dini dwkan
RUS   |    AZE

Əhli Sünnət alimlərindən birinin Əba Əbdillah Hüseynin (ə) qəbrinin torpağı ilə şəfa tapması

Bu barədə İbn Covzi Həmbəli və ibn Ədim Hənəfi kitablarında yazmışlar.
Şəfa tapmış alim Cəfər ibn Mühəmməd ibn Nəsir ibn Qasim Əbu Mühəmməd Xəvas Xuldidir (Hicri 348-ci il təvəllüdlü)

İbn Covzi özünün əl-Muntəzəm adlı əsərinin 5-ci cildinin 346-347-ci səhifələrində yazır:
"Həsən ibn Əbdan Seyrəfi deyir ki, Cəfər Xuldidən eşitdim: "Bədənimdə böyük bir yara vardı. Həmin nahiyəni Hüseynin qəbrinin torpağına sürtdüm və yatdım, ayıldığımda həmin yerdə heç bir yaranın izinin qalmadığını gördüm. Qalxıb Hüseynin qəbrin ziyarət etdim və biraz da qəbrin yanında yuxuladım. Yuxuda gördüm ki, sanki qəbr aralandı, "Hara gedirsən ey Peyğəmbər övladı?" deyə soruşdum, cavab verdi ki, onların (böyük ehtimalla həzrətin məqsədi Əhli-Beyt düşmənləridir. Müt.) əlindən gedirəm""


İbn Nədim də özünün hələbin tarixi haqqında bəhs etdiyi "Buğyətut Talib" əsərinin 6-cı cildinin 2657-ci səhifəsində Cəfər Xuldidən yuxarıda nəql etdiyimiz hekayəti yazmışdır.

Qeyd edək ki, mötəbər rical kitabları Cəfər Xuldini etibarlı, dindar, doğrudabışan və fəzilətli şəxs kimi xarakterizə etmişlər

Yerləşdirilib: 17 Noyabr, 2010  02:45 Baxılıb: 2570 Çap

Bizi izləyin!
Məqalələr