dini dwkan
RUS   |    AZE

Sual: Həzrət İmam Mehdi (ə.f) ilə Zülqərneynin nə oxşarlıqları var?

Cavab: Əvvəlcə gərək Zülqərneynin bəzi xüsusiyyətlərindən danışaq ki, İmam Zamanın (ə.f) onunla olan oxşarlıqları məlum olsun.

1. O, bütün yer üzünə hakimlik etmişdi:

إِنَّا مَكَّنَّا لَهُ فِي الْأَرْضِ وَآَتَيْنَاهُ مِنْ كُلِّ شَيْءٍ سَبَبًا
Həqiqətən Biz ona yer üzündə qüdrət verdik və onun ixtiyarında (istədiyi) hər bir şeydən (elm, qüdrət və imkanat kimi) səbəb və vasitələr qoyduq.
Kəhf surəsi, 18:84

Hədislərə əsasən Hz. Mehdi (ə.f) də bütün yer üzünün hakimi olacaq:

فروي أن جميع ملوك الدنيا كلها أربعة : مؤمنان وكافران ، فالمؤمنان سليمان بن داود وإسكندر (ذي القرنين) ، والكافران نمروذ وبختنصر ، وسيملكها من هذه الأمة خامس لقوله تعالى : " ليظهره على الدين كله "  [ التوبة : 33 ] وهو المهدي
Rəvayət olunmuşdur ki, bütün dünyanın padşahı dörd nəfər olmuşdur: Onlardan  ikisi mömin, ikisi isə kafir olmuşlar. O iki imanlı şəxs Süleyman ibn Davud və İskəndər (Zülqərneyn) olmuşdur. O iki kafir isə Nəmrud və Buxtunnəsr olmuşlar. Bu ümmətdən beşinci şəxs də hakimlik edəcək. Çünki Allah Təala buyurur: “…Bütün dinlərdən üstün din etmək üçün…” (Tövbə surəsi, 9:33) O Mehdidir.
əl-Qurtubi, əl-Cami li-Əhkam əl-Quran, c.11 s.47

Əhli-sünnə alimlərindən olan əs-Səxavi də öz kitabında Kəb əl-Əhbardan nəql edir ki, o belə deyib:

إني لأجد المهدي مكتوبا في أسفار الأنبياء ما في حكمه ظلم ولا عيب . يملك الدنيا كما ملك ذو القرنين ، وسليمان بن داود عليهما السلام
Mən keçmiş peyğəmbərlərin kitablarında Mehdini görmüşəm. Onun hökümətində heç cür zülm və eyb yoxdur. Zülqərneyn və Süleyman ibn Davud (ə.s) necə dünyanın maliki olmuşlarsa, O da  dünyanın maliki olacaq.
القناعة فيما يحسن الإحاطة به من أشراط الساعة ص 56 چاپ مكتبة القرآن قاهرة

2. Ona qeybi səbəblər əta olunmuşdur.
Əvvəlki ayədə (Kəhf, 18:84) işarə olunanlar bu mətləbə də dəlalət edir. Belə ki, İmam Zaman (ə.f) haqqında da qeybi səbəblər o Ağaya kömək edəcəkdir.

3. O, bütün yer üzünü gəzib.

عن أمير المؤمنين علي بن أبي طالب ( عليه السلام ) في قصة المهدي قال : ويتوجه إلى الآفاق فلا تبقى مدينة وطأها ذو القرنين إلا دخلها وأصلحها
Əmiril-muminin Əli (ə.s)-dan  Həzrət Mehdinin macərası haqqında nəql olunub ki, o Həzrət (ə.s) buyurmuşdur: O, (Həzrət Mehdi (ə.f)) hər yerə üz tutacaq, Zülqərneynin girdiyi elə bir şəhər olmayacaq ki, Mehdi (ə.f) ora girməmiş olsun və oranı islah etməmiş olsun.
Şeyx Əli əl-Yəzdi əl-Hairi, İlzam ən-Nasib c.2, s.261

4. Onun da uzun bir qeyb dövrü olub və sonradan aşkara çıxmışdır.

يا أحمد بن إسحاق مثله في هذه الأمة مثل الخضر عليه السلام ، ومثله مثل ذي القرنين ، والله ليغيبن غيبة لا ينجو فيها من الهلكة إلا من ثبته الله عز وجل على القول بإمامته ووفقه [ فيها ] للدعاء بتعجيل فرجه
Ey Əhməd ibn İshaq Onun (Mehdinin) bu ümmətdə macərası Xızr (ə.s) və Zülqərneynin (ə.s) macərası kimidir. And olsun Allaha Onun elə bir qeybət dövrü olacaqdır ki, Onun imamətində Allahın sabitqədəm etdiyi şəxslər və fərəcinin tezləşməsi üçün dua edən şəxslərdən başqa hamı həlakətə uğrayacaqdır.
Şeyx Əli əl-Kurani, Mucəm əhadis əl-İmam əl-Məhdi, c.4, s.267

5. O, uzun ömürlü idi.

.عن عبد الله بن زياد بن سمعان قال بلغني عن بعض مؤمني أهل الكتاب أن ذا القرنين عاش ثلاثة آلاف سنة
Əhli-kitabın bəzi möminlərindən bizə xəbər yetişib ki, Zülqərneyn üç min il yaşamışdır.
İbn Əsakir, Tarix Mədinəti Dəməşq c.17, s.361

.وفي التوراة أن ذا القرنين عاش ثلاثة آلاف سنة والمسلمون يقولون ألفا وخمسمائة

Tövratda Zülqərneynin üç min il yaşadığı qeyd olunmuşdur, lakin müsəlmanlar onun iki min beş yüz il yaşadığını deyirlər.
Sibt b. əl-Cəuzi, Təzkirət əl-Xəvass, s.364; Şeyx Hüseyn əl-Kuraninin "Qeybət əsrinin ədəbləri" kitabından nəqlən, s.25

Bütün bu qeyd olunan yerlərdə Həzrət İmam Mehdinin (ə.f) Zülqərneynə oxşarlığı mövcuddur.

Həzrət Vəliyyi-Əsr (ə.f) müəssisəsinin şübhələrə cavab təhqiqat qrupu

Tərcümə etdi: Fərhad Muradov
Yerləşdirilib: 21 İyul, 2012  00:23 Baxılıb: 2425 Çap

Bizi izləyin!
Məqalələr