dini dwkan
RUS   |    AZE

Səhabə

Ömər Peyğəmbər (s) şəriətini yazmağa qadağa qoyur, baxmataraq ki, peyğəmbər (s) buna razılıq verib

 

Müəllif: İbn Teymiyyə
Kitab: "İxtilaful-umməti fil-ibadat", səh: 33

"Peyğəmbər (s) sünnəsi toplanıb yazılmamışdı. Bəzi səhabələr, məsələn, Əbdullah ibn Əmr ibn As  hələ Peyğəmbərin (s)  sağlığında bu işi başlamışdılar. Həzrət, yazılacaq sünnə ilə Quran arasında heç bir ziddiyyətin olmayacağından əmin olduqdan sonra  özü Əbdullaha icazə vermişdi.
Amma Əbdullah və başqalarınn yazdıqları müzakirə olunmağa başlandı. Əbdullah bir yazar kimi təqdim olunmadı ki, yazdıqlarını camaata oxusun. Heç Ömər də bu işi davam etdirməyi ona icazə vermədi, beləcə Əbdullahın yazdıqları yayılmamış qaldı".

 

Gördüyümüz kimi İbn Teymiyyə də təsdiq edir ki, bəzi səhabələr peyğəmbərin sünnəsinin yazılmasını istəmirdilər və buna mane olurdular. Yagin bu onlara sərf etmirdi. İkinci xəlifə Ğmərin də bunların arasında olduğu bu yazıdan açıq-aydın görünür. Peyğəmbər onun sünnəsinin yazılmasını istəyir, amma Ömər bunu nəyinki istəmir, hətta peyğəmbərin ölümündən sonra onu yaymağa belə icazə vermir. Burda başqa bir əhvalat da yada düşür: Peyğəmbər ölüm ayağında kağız və qələm istəyir ki, vəsiyyətnaməsini yazsın, amma Ömər buna imkan vermir və peyğəmbərin evində səs-küy qaldırır. Bu hədislərdən Ömərin kim və hansı əqidəyə qulluq etdiyi məlum olur!

Yerləşdirilib: 26 Noyabr, 2010  19:43 Baxılıb: 2530 Çap

Bizi izləyin!
Məqalələr