Ömərin müvəqqəti nigahın qabağını almasıCabir ibni Əbdullah belə rəvayət edir: “Peyğəmbərin və Əbu Bəkrin həyatının bütün dövrlərində
bir qədər unu və xurmanı mehriyyə qərar verir və müvəqqəti olaraq evlənirdik.
Nəhayət Əmr ibni Hərisin gördüyü işə görə Ömər onu qadağan etdi” (Səhih
Müslüm “Mütə” kitabı; “Nigahi mütə” bölməsi səh 1023, hədis 1405). Əbdür-Rəzzaqın “Müsənnəf” kitabında Ətadan, o da
Cabirdən nəqlən deyir: “Biz Peyğəmbərin, Əbu
Bəkrin və Ömərin dövründə müvəqqəti izdivac edirdik. Nəhayət Ömərin xilafətinin
axırlarında Əmr ibni Haris bir qadınla müvəqqəti olaraq izdivac etdi”. Ravi
deyir: “Cabir onun adını dedi, amma mən unutdum. O qadın hamilə oldu və bu
xəbər Ömərə çatdıqda, onu çağırdı və soruşdu ki, “Bu xəbər düzdürmü?” Dedi:
“Bəli!” Ömər dedi: “Kim buna şahiddir?” O qadın anasının, yaxud qəyyumunun
adını çəkdikdə, Ömər aldadılmanın baş verməsindən qorxaraq dedi: “Nə üçün
onlardan başqası olmamışdır?” (“Müsənnəf” Əbdür-Rəzzaq,
cild 7 səh 496-497; “mutə” babı). Digər bir rəvayətdə deyilir ki, Cabir demişdir: “Əmr ibni Həris Küfədən Mədinəyə gəldikdə, bir kənizlə
müvəqqəti olaraq evləndi. Kəniz hamilə olduğu zaman Ömərin yanına gətirdilər.
Hadisənin nə yerdə olduğunu soruşduqda, cavab verdi ki, Əmr ibni Həris mənimlə
müvəqqəti izdivac etmişdir. Ömər, Əmr ibni Hərisi də çağırdı və o da aşkar şəkildə
iqrar etdi. Ömər dedi: “Nə üçün ondan başqasını seçmədin?” Bu Ömərin müvəqqəti
izdivacı qadağan etdiyi zaman baş vermişdi” (“Müsənnəf” Əbdür-Rəzzaq,
cild 7 səh 500; “mutə” babı). Digər bir rəvayətdə Məhəmməd ibni Əsvəd ibni Xələf
deyir: “Əmr ibni Hovşəb Bəhi Amir
ibni Liva qəbiləsindən olan bir qızla müvəqqəti olaraq evləndi və o qız hamilə
oldu. Bunu Ömərə xəbər verdilər. Ömər ondan izahat verməsini istədi və dedi:
“Əmr ibni Hovşəb məninmlə müvəqqəti olaraq evlənmişdir” Ömər hadisəni Əmrdən
soruşdu və o da təsdiqlədi. Ömər dedi: “Kimi bu işə şahid tutçuşdunuz?” Ravi
deyir: Mənim dəqiq yadımda deyil, deyəsən belə dedi: “Ya anamı, ya bacımı,
yaxud qardaşımı.” Ömər yerindən qalxıb minbərə çıxdı və dedi: “Nə olub ki,
kişilər müvəqqəti izdivac edir, amma ona adil şahid tutmur və onu aşkar
etmirlər?” Ravi deyir: Ömərin bu sözünü onun minbərindəki çıxışına qulaq asan
bir şəxs öz qulağı ilə eşidib nəql etmişdi. O deyir: “Camaat bunu ondan qəbul
etdilər.”” (“Müsənnəf” Əbdür-Rəzzaq, cild 7 səh 500-501; “mutə”
babı). “Kənzül-Ümmal” kitabında
Əbu Xeysəmin qızı Ümmü Əbdullah rəvayət edir ki, Şamdan bir kişi gəlib mənim
mənzilimdə məskən saldı və dedi: “Arvadsızlıq məni çətinliyə salmışdır, mənim
üçün bir arvad tap, onunla müvəqqəti olaraq evlənim”. Onu bir qadına elçi
göndərdim, mehriyyə təyin etdilər və adil şəxs də ona şahid tutuldu. Bundan
sonra Allahın istədiyi vaxta qədər o qadınla yaşadılar. Sonra Mədinədən çıxdı.
Bu xəbər Ömərə çatdıqda məni çağırıb soruşdu: “Bu deyilənlər düzdürmü?” Dedim:
“Bəli.” O dedi: “Əgər o kişi qayıtsa mənə xəbər ver.” O gəldikdə Öməri agah
etdim. Onu çağıtdırıb dedi: “Səni bu işə nə vadar etmişdir?” Dedi: “Mən bu işi
Peyğəmbərin zamanında da yerinə yetirirdim və o həzrət sağ olan vaxta qədər
bizi bu işdən çəkindirməmişdi. Əbu Bəkrin dövründə də bunu davam etdirdik, o da
həyatda olduğu vaxta qədər bizi bu işdən çəkindirmədi. Sizin xilafətiniz
dövründə də onun qadağan olunması bizə çatmamışdır.” Ömər dedi: “Agah olun!
Canım əlində olan Allaha and olsun, əgər bundan qabaq onu nəhy etmiş olsaydım,
səni daşqalaq edərdim. Bir-birinizdən ayrılın ki, nigah və izdivac zinadan
ayrılsın” (“Kənzül-Ümmal” cild 8, səh 294). Əbdür-Rəzzaqın “Müsənnəf” kitabında Ürvədən belə
rəvayət olunur: “Rabiə ibni Üməyyə ibni
Xələf Mədinənin qeyri ərəb qadınlarının biri ilə müvəqqəti evləndi. Biri Xovlə
binti Həkim olmaqla iki qadın ona şahidlik etdilər. Xovlə əməlisaleh bir qadın
idi. Çox keçmədi ki, o qeyri ərəb qadın hamilə oldu. Xovlə hadisəni Ömərə xəbər
verdi. Ömər qalxıb qəzəbindən əbasının bir ücü yürlə sürünən halda
tələm-tələsik minbərə çaxab dedi: “Mənə xəbər vermişlər ki, Rəbiə ibni Üməyyə
Mədinə qadınlarından olan qeyri ərəb qadınla müvəqqəti evlənmiş və o iki qadını
da ona şahid tutmuşlar. Əgər bundan qabaq bunu qadağan etmiş olsaydım, indi
onu daşqalaq edərdim”” (“Müsənnəf” Əbdür-Rəzzaq, cild 7 səh 500;
“Müsnədi Şafei” səh 132; “Əl-isabə” Rəbiə ibni Üməyyənin tərcümeyi-halı, cild 1
səh 514; “Müvəttə Malik” səh 542, hədis 42 “nigahul-mütə” babı; “Sunəni
Beyhəqi” cild 7, səh 206; “Əl-ümm” Şafei cild 7, səh 219; “Təfsiri Suyuti” cild
3 səh 141). Yuxarıdakı rəvayətlərdən belə aydın olur ki,
Peyğımbərin səhabələri deyirdilər ki, “Fəməstəmtətum bihi” – ayəsi müvəqqəti
izdivac bsrəsində nazil olmuş və Peyğəmbəri onu yerinə yetirməyə göstəriş
vermişdir. Onlar da təyin olunmuş mehriyyə ilə - un, ya xurma, yaxud paltarı
mehriyyə qərar verərək – Peyğəmbərin dövründə qadınlarla müvəqqəti
evlənirdilər. Bu hökm Əbu Bəkrin dövründə və Ömərin xilafətinin bir qismində də
davam etmişdir. Nəhayət Ömər Əmr ibni Hərisin gördüyü iş xatirinə onu qadağan
etdi. Təbəri “Sireyi-Ömər” bölməsində İmran ibni Səvadədən
rəvayət edir ki, o, xəlifədən icazə istəyib onun yanına daxil oldu və dedi: “Sənə öyüd-nəsihət etmək üçün gəlmişəm!” Ömər
dedi: “De gəlsin”. O dedi:
“Ümmətin dörd şeydə sənə irad tuturlar... Onlar
deyirlər ki, sən müvəqqəti evlənməni haram etmisən, halbuki, o, Allah
tərəfindən icazə verilən bir iş idi. Biz münasib bir mehriyyə ilə mütə edir, üç
gündən sonra ayrılırdıq.” Ömər dedi: “Peyğəmbəri
Əkrəm onu zərurət halında halal bilirdi. Ondan sonra camaat rifah halına
çatdılar, indi müsəlmanlardan bir kəsi tanımıram ki, ona əməl etsin, yaxud ona
doğru qayıtsın. İndi də hər kəs istəyirsə, münasib bir mehriyyə ilə (daimi)
evlənsin və üç gündən sonra təlaqla ayrılsın. Deməli mənim işim düzdür.” (“Tarixi
Təbəri” cild 2 səh 32 “Ömərin sirəsinin bir hissəsi” bölməsi, 22-ci ilin
hadisələri.) İbni Həzm “Əl-mühəlla” kitabında yazır: “Peyğəmbəri
Əkrəmdən sonra əvvəlki səhabələrdən bir qrupu onun halal olmasına etiqadda
qalmışdı. O cümlədən Əbu Bəkrrin qızı Əsma, Cabir ibni Əbdullah, İbni Məsud,
İbni Abbas, Müaviyyə ibni Əbu Süfyan, Əmr ibni Həris, Əbu Səid Xidri, Üməyyə
ibni Xələfin iki oğlu Sülmə və Məbəd və Cabir ibni Əbdullah onun Peyğəmbərin
dövründə halal olmasını, Əbu Bərin və Ömərin xilafətinin axırlarına qədər
halallığında qalmasını bütün səhabələrdən rəvayət etmişlər. O deyir: “Ömər ibni Xəttab yalnız o halda qadağan və
rədd olunmuş sayırdı ki, iki adil şəxs ona şahidlik etməsin və iki nəfər adilin
şəhadəti ilə onu rəva bilirdi. Tabeinlərdən
Tavus, Əta, Səid ibni Cübeyr və sair Məkkə fəqihləri onun halal olmasına israr
edirdilər”” ( “Əl-mühəlla” İbni Həzm, cild 9 səh 519-520,
məsələ 1854; Nəvəvi “Səhihi Müslüm”ün şərhində İbni Məsudun rəyini nəql
etmişdir, cild 11 səh 186). Qurtubi öz təfsirində belə nəql edir: Müvəqqəti evlənməni yalnız İmran ibni Həsin, bəzi
səhabələr və Əhli-beytdən bir qrupu caiz bilirlər. O deyir: Əbu Ömər demişdir:
“İbni Abbasın səhabələri, məkkəlilər və yəmənlilərin hamısı müvəqqəti izdivacı
İbni Abbasın məzhəbinə əsasən halal hesab etmişlər”
(“Təfsiri Qurtubi” cild 5 səh 133).
Опубликовано:8 Март, 2009, Просмотров:1054, Печать
|
|
| © 2012 Bütün hüquqlar qorunun www.313news.net Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |
![]() |