زَعَمُوا أَنَّ أَبَاكَ وَأَخَاكَ أَئِمَّةٌ لِيَرُدَّهُمْ عَنْ ذَلِكَ فَلَمْ يَتَهَيَّأْ لَهُ ذَلِكَ فَإِنْ كُنْتَ عِنْدَ شِيعَةِ أَبِيكَ أَوْ أَخِيكَ إِمَاماً فَلَا حَاجَةَ بِكَ إِلَى السُّلْطَانِ أَنْ يُرَتِّبَكَ مَرَاتِبَهُمَا وَلَا غَيْرِ السُّلْطَانِ وَإِنْ لَمْ تَكُنْ عِنْدَهُمْ بِهَذِهِ الْمَنْزِلَةِ لَمْ تَنَلْهَا بِنَا.

Ey axmaq! Sultan öz qılıncını çəkdi ki, camaatı atanın və qardaşının imamətinə etiqad etməkdən saxlasın, amma bacarmadı. İndi sən gəlmisən ki, sultan öz əmrilə imaməti sənə təhvil versin? Əgər sən atan və qardaşının şiələrinin nəzərində imam olsaydın, onda sənin sultan, və ya qeyri-sultanın hökmünə ehtiyacın olmazdı. Əgər imam deyilsənsə, bizim əmrimiz və dəstəyimizlə imamət məqamının sahibi ola bilməzsən.

Əbu Cəfər əl-Kuleyni, Usul min əl-Kafi, c.1, s. 505, İslamiyyə nəşriyyatı, Tehran, 1362 h.ş

2. Cəfər qardaşından miras qalan mirasa sahib olmaq üçün çox çalışdı, lakin nail ola bilmədi. Sonralar xəlifənin köməkliyi ilə o mal-dövləti də ələ keçirdi. İbn Şəhr Aşub «Mənaqib»də yazır:

وَتَوَلَّى أَخُوهُ أَخْذَ تَرِكَتِهِ وَسَعَى إِلَى السُّلْطَانِ فِي حَبْسِ جَوَارِي أَبِي مُحَمَّدٍ عليه السلام وَشَنَّعَ عَلَى الشِّيعَةِ فِي انْتِظَارِهِمْ وَلَدَهُ وَجَرَى عَلَى مُخَلَّفِ كُلُّ بَلَاءٍ وَاجْتَهَدَ جَعْفَرٌ فِي المَقامِ مَقَامَهُ فَلَمْ يَقْبَلْهُ أَحَدٌ بَرَأوْ مِنه وَلَقَّبُوهُ الْكَذَّاب‏.

Cəfər İmam Həsən Əskərinin (ə) mirasını zəbt etdi. O, xəlifəni vasitəçi tutaraq İmamın (ə) kənizlərini həbs etdi, İmamın (ə.f) intizarında olan və Onun (ə.f) vücuduna əqidə bağlayan şiələrə çox zərər yetirdi. Cəfər çox çalışdı ki, İmamın (ə) canişini olsun, lakin şiələr onun sözünü qəbul etməyib ondan bizar olduqlarını elan etdilər və ona «yalançı» ləqəbi verdilər.

İbn Şəhr Aşub, Mənaqib Ali Əbi Talib, c.3, s.524; əl-Məktəbə və əl-Mətbəə əl-Heydəriyyə, 1376 h; təhqiq: Nəcəf ustadlarının müəssisəsi

3. Cəfər əl-Kəzzab İmam Həsən əl-Əskərinin (ə) evinin sirlərini faş etdi. O, hakimin yanına gedib onu Həzrət Mehdinin (ə) mübarək viladətindən xəbərdar etdi. Bunun özü nalayiq bir hərəkət idi. Elə buna görə də təzə dünyaya gələn uşağı tapmaq üçün İmamın (ə) ailəsinə təzyiqlər artdı. Sultan İmam əl-Əskərinin (ə) övladını tapmaq üçün çox çalışdı. Amma Allahın iradəsi bu idi ki, sonuncu höccət düşmənlərin əlindən amanda qalsın.

Cəfər şiələrin yanında «kəzzab» ləqəbilə məşhurlaşdı. Belə olan halda, Cəfərin İmam Həsən əl-Əskərinin (ə) irsinə sahib çıxması İmam Mehdinin (ə) dünyaya gəlməməsinə necə dəlalət edə bilər?

Həzrət Vəliyyi Əsr (ə.f) müəssisəsinin şübhələrə cavab təhqiqat qrupu

Tərcümə etdi: Fərhad Mirzə

Redaktə: 313news.net

Yerləşdirilib: 19 Yanvar, 2013  13:58 Baxılıb: 2376 Çap

Bizi izləyin!
Məqalələr