Əbu Hüreyrə haqqında sünni alimləriİbni
Əbdi Rəbbih Maliki yazır: Xəlifə Ömər hicrətin 21-ci ilində Əbu
Hüreyrəni Bəhreynə vali təyin etmiş, 23-cü ilində isə onu vəzifəsindən
azad edərək yerinə Osman ibni Əbil Ası göndərmişdir. Əbu Hüreyrənin bu
vəzifədən kənaşdırılmasının əsas səbəbi onun vəzifəsindən sui-istifadə
edərək beytul-maldan on min dinar pulu oğurlaması olmuşdur. Ömər xəlifə
olduğu müddət ərzində bu məsələni nəyin bahasına olursa olsun, həll
edib pulları beytul-mala qaytarmaq istəyirdi. Dəlil üçün İbni Əbdi
Rəbbih Malikinin “Əlqdul-Fərid” kitabının birinci cildində Ömər
barəsində ediyi sözlərə diqqət yetirin: “Ömər
Əbu Hüreyrəni yanına çağırıb dedi: Özün yaxşı bilirsən ki, sən Bəhreynə
vali təyin edildikdən sonra bir cüt çarığın belə yox idi. Amma indi
eşidirəm ki, özün üçün min altı yüz dinarlıq bir neçə seçmə at alıbsan.
Əbu Hüreyrə dedi: atlar doğaraq artıblar. O ki, qaldı şəxsi əşyalara,
onlar camaatın mənə verdiyi hədiyyələrdir. Ömər dedi: Mən əvvəlcədən
sənin bütün xərclərini vermişdim, deməli sənin ixtiyarında olan hər bir
şey artıqdır və sən onları (beytul-mala) qaytarmalısan. Əbu Hüreyrə
həyəcanlı halda dedi: Yox, sən bunu etməzsən. Ömər dedi: And olsun
Allaha, bu işi görəcəyəm, hələ üstəlik sənə şallaq da vuracağam. Ömər
dediyi işi də etdi: Əbu Hüreyrənin bədəni bir neçə yerdən yaralanana
qədər ona şallaq zərbəsi vurdu. Sonra yenə malların qaytarılmasını
tələb etdi. Əbu Hüreyrə dedi: Onların Allah yanında olduğunu hesab et.
Ömər dedi: Əgər halal yol ilə alsaydın, dediyin kimi edərdim. Amma
camaat onu sənin qarnın və gözün doymaq üçün yox, Allah yolunda
(imkansız) bəndələri üçün vermişlər! Yoxsa sən üzaq yerdən gəlibsən?
(Yəni hamı səni çox yaxşı tanıyır) Anan Əmimə səni eşşək otarmaqdan
başqa bir iş üçün doğmayıb!” Ibni Əbdi Rəbbih Əbu Hüreyrədən belə nəql edir: “Ömər
məni Bəhreyn valiliyindən uzaqlaşdırdıqdan sonra dedi: Ey Allah və
Quranın düşməni! Allahın malınımı oğurlayıbsan? Mən cavabında dedim:
Mən nə Allahın, nə də Onun kitabının düşməniyəm. Mən yalnız sizin
düşmənlərinizin düşməniyəm. Allahın malını da oğurlamamışam. Ömər
soruşdu: Bəs bu on min dinarı haradan və necə əldə etmisən? Dedim:
Bunlar döğaraq artmış atlar və ardıcıl mənə verilən hədiyyələrdir.
Sonra Ömər onların hamısını məndən aldı. Mən də sübh namazından sonra
dua edərək Allahdan Ömərin bağışlanmasını istədim.“
İbni
Həcər Əsqalani də özünün “Əl-isabə” adlı kitabında Əbu Hüreyrənin
həyatından danışarkən bu hadisəyə işarə etmişdir. O, Əbu Hüreyrənin
tərəfini saxlayaraq alimlər arasında yekdil olan bir həqiqəti inkar
edərək onlarla müxalif bir mövqedə durmuşdur. Amma o yaddan çıxarmışdır
ki, o özünün bu əməli ilə Əbu Hüreyrəni cəzalandıraraq mənimsənilmiş
malları beytul-mala qaytaran xəlifəyə böyük tənə vurmuş və onun
məqamına xələl gətirən şeylər söyləmişdir.
Опубликовано:8 Март, 2009, Просмотров:1096, Печать
|
|
| © 2012 Bütün hüquqlar qorunun www.313news.net Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |
![]() |