dini dwkan
RUS   |    AZE

Səhabə

Təravih namazı Ömərin etirafına əsasən məhz onun gətirdiyi bidətdir

 

Kitab: "Səhih" Buxari, c.3, səh., 100, bab 156 "Ramazanı gözəl şəkildə keçirən şəxsin fəziləti", hədis 256.

Əbu Hüreyrə nəql edir ki, Peyğəmbər (s) buyurdu: "Kim Ramazanı iman və onun dəyərini bilməklə keçirərsə, keçmiş günahları bağışlanacaq".
İbn Şəhab deyir ki, Peyğəmbər (s) dünyasını dəyişəndən sonra, Əbu Bəkrin xilafəti və Ömərin xilafətinin ilk illərində Ramazan Peyğəmbər (s) buyuran kimi yaşanırdı.
Əbdurrəhman ibn Qari deyir ki, Ömər ibn Xəttabla birlikdə bir Ramazan gecəsi məscidə getdim. Məsciddə insanlar fərdi şəkildə namazlarını qılırdılar. Ömər dedi ki, mən bunları bir pişnamazın arxasına yığsam (camaat namazı təşkil etsəm müt.), daha  yaxşı olar.
Ayağa qalxıb camaatı Ubeyy ibn Kəəbin arxasına yığdı.
Başqa bir gecədə məscidə getdiyimizdə artıq camaatın bir pişnamazla namaz qıldığını gördük. Bunu görən Ömər dedi: "Bu necə də gözəl bidətdir!".

 

Mövzuya aid oxuyun: Təravih namazı və Abdullar ibn Ömərin rəyi

Yerləşdirilib: 26 Noyabr, 2010  21:15 Baxılıb: 3506 Çap

Bizi izləyin!
Məqalələr